İşığından pay verən musiqişünas

 

 Lalə Hüseynova - 60

 

 Əziz müəllimim həmkarım, tanınmış musiqişünas, əməkdar incəsənət xadimi Lalə xanım Hüseynova bu günlərdə yuvarlaq doğum tarixini qeyd edir. Bu əlamətdar hadisə münasibətlə ona olan böyük hörmətimi sevgimi, yaddaşıma həkk olunmuş xatirələr təəssüratlar işığında kiçik bir yazı ilə qeyd etməyi özümə borc bildim.

Lalə xanımı 2003-cü ilə qədər televiziya ekranlarından qiyabi olaraq tanısam da, onunla əyani görüşüm Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında tələbə olarkən baş tutdu. Musiqişünasın efirdəki musiqi verilişlərini izləyir, daim bir ekspert kimi müxtəlif mövzularda çıxışlarını dinləyirdim. Azərbaycan Bəstəkarlar İttifaqının məsul katibi kimi Lalə Hüseynovanı Filarmoniya səhnəsində, İttifaqda digər musiqi məkanlarında şablondan uzaq səmimi məzmunlu ön sözlərlə çıxış edərkən görmüşdüm. Sərrast elmi müşahidələri, axtarış şövqü, səlist nitqi ilə diqqəti cəlb edən Lalə xanımın mülayim təbiəti, dolğun şəxsiyyətinin cazibəsi özünü parlaq büruzə verirdi. "Xaqani, 27 - Azərbaycan Bəstəkarlar İttifaqından", "Musiqidə qəhrəmanlıq mövzusu", "Opera musiqisinin şedevrləri", "Kino musiqi", "Musiqi xəzinəsi", son dövrlərdə isə "Musiqili ekran" verilişlərinin müəllifi aparıcısı olması onu geniş tamaşaçı kütləsinə yaxşı tanıdıb rəğbət qazandırıb.

Lalə xanım görkəmli ziyalı Şirməmməd Hüseynovun ailəsində anadan olub. Atasından anası Ülkər xanımdan aldığı tərbiyə onun ilk əvvəl dürüst vətənpərvər insan kimi formalaşmasında müstəsna rol oynayıb. Şirməmməd müəllim hər iki qız övladını musiqiçi görmək arzusunda olduğundan onları Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə verib tədricən musiqi sənəti elmi onların həyatının ayrılmaz parçasına çevrilib.   

Konservatoriyanın V kursunda oxuyarkən sevimli müəllimimiz, böyük bəstəkar görkəmli musiqi-ictimai xadim Aqşin Əlizadə tələbəsinin musiqişünas istedadını qabiliyyətini görüb onu Azərbaycan Bəstəkarlar İttifaqında işləməyə dəvət edib beləliklə, Lalə xanım məsləhətçi vəzifəsindən İttifaqın katibi vəzifəsinə kimi təxminən 30 illik bir yol qət edib. Həmin yol  sonucda İttifaqın 70 illik zəngin tarixinə işıq salan böyük tədqiqat işi ilə nəticələnib.

Bu dövrdə Lalə Hüseynovanın daha bir dəyərli işi - tərtibçisi redaktoru olduğu "Aqşin Əlizadə. Publisistik irs. Məqalələr Müsahibələr" adlı sanballı nəşri ərsəyə gətirməsi olub. 2012-ci ildə Bakıda "Avrasiya Press" nəşriyyatı tərəfindən nəfis şəkildə işıq üzü görən topluda bəstəkarın həyat yaradıcılıq yolunu müfəssəl şəkildə əks etdirən müxtəlif məqalələr foto materiallar toplanmışdır. Tam əminliklə demək olar ki, A.Əlizadə haqqında araşdırma aparan tədqiqatçılar üçün bu kitab əvəzsiz mənbədir. Lalə xanım həmin toplunu ictimaiyyətə təqdim etməklə əziz müəllimi qarşısında mənəvi borcunu da yerinə yetirmək istəmişdi. Bu niyyətlə yazılmış işlərdən biri görkəmli musiqişünas pedaqoq Zemfira Qafarovanın yaradıcılıq yoluna həsr olunmuş kitabçadır.

Təbii ki, fəaliyyət göstərdiyi mühitdə bəstəkar yaradıcılığı ilə daim təmasda olması Lalə Hüseynovanın araşdırmalarında bir çox musiqi xadimlərinə həsr olunmuş məqalə oçerklərin yazılmasını şərtləndirib. Burada biz Ədilə Hüseynzadə, Tofiq Quliyev, Oqtay Zülfüqarov, Tofiq Bakıxanov, Polad Bülbüloğlu, Məmməd Quliyev, Dadaş Dadaşov, Azər Dadaşov, Ruhəngiz Qasımova digər bəstəkarlar, ifaçılar haqqında, habelə çoxsaylı musiqi hadisələrinə, problemlərinə həsr olunmuş məqalə resenziyalarla rastlaşırıq.

