Təbii Sərvətlər Muzeyi istifadəyə verilib

  

Təbii Ehtiyatlar İnstitutunun nəzdində Təbii Sərvətlər Muzeyi yaradılıb. Muzeyin istifadəyə verilməsi münasibəti ilə keçirilən tədbiri giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq bildirib ki, yaradılan yüksək səviyyəli maddi-texniki baza, kollektivin əhatə olunduğu hərtərəfli dövlət qayğısı əhəmiyyətli tədqiqatların aparılması, fundamental nəşrlərin ərsəyə gətirilməsi üçün əsas olub, bölmənin fəaliyyətinə öz töhfəsini verib.

Qeyd olunub ki, muxtar respublikanın qədim tarixinin, zəngin təbiətinin təbliği məqsədilə AMEA Naxçıvan Bölməsində müxtəlif illərdə Arxeologiya Etnoqrafiya, həmçinin, Təbiət Muzeyi istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin göstərişi əsasında yaradılan Təbii Sərvətlər Muzeyi bu məqsədyönlü məramın davamıdır. Muzeyin əsas fəaliyyət istiqaməti muxtar respublikanın mineral-xammal bazasını səciyyələndirən süxur, mineral filiz nümunələrinin ümumi nümayişə təqdim edilməsi, geoloji-kəşfiyyat işlərinin nəticələrinin elmi-geoloji nailiyyətlərin geniş miqyasda təbliği təşviqidir.

Akademik bölgədə mədənçilik işinin inkişafı filiz emalının tarixindən bəhs edib, Naxçıvanın təbii sərvətləri barədə orta əsr mənbələrində yer alan məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb. İsmayıl Hacıyev bölmə kollektivi adından Naxçıvanda elmin inkişafına göstərdiyi dəstəyə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib. Muzeyin təşkilində əməyi olan kəslərə, o cümlədən, Təbii Ehtiyatlar İnstitutunun əməkdaşlarına təşəkkür edib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri ictimai təşkilatlarla şöbəsinin müdiri Emin Məmmədov çıxış edərək bildirib ki, Ümummilli lider Heydər Əliyevin 2002-ci il avqustun 7-də Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin yaradılması haqqında tarixi Sərəncamı ilə muxtar respublikamızın elmi mühiti sistemli davamlı inkişaf  mərhələsinə qədəm qoyub.

Qeyd edilib ki, Ali Məclis sədrinin diqqət qayğısı nəticəsində AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyəti, Tarix, Etnoqrafiya Arxeologiya, İncəsənət, Dil Ədəbiyyat, Bioresurslar, Təbii Ehtiyatlar institutları, Batabat Astrofizika Rəsədxanası üçün inzibati binalar tikilib ya əsaslı təmir olunub, yeni avadanlıqlarla təchiz edilib, laboratoriyalar otaqları ilə təmin olunub. Nəticədə bölmənin yüksək ixtisaslı əməkdaşları tərəfindən Naxçıvanın qədim müasir dövr tarixi, ədəbi mühiti, folkloru, biomüxtəlifliyi, faydalı qazıntıları digər bu kimi mühüm sahələri tədqiq edilərək öyrənilib əldə olunan yeniliklər dünyanın nüfuzlu elmi jurnallarında işıqlandırılıb. Eyni zamanda, ötən illər ərzində muxtar respublikada təşkil olunmuş beynəlxalq elmi konfranslarda bölmə əməkdaşları yüksək fəallıq göstərib, elmə öz töhfələrini veriblər. Ölkədə beynəlxalq aləmdə baş tutmuş mötəbər tədbirlərdə alimlərimizin iştirakı çıxışları, həmçinin, dünyanın bir sıra beynəlxalq nüfuzlu elmi tədqiqat mərkəzləri tərəfindən mükafatlandırılması, medallara layiq görülməsi, beynəlxalq qurumların jurnalların redaksiya heyətinin üzvü seçilməsi beynəlxalq elmi əlaqələrin inkişafından xəbər verir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri ictimai təşkilatlarla şöbəsinin müdiri qeyd edib ki, bu gün açılışına toplaşdığımız Təbii Sərvətlər Muzeyində muxtar respublika ərazisində olan faydalı qazıntı nümunələri nümayiş olunur. Buradakı eksponatlar diyarımızın zəngin təbii ehtiyatlara malik olmasının əyani sübutudur.

Təbii Ehtiyatlar İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Tofiq Əliyev Naxçıvanın sahib olduğu zəngin təbii ehtiyatlar onların istifadə perspektivlərindən söz açıb. Professor institut əməkdaşları tərəfindən aparılan tədqiqatların, əldə olunan mühüm elmi nəticələrin bu sahəyə verdiyi töhfədən danışıb, yeni istifadəyə verilən muzeyin muxtar respublikanın təbii sərvətləri ilə tanışlıq, ilkin təəssüratların formalaşması baxımından önəmini vurğulayıb.

Sonra tədbir iştirakçıları Təbii Ehtiyatlar İnstitutunun nəzdində yeni yaradılan Təbii Sərvətlər Muzeyindəki eksponatlarla, təbii sərvətlərin nümunələri ilə tanış olublar.

Qeyd edək ki, muzeydə Naxçıvan Muxtar Respublikasının müxtəlif ərazilərindən çoxsaylı filiz qeyri-filiz nümunələri gətirilərək qruplaşdırılıb, adlandırılıb sərgi üçün hazırlanıb. 150-yə yaxın eksponatın yer aldığı muzeyin ekspozisiyasına muxtar respublikanın mineral-xammal sərvətlərini əks etdirən filiz, qeyri-filiz, inşaat materialları, bəzək üzlük daşları, təbii süxur, mineral, 1:150000 miqyasda muxtar respublikanın Geoloji Faydalı qazıntılar xəritələri daxildir.

 

525-ci qəzet.- 2022.- 7 oktyabr. S. 8.