90 yaşın mübarək!..

 

Uzun illərdən bəri tanıdığım, şəxsiyyətinə, mənəviyyatına, vətənpərvərliyinə, sadəliyinə və səmimiyyətinə böyük

hörmət bəslədiyim, yüzlərlə məqalənin müəllifi Əməkdar jurnalist, ağsaqqal, gözəl ailə başçısı Bəbir Qüdrət oğlu Hüseynovun 90 illik yubileyinə dost təbriki

 

Göstərir həyat yolunu

ömürdən qalan izlərin,

Boyun uca, qamətin şux,

həyat eşqlidir gözlərin,

Söz-söhbətin dadlı-duzlu,

baldan şirindir sözlərin,

Şərəfli ömür sürdün doxsanını vurdun başa,

Ürəklərdə iz salmısan, arzum budur yüz yaşa!

 

 

1988, yanvar ayı, dincəlirdik Şuşamızda,

Dolaşırdıq Cıdır düzün,

nələr varmış başımızda,

İndi Şuşamız azaddır,

gedək qoca yaşımızda,

Danışırıq, kövlərilik xatirələrlə baş-başa,

Qələm dostum, qəlb sirdaşım,

arzum budur yüz yaşa!

 

 

Başı uca bir övladsan,

rəhmətlər atan Qüdrətə,

İmzan ilə, qələminlə çatmısan şan-şöhrətə,

İnsanlığın, şəxsiyyətin yetiribdir hörmətə,

Ağsaqqal bir ziyalısan, ad-sanlı, şöhrətli,

Həyat eşqli bir insansan,

arzum budur yüz yaşa!

 

Oqtay ZƏNGİLANLI

525-ci qəzet.- 2022.- 30 noyabr.- S.13.