Professor Şirindil Alışanlıya dost məktubu  

 

Əziz Şirindil müəllim,

Gün kimi aydın həqiqətdir ki, Siz çağdaş ədəbiyyatşünaslıq elmimizin cövhəri nəzəriyyə tənqid üzrə görkəmli alimsiniz. Mən bu sahədə mütəxəssis olmadığımdan 70 illik yubileyinizdə Sizə məktub ünvanlamaqla kifayətləndim.

Qardaşım, Sizin nəzəriyyə tənqid sahəsində üstünlüyünüz ondadır ki, Azərbaycan Dövlət Universitetində görkəmli alimlərdən dərs alıb mükəmməl məktəb keçmisiniz. Sonda da bəxtiniz gətirib. Moskvada Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun nəzəriyyə şöbəsinin aspirantı olarkən elmi biliklərinizi daha da dərinləşdirmiş gələcək uğurlarınızın əsasını qoymuşsunuz. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Müdafiə Şuralarında hər çıxışınız ustad dərsi təsiri bağışlayır. İnstitutumuzun Respublikada ədəbiyyatşünaslıq elminin taleyinə cavabdehlik missiyasını ləyaqətlə yerinə yetirməsində Sizin payınız vardır. Neçə illərdir İnstitutun aparıcı bir şöbəsinin müdirisiniz. Elmi cameədə yaxşı tanınan, fəxr etməyə layiq alimlərimiz - Akademiyanın müxbir üzvü Tehran Əlişanoğlu, professorlar Bədirxan Əhmədov, Əlizadə Əsgərli, filologiya üzrə fəlsəfə doktorları Safura Quliyeva, Aygün Bağırova, Aslan Salmansoy, İlham Məmmədli, Günay Qarayeva, Ələmdar Cabbarlı başqaları Sizin şöbənizin yetişdirmələridir.

Şöbənizdəki elmi mühit ürəkaçandır. Maraqlıdır ki, başqa şöbələrin alimləri tez-tez şöbənizə gəlir, elmi müzakirə mübahisələrdə iştirak edirlər.

Şirindil müəllim, mən yaşca Sizdən xeyli böyüyəm. Çox görkəmli, hörmətli nüfuzlu alimlərin yubileylərini görmüşəm. Onlar haqqında mətbuatda çıxan yazıları izləmişəm. Sizin yubileyinizə həsr olunan, keyfiyyətinə kəmiyyətinə görə seçilən elmi məqalələrə çox az rast gəlmişəm. Haqqınızda səxavət ehtiramla yazılan məqalələr "Azərbaycan" jurnalı, "Azərbaycan" qəzeti, "Ədəbiyyat qəzeti" "525-ci qəzet" kimi mötəbər mətbu orqanlarda çap olunmuşdur. Məqalələrin adlarını burada verməyi münasib bildim: "Nəzəriyyə ilə tənqidin qovşağında", "Azərbaycan tənqidşünaslığının Şirindil Alışanlı formulu", "Məktəb keçərək məktəb yaradan alim", "Həqiqi alimlik səlahiyyətilə...", "Elmdə həqiqət meyarı ilə", "Bu, Şirindil Alışanlıdır", "Şirindil Alışanlı fenomeni: tənqidçi, nəzəriyyəçi, tədqiqatçı" s.

Adını çəkdiyim bu məqalələr bir yandan yaradıcılığınıza güzgü tutur, digər tərəfdən keçən əsrin 70-ci illərindən ədəbiyyatımıza vicdanla xidmət etməyinizdən, Ədəbiyyat İnstitutunun əməkdaşları arasında nüfuzunuzdan xəbər verir.

Şirindil müəllim, vaxtilə Xalq yazıçısı, filologiya elmləri doktoru, professor Elçin Əfəndiyev tənqidçilərdən söz açan məqaləsində Sizin yaradıcılığınızı yüksək qiymətləndirmişdir. İndi Elçinin yubileyiniz münasibəti ilə məqalə yazması hamımızı sevindirir. Təqdirəlayiq haldır ki, görkəmli yazıçı tənqidçi vaxtilə aspirantı olduğu Ədəbiyyat İnstitutu ilə əlaqəni kəsmir.

Diqqətimi çəkən bir məqamı da qeyd etmək istərdim.

Yataq xəstəsi olsa da, görkəmli ədəbiyyatşünas alimimiz, Əməkdar elm xadimi, professor Nizaməddin Şəmsizadənin haqqınızda "Nəzəriyyəçi ədəbiyyatşünas - bütöv şəxsiyyət" adlı məqalə yazması da ürəyimcə oldu.

Siz keçmiş SSRİ məkanında da tanınan alimsiniz. 2018-ci ildə Rusiya Federasiyasının alimləri İnstitutumuza gələndə adlı-sanlı rusiyalı alimlərin Sizə necə ehtiram göstərdiklərinin şahidi oldum.

Burada xüsusi qeyd etmək istəyirəm ki, Sovet quruluşu çökəndən sonra zəifləmiş Rusiya Federasiyası ilə ədəbi-elmi əlaqələrin güclənməsində akademik İsa Həbibbəyli Azərbaycan Yazıçılar Birliyinin Moskva bölümünün rəhbəri, dostunuz, filologiya elmləri doktoru Abuzər Bağırovun xidmətləri böyükdür.

Özbəkistan Elmlər Akademiyasının əməkdaşı, professor Həmdulla Baltabayevin İnstitutumuzla əlaqəsi öz bəhrəsini verir. Yubileyinizlə bağlı professor Baltabayevin haqqınızda məqalə yazması ədəbi əlaqələrin sayəsində mümkün olmuşdur.

Şirindil müəllim, Sizdə qəribə bir keyfiyyət müşahidə etmişəm. Bəzən coşaraq hansı bir əsərə görəsə müəllifi "asıb-kəsdiyinizi" görmüşəm. Lakin məqam çatanda, əsərin taleyi həll olunanda müəllifin xeyrinə çıxış edibsiniz.

Bir yerdə çalışdığımız illər ərzində hansısa dissertasiya işinə mənfi rəy yazdığınız, müdafiədə kiminsə əleyhinə səs verdiyiniz yadıma gəlmir. Təmənnasız olaraq neçə-neçə avtoreferatı, yazılacaq dissertasiya işlərinin planını ciddi redaktə etdiyinizin, dissertasiyaların əlyazmalarını oxuyub lazımi düzəlişlər aparmağınızın şahidi olmuşam.

Onun da şahidi olmuşam ki, şöbənizin əməkdaşları xatirinizi göylər qədər çox istəyirlər. İnstitutun əməkdaşları görkəmli alimbütöv şəxsiyyət kimi Sizə böyük ehtiram göstərirlər. Bu, hər adama nəsib olmayan böyük xoşbəxtlikdir.

Bilirəm, hamı kimi Siz də yaşın nə tez keçdiyi barədə düşünür, fikrə qərq olursunuz. Qoy Xalq şairi Nəriman Həsənzadənin misraları təsəlliniz olsun:

 

Şöhrətin sevinci, yaşın kədəri,

Tərs kimi ikisi bir vaxta düşür.

 

Sizə elmi fəaliyyətinizdə yeni-yeni uğurlar, uzun ömür, möhkəm cansağlığı arzulayıram.

 

Qəzənfər PAŞAYEV

Respublika Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü,

Əməkdar elm xadimi, professor

 

525-ci qəzet.- 2022.- 19 oktyabr.- S.13.