Xəlil Rza Ulutürk haqqında silsilə materiallar hazırlanıb

 

Xalq şairi, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, filologiya elmləri doktoru, Azərbaycanın Əməkdar incəsənət xadimi Xəlil Rza Ulutürkün anadan olmasından 90 il ötür.

Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası şairin həyat yaradıcılığına həsr edilmiş silsilə materiallar- videoçarx, virtual ənənəvi kitab sərgisi, biblioqrafik icmal hazırlayıb.

Kitabxanadan 525.az-a bildirilib ki, "Azərbaycanın istiqlal mübariz şairi-Xəlil Rza Ulutürk" adlı videomaterial "İstiqlal şairi Xəlil Rza Ulutürk" adlı virtual sərgidə şairin həyat yaradıcılıq fəaliyyəti, əsərləri haqqında geniş məlumatlar yer alıb. Materiallarda görkəmli şəxslərin Xəlil Rza haqqında söylədikləri fikirlər, xatirələr, şairin yaradıcılığından nümunələr, foto videogörüntülər öz əksini tapıb. Materiallarda şairin "Bağışla ey Vətən", "Türkün dastanı", "Mənə bənzə", "Dünyaya pəncərə", "Turan çələngi" s. kimi 30-dan çox kitabının biblioqrafik təsviri verilib.

Biblioqrafik icmalda isə istifadəçilər şairin 20-dən çox kitabının annotasiyası ilə tanış ola bilərlər. Hazırlanan materiallar kitabxananın rəsmi saytında yerləşdirilib.

 

525-ci qəzet.- 2022.- 22 oktyabr.- S.16.