Azad edilmiş ərazilərimizdə mina təhlükəsi

 

HƏLL OLUNMASI BÖYÜK XƏRC VƏ UZUN ZAMAN TƏLƏB EDƏN DƏHŞƏTLİ PROBLEM

 

"Qarabağda mina problemini həll etmək üçün Azərbaycana təxminən 30 il və 25 milyard dollar lazımdır". Bunu oktyabrın 13-də Azərbaycan Prezidenti İlham Əliyev Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı sammitində çıxışı zamanı deyib.

"Azərbaycan dünyada minalarla ən çox çirklənmiş ölkələr sırasındadır. İlkin hesablamalara görə, işğal dövründə Ermənistan Azərbaycan ərazisinə bir milyondan çox mina basdırıb. Beynəlxalq ekspertlərin fikrincə, mina problemini həll etmək üçün Azərbaycana təxminən 30 il və 25 milyard dollar lazım olacaq", - İlham Əliyev qeyd edib.

Prezident xatırladıb ki, Qarabağda müharibənin başa çatmasından keçən iki il ərzində mina partlayışları nəticəsində 250-dən çox Azərbaycan vətəndaşı həlak olubya ağır yaralanıb.

Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır. Mənfur ermənilər 30 il ərzində işğalda saxladıqları ərziləri xarabalığa çevirməklə, infrastrukturunu məhv etməklə yanaşı, şəhər, kənd və qəsəbələrə aparan yolları, tarixi abidələrin yerləşdiyi yerləri, qəbiristanlıqları, əkin sahələrini qarış-qarış minalayıblar. Qarabağ işğaldan azad olunduqdan sonra ilk bu ərazilərin minalardan təmizlənməsi olub. Qarabağa Böyük Qayıdışın yolu kommunikasiyaların bərpasından və işğaldan azad edilən ərazilərdə genişmiqyaslı tikinti-quruculuq, təmir-bərpa işlərinin aparılmasından keçir.

Bütün bu işlərin həyata keçirilməsi üçünilk öncə bu ərazilərdə mina və partlamamış döyüş sursatlarının aşkar olunaraq zərərsizləşdirilməsi işlərinə başlanılıb. Minatəmizlənmə əməliyyatlarına əsasən infrastrukturun bərpasına xidmət edən ərazilərdən başlanılıb. Yaşayış məntəqələrinin salınacağı ərazilər, əkin sahələri, yollars. minalardan təmizlənib. Hazırda da təmizləmə işləri davam etdirilir. Minatəmizləmə işləri Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA), Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilib.

ANAMA işğaldan azad edilən ərazilərdə həyata keçirilən minatəmizləmə fəaliyyətində əsas əlaqələndirici orqandır. Minatəmizləmə istiqamətində qurumların 2022-ci ilin tədbirlər planına əsasən ümumilikdə 40000 ha ərazinin təmizlənməsi planlaşdırılır. ANAMA-nın öhdəliyinə düşən ərazi 20000 ha təşkil edir.

Azərbaycanın Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanovun sözlərinə görə, 2020-ci ilin noyabr ayından bu ilin oktyabr ayına qədər işğaldan azad edilmiş ərazilərdə minalardan təmizlənmiş yerlərin ümumi sahəsi 56573 hektar təşkil edir. Bu il üzrə 40 min hektar ərazinin minalardan təmizlənməsi nəzərdə tutulur: "Hazırda sözügedən ərazilərin 36 min hektara qədəri təmizlənib və ilin sonuna qədər nəzərdə tutulan ərazinin təmizlənməsi tam başa çatdırılacaq. Minalardan təmizləmə üzrə illik planın 65 min hektara qədər artırılması nəzərdə tutulur. Ermənistan işğalından azad edilmiş ərazilərdə yenidənqurma prosesi kimi minatəmizləmə işləri də sürətlə aparılır".

Vüqar Süleymanov bildirib ki, Azərbaycan əraziləri 30 ilə yaxın müddət ərzində Ermənistan tərəfindən sıx şəkildə minalarla çirkləndirilib. Minatəmizləmə əməliyyatları zamanı elə ərazilər var ki, hətta cəmi 1 kvadratmetr yerdə 8 mina tapılıb: "Ermənistanın təqdim etdiyi minalanma haqqında xəritələrin cəmi 2 faizi istfadəyə yararlı olubdaha çox keçmiş təmas xətti minalanıb. Minatəmizləmə əməliyyatları zamanı elə ərazilər var ki, hətta cəmi 1 kvadratmetr yerdə 8 mina tapılıb. Məsələn, Horadiz-Ağbənd dəmir yol xətti çəkilərkən minatəmizləmə zamanı 50 kvadratmetr ərazidə 30 tank əleyhinə plastik mina tapılıb. Bütün bubu kimi bir çox faktlar ərazilərin nə qədər sıx şəkildə minalandığı barədə aydın təsəvvür yaradır".

