BP gənc yazıçı və şairlərin kitablarının təqdimatını keçirdi

 

Oktyabrın 20-də BP şirkəti müasir Azərbaycan ədəbiyyatının 4 gənc nümayəndəsinin yeni nəşr etdiyi kitablarının təqdimatını keçirib. Təqdimatda Azərbaycan ədəbi mühitinin tanınmış nümayəndələri, tədqiqatçılar, alimlər, ədəbiyyatsevərlər iştirak ediblər. Layihə ikisi şair, ikisi isə yazıçı olmaqla dörd müəllifin hər birinin bir kitabının nəfis tərtibatda nəşrindən ibarətdir. Bununla da BP şirkəti dünya ədəbiyyatı xəzinəsini ən qiymətli incilərlə zənginləşdirmiş Azərbaycan ədəbiyyatının gələcəyinə töhfə verib.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, sədr müavini Rəşad Məcid, Birliyin katibi Səlim Babullaoğlu çıxış edərək ədəbiyyata həssas münasibətinə görə BP şirkətinə təşəkkürlərini bildirib, bu layihəni yüksək qiymətləndiriblər. Onlar təqdim edilən kitablar müəlliflər barədə fikirlərini bölüşüb, layihənin davamlı olmasını arzulayıblar. Qeyd edilib ki, çağdaş Azərbaycan ədəbiyyatında sevilən, seçilən gənc ədiblər yeni əsərləri ilə oxucuları sevindirirlər. Çox müsbət haldır ki, BP şirkəti tariximizə, mədəniyyətimizə, ədəbiyyatımıza aid çoxsaylı dəyərli layihələrə dəstək verib bu işləri cəmiyyət böyük rəğbətlə qarşılayıb. BP-nin müasir ədəbiyyatımızda dəsti-xətti ilə seçilən gənc şairlər Şəhriyar del Gerani Fərid Hüseynin, gənc yazıçılar Ömər Xəyyam mərhum İkinci Mahmudun kitablarına nəşrinə yardım göstərməsi olduqca əhəmiyyətli addımdır.

BP-nin Xəzər regionunda kommunikasiya xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli isə qeyd edib ki, şirkət böyük məmnuniyyətlə Azərbaycanın ədəbi irsinin təbliğinə dəstəyini davam etdirir:

"Bundan öncə biz Nizami Gəncəvi İmadəddin Nəsimi kimi dünya poeziyası nəhənglərinin ədəbi irslərinin tədqiqini təbliği səylərini dəstəkləyən iri layihələr həyata keçirmişik. Ədəbi gəncliyin yaradıcılığının təbliğinə yönəlmiş bu layihə ilə biz Azərbaycan ədəbiyyatının misilsiz dəyərlərinin gələcəyə ötürülməsi və zəngin ənənələrinin davamlı olması səylərini dəstəkləyirik. Ümid edirik ki, Azərbaycan ədəbiyyatının böyük gələcəyinə BP-nin dərin inamının ifadəsi olan bu layihə Azərbaycanın yaradıcı gəncliyini ədəbiyyatımızın gözəl ənənələrini fəxrlə davam etdirməyə ruhlandıracaq".

 

525-ci qəzet.- 2022.- 22 oktyabr.- S.10.