Lalə Hüseynovanın musiqişünas kimi yaradıcılığı heç vaxt bir istiqamətə köklənməyib. O, lektorluq, maarifçilik musiqi tənqidçisi kimi fəaliyyətini hər zaman elmi-pedaqoji işi ilə uğurla uzlaşdırmağı bacarıb. Lalə xanımla yaxından tanış olanda o, hələ bu yolun müəyyən dönəmində idi. O zaman Bakı Musiqi Akademiyasının musiqişünas tələbəsi kimi bizim maraqla dinlədiyimiz dərslərdən biri onun apardığı "Türk xalqlarının musiqisi" kursu idi. İlk dəfə idi ki, biz, geniş türk dünyasının zəngin musiqi aləminə sanki səyahətə çıxırdıq. Çünki təhsil aldığımız musiqi məktəbində, musiqi kollecində tələbələrə bu haqda bilgi verən olmamışdı. Tarixdən məlumdur ki, ulu böyük türk dünyasının ayılmaz, üzvi bir parçası olduğumuzu vaxtaşırı bizə unutdurmaq istəyiblər. Xüsusən , sovet dövründə bu məsələ pantürkist damğasının görkəmli ziyalılarımıza vurulması ilə nəticələnib. Belə bir mühitdə ayrıca bir fənn kimi türk xalqları musiqisinin tədris prosesinə salınmasından söhbət gedə bilərdimi? Əlbəttə ki, yox. Biz isə, artıq müstəqil Azərbaycanın gəncləri kimi dərs zamanı müxtəlif türk xalqlarının qədim keşməkəşli tarixindən, müştərək mədəniyyətindən, xalq musiqi janrlarından, dastan yaradıcılığından makam-muğam ənənələrindən söhbət açırdıq çox maraqlı qənaətlərə gəlirdik. Lalə xanım belə çətin mövzuda kurs aparmağı vaxtilə ona müəllimi, görkəmli musiqişünas-alim professor Ramiz Zöhrabovun həvalə etdiyini xatırlayırdı. Ramiz müəllim BMA-da uzun illər rəhbərlik etdiyi "Azərbaycan xalq musiqisinin tarixi nəzəriyyəsi" kafedrasında bu fənnin tədrisi zəruriliyi yarananda da məhz onu düşünmüşdü. Lalə xanım isə tərəddüd edəndə, - "sən bunu hamıdan yaxşı bacaraqsan", demişdi.

L.Hüseynova indi də həmin kursu elmi işlər üzrə prorektor kimi işlədiyi Azərbaycan Milli Konservatoriyasında məmnuniyyətlə aparır, tələbələrdə bu mövzuya maraq oyatmağa çalışır. Onun rəhbərliyi altında müxtəlif türk xalqlarının musiqisinə həsr olunmuş dissertasiyalar, diplom işləri yazılır. Beləliklə də, musiqi türkologiyası təbii surətdə L.Hüseynovanın elmi araşdırmalarının əsas xəttlərindən birinə çevrilib: üzərində işlədiyi doktorluq dissertasiyası türk xalqlarının musiqisində janr paralelləri və əlaqələrinə həsr olunub.  Bu səbəbdən də, o, demək olar ki, türk xalqlarının yayıldığı bütün əsas coğrafi bölgələrə elmi-yaradıcılıq səfərləri edib. Dəfələrlə Özbəkistanda, Qazaxıstanda, Türkiyədə, habelə Türkmənistanda, Tatarıstanda, Başqırdıstanda konfranssimpoziumlarda elmi məruzələrlə çıxış edib, festival və müsabiqələrə münsif kimi dəvət alıb və həmin ölkələrin musiqielm dairələri ilə yaxşı əlaqələr qurmağa müvəffəq olub. Təsadüfi deyil ki, nüfuzlu Beynəlxalq Musiqi təhsili Cəmiyyəti - İSME-nin 2018-ci ildə Bakıda baş tutan 33-cü Dünya konfransının ilk dəfə olaraq ayrıca təşkil edilən "Türk xalqlarının musiqisi" bölməsi də Azərbaycan Milli Konservatoriyasında keçirilmişdi. Bu konfransa dünyanın hər yerindən - KoreyaYaponiya, AmerikaKanadadan tutmuş Türkiyə və Orta Asiya respublikalarına qədər çoxsaylı musiqi türkoloqları təşrif buyurmuşdu. Belə bir mötəbər elmi toplantıya isə ondan bir il əvvəl - 2017-ci ildə Lalə xanımın təşəbbüsü ilə Milli Konservatoriyada ilk dəfə baş tutmuş "Qloballaşan dünyada musiqi ənənələri" başlığı ilə keçən böyük beynəlxalq elmi-praktik konfrans vəsilə olmuşdu.

Lalə xanım bu gün də fəal elmi-yaradıcılıq və pedaqoji fəaliyyətlə məşğul olur. O, daim elmi axtarışlar aparır, çox məhsuldar, mühüm, ciddi və əhəmiyyətli işlərlə məşğul olur, ətrafındakılara yaradıcılıq stimulu bəxş edir. Təqvimin 20 okyabr tarixini hamının səmimi, gözəl və təvazökar xanım kimi tanıdığı Lalə Hüseynovanın doğum günü olaraq xatırlayıram. Bu münasibətilə onu ürəkdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür və bizləri yeni-yeni elmi yaradıcılıq nailiyyətlərinin işığına toplamağı arzulayıram.

 

Fazilə NƏBİYEVA

Musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru nebiyeva.fazile@mail.ru

 

525-ci qəzet.- 2022.- 22 oktyabr.- S.11.