Gənclər Kitabxanası Əhməd Cavadla bağlı elektron baza təqdim edir

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi,  tanınmış maarifçi ictimai xadim Əhməd Cavadın anadan olmasının 130 illiyi ilə əlaqədar olaraq "Milli istiqlal şairi Əhməd Cavad" adlı elektron baza hazırlayıb.

"Milli istiqlal şairi Əhməd Cavad" adlı elektron bazada görkəmli şair, ictimai xadim Əhməd Cavadın 120 130 illik yubileylərinin keçirilməsi haqqında imzalanan Sərəncamların mətni, ədibin həyat yaradıcılığını əks etdirən məlumatlar, onun haqqında söylənilən dəyərli fikirlər yer almışdır. Burada Əhməd Cavadın müəllifi olduğu əsərlər, dövrü mətbuatda çıxan məqalə şeirləri,  dünya klassiklərindən tərcümə etdiyi ədəbiyyat nümunələri haqqında məlumat verilib. Bazada Əhməd Cavad haqqında yazılan kitablar, məqalələr (Azərbaycan dili ilə yanaşı, türk rus dillərində), dissertasiya referatlar, sözlərinə bəstələnən müsiqi əsərləri təqdim edilib.

Müstəqil dövlətimizin himnini yazan Əhməd Cavad Azərbaycan ədəbi-bədii fikir tarixində özünəməxsus dəsti-xətti ilə seçilən, müstəsna mövqeyə malik söz ustadlarından biri kimi üçrəngli bayrağımızın ay-ulduzunda "Çırpınırdı Qara dəniz", "Göygöl", "Susmaram" s. şeirlərində xalqımızın qəlbində əbədi məskən salaraq, həmişə yaşayacaq.

 

525-ci qəzet.- 2022.- 14 oktyabr.- S.9.