Eldar Baxışın 75 illiyinə həsr olunmuş tədbir keçirilib

 

Oktyabr ayının 15-də Səməd Vurğunun Ev Muzeyində şair Eldar Baxışın 75 illiyi münasibəti ilə tədbir təşkil olunub.

Tədbirdən öncə şairin qələm dostları, qohumları yaxınları Xırdalanda onun məzarını ziyarət ediblər.

Yazıçı Azad Qaradərəli muzeydəki tədbirdə söylədiyi giriş sözündə şairin həyat yaradıcılıq yolu haqqında qısa məlumat verib. Tədbir iştirakçılarından Ramiz Rövşən, Zamin Hacı, İlham Qəhrəman, Rafiq Yusifoğlu, Mübariz Örən, Nəriman Qasımoğlu, Hacı Nərimanoğlu, Rəfael Həbiboğlu, Teyfur Çələbi, Asif Talıboğlu, Dilşad Tahirqızı, Müşüknaz Muradova başqaları qonaqlara Eldar Baxışla bağlı xatirələrindən, şairin yaradıcılıq məziyyətlərindən söz açıblar. Şairin əsərlərindən nümunələr söylənib.

Anım tədbirində Qubadlı, Laçın Zəngilan ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Şairin oğlanları Tural Anday anım gününə yığışanlara təşəkkür etdikdən sonra yazıçı A.Qaradərəlinin Eldar Baxışa həsr etdiyi "Vətən şairi" kitabının imzalanma mərasimi keçirilib.

Qeyd edək ki, Azad Qaradərəlinin yenicə çapdan çıxmış "Vətən şairi" kitabında yazıçı dostu haqqında zaman-zaman yazdığı esselər, xatirə yazıları, "E.Baxışa məktub", habelə ilk dəfə çap olunan geniş həcmli "Qarsiya Lorka Eldar Baxış", "Sabir Əhmədli Eldar Baxış", "Vətən şairi" məqalələri yer alıb.

 

Aytac SAHƏD

 

525-ci qəzet.- 2022.- 18 oktyabr.- S.9.