AYB Katibliyi: "Qurultayın keçirilməsi üçün lazımi vəsait ayrılıb"

 

Azərbaycan Yazıçılar Birliyinin XIII Qurultayı oktyabrın 26-da saat 11-00-da öz işinə başlayacaq. Qurultay Azərbaycan Dövlət Akademik Dram Teatrında keçiriləcək. Azərbaycan Yazıçılar Birliyinin dəvətilə Qurultayda Türkiyə, Rusiya, Litva, Pakistan, Gürcüstan, Almaniya, İraq, Belarusdan qonaqlar iştirak edəcəklər. Oktyabrın 25-də saat 10-da Qurultay Nümayəndələri qonaqlar Fəxri Xiyabanda yazıçıların məzarlarını ziyarət edəcək, oktyabrın 26-da saat 9-da Ulu öndər Heydər Əliyevin məzarını, daha sonra Şəhidlər Xiyabanını ziyarət edəcəklər.

Qurultay nümayəndələrinin qeydiyyatı AYB- oktyabrın 24 25-də saat 10-dan 17-ə qədər keçiriləcək.

Qurultay nümayəndələrinin siyahısı "Ədəbiyyat qəzeti"nin 22 oktyabr tarixli buraxlışında çap ediləcək.

Katiblik ədəbi ictimaiyyətin nəzərinə çatdırır ki, AYB rəhbərliyi Qurultayla bağlı cənab Prezidentə müraciət etmişdi. Hörmətli Prezidentimiz tərəfindən Qurultayın keçirilməsi üçün lazımi vəsait ayrılıb. Qurultaya xaricdən gələcək qonaqların təyyarə biletləri çox əvvəldən alınmalı olduğu üçün müvəqqəti götürülmüş kredit qaytarılıb.

 

525-ci qəzet.- 2022.- 18 oktyabr.- S.9.