Mədəniyyət və İncəsənət Universitetinin nümayəndə heyəti Özbəkistanda

 

Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin (ADMİU) rektoru nümayəndə heyəti Özbəkistanda səfərdə olublar.

Oktyabrın 19-da Özbəkistan Bədii Akademiyasının Kəmaləddin Behzad adına Milli Rəssamlıq Dizayn İnstitutunda "Dünya alimlərinin nəzərində Kəmaləddin Behzad yaradıcılığı" adlı Beynəlxalq elmi konfrans keçirilib. Konfransda Fransa, Türkiyə, İran, Azərbaycan digər ölkələrin səfirləri, səfirlik nümayəndələri, mötəbər qonaqlar iştirak ediblər.

ADMİU-nun rektoru, professor Ceyran Mahmudova, Beynəlxalq əlaqələr tərbiyə işləri üzrə prorektor, professor Gülşən Əliyeva-Kəngərli, Rəssamlıq fakültəsinin "Təsviri sənət" kafedrasının müdiri Rəşad Cabarov, "Təsviri sənət tarixi nəzəriyyəsi" kafedrasının müdiri Aslan Xəlilov ADMİU-nun dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elfira Məlikova-Qurbanova İnstitutun rektoru A.Mirzorəhimovun xüsusi dəvətilə konfransa qatılıblar.

Konfransın ikinci hissəsində məruzələr dinlənilib. Professor Gülşən Əliyeva-Kəngərlinin həmsədrliyi ilə baş tutan iclasda Azərbaycandan ADMİU-nun Təsviri sənət tarixi nəzəriyyəsi" kafedrasının müdiri, dosent Aslan Xəlilov maraqlı məruzə ilə çıxış edib.

Konfransın sonunda ADMİU-nun nümayəndə heyəti Kəmaləddin Behzad adına Milli Rəssamlıq Dizayn İnstitutun rəhbərliyi tərəfindən "Təşəkkürnamə"lərlə təltif ediliblər.

Konfransdan sonra ADMİU-nun rektoru C.Mahmudova İnstitutla yaxından tanış olub, fakültələrin prinsipi keçirilən dərslərlə maraqlanıb. Qərarlaşdırılıb ki, qarşılıqlı müqaviləyə əsasən, yaxın gələcəkdə iki təhsil ocağının davamlı olaraq müəllim tələbələrinin təcrübə mübadiləsi aparılsın.

Özbəkistan səfəri çərçivəsində universitetin rektoru, professor Ceyran Mahmudova Özbəkistan Bədii Akademiyasının Kəmaləddin Behzad adına Milli Rəssamlıq Dizayn İnstitutunun "Fəxri professoru" seçilib.

Belə bir yüksək təltifə görə Kəmaləddin Behzad adına Milli Rəssamlıq Dizayn İnstitutunun rektoru A.Mirzorəhimova təşəkkürünü bildirən C.Mahmudova da öz növbəsində, rəhbəri olduğu universitetlə institutun əlaqələrinin inkişafı istiqamətində əlindən gələni edəcəyini bildirib.

Konfransın ikinci günündə iştirakçılar Özbəkistanın Səmərqənd şəhərinə səfər ediblər.

Oktyabrın 21-də ADMİU-nun nümayəndə heyəti Özbəkistan Bədii Akademiyasının prezidenti, Xalq rəssamı Akmal Nuridinovla görüşüblər. Görüşdə iştirak edən hər iki rektor həyata keçiriləcək layihələr yaradıcılıq planlarından danışıblar. Oktyabrın 22-də ADMİU nümayəndə heyəti Özbəkistanda yerləşən Heydər Əliyev adına Mədəniyyət Mərkəzini ziyarət ediblər. Buradakı mühitlə yaxından tanış olan rektor C.Mahmudova Mərkəzə ADMİU tələbələrinin əl işi olan "Xarı bülbül" rəsmini hədiyyə edib.

Özbəkistan səfəri Tətbiqi Sənət Muzeyinin tarixi-memarlıq abidələrinin ziyarəti ilə yekunlaşıb.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2022.- 26  oktyabr.- S.10.