Məlumata görə, müharibədən sonrakı dövrdə baş verən 156 mina insidentindən 116-sı keçmiş təmas xəttindən kənarda yerləşən ərazilərdə qeydə alınıb. Bu günədək (2022-ci il 26 oktyabr tarixinədək) baş verən mina hadisələrində zərərçəkən 266 nəfərdən 147-si məhz bu ərazilərdə mina partlayışından həlak olubya xəsarət alıb. ANAMA tərəfindən aparılan tədqiqat və təmizləmə əməliyyatları zamanı keçmiş təmas xətti və bu ərazilərin ətrafında yerləşən bağlar, meşələr, üzümlüklər, dağıdılmış yaşayış məskənləri, məzarlıqlar, çay kənarları və s. yerlərin ciddi şəkildə minalarla çirkləndirilməsi aşkar edilib. Ağdam rayonunun Yusifcanlı və Qarağacı, Cəbrayılın Cocuq Mərcanlı, Laçın rayonunun Suarası kəndlərində yerləşən mərazlıqların minalanmasına dair dəqiq məlumatlar var. 2021-ci ildə Ağdam rayonunun Yusifcanlı kənd mərazlığında 2 nəfər mülki şəxsin həlak olması, 2 nəfərin xəsarət alması, həmçinin, son hadisə olaraq 21 oktyabr tarixində Laçın rayonunun Suarası kəndi məzarlığında 1 nəfər şəxsin həlak olması, digər birinin xəsarət alması ilə nəticələnən mina hadisələri buna sübutdur.

Məzarlıqların, insanların müqəddəs yerlərinin, eyni zamanda, mədəni-tarixi abidələrə gedən yolların, bu yerlərin ətrafının, az sayda dağıdılmamış evlərin və həyətyanı sahələrinin minalanması, o cümlədən, tələ minaları ilə kütləvi şəkildə çirkləndirilməsi insanlığa qarşı törədilmiş cinayətdir.

Təqdim olunan mina formulyarlarının qeyri-dəqiqliyi, habelə mülki təyinatlı ərazilərin minalanması, partlayıcı sursatlarla ciddi şəkildə çirkləndirilməsi, regionda sülhə və təhlükəsizliyə təhdidlər yaradır, humanitar fəlakətə səbəb olur.

ANAMA-dan bildirilib ki, Ağdam rayonunun Yusifcanlı və Qarağacı, Cəbrayılın Cocuq Mərcanlı, Laçın rayonunun Suarası kəndlərində yerləşən məzarlıqların minalanmasına dair dəqiq məlumatlar var.

ANAMA tərəfindən aparılan tədqiqat və təmizləmə əməliyyatları zamanı keçmiş təmas xətti və bu ərazilərin ətrafında yerləşən bağlar, meşələr, üzümlüklər, dağıdılmış yaşayış məskənləri, məzarlıqlar, çay kənarları və s. yerlərin ciddi şəkildə minalarla çirkləndirilməsi aşkar edilib:

"2021-ci ildə Ağdam rayonunun Yusifcanlı kənd mərazlığında 2 nəfər mülki şəxsin həlak olması, 2 nəfərin xəsarət alması, həmçinin son hadisə olaraq 21 oktyabr tarixində Laçın rayonunun Suarası kəndi məzarlığında 1 nəfər şəxsin həlak olması, digər birinin xəsarət alması ilə nəticələnən mina hadisələri buna sübutdur. Məzarlıqların, insanların müqəddəs yerlərinin, eyni zamanda, mədəni-tarixi abidələrə gedən yolların, bu yerlərin ətrafının, az sayda dağıdılmamış evlərin və həyətyani sahələrinin minalanması, o cümlədən, tələ minaları ilə kütləvi şəkildə çirkləndirilməsi insanlığa qarşı törədilmiş cinayətdir".

Millət vəkili Məlahət İbrahimqızının sözlərinə görə, 1999-cu il Ottava Konvensiyası piyada əleyhinə minaların istifadə edilməsini, istehsalını, yığılmasını və ötürülməsini qadağan edir. Həmçinin, Konvensiyaya görə, əraziləri minalamış tərəf müharibə bitdikdən sonra dəqiq hazırlanmış mina xəritəsini qarşı tərəfə verməyə borcludur. Azərbaycan tərəfinin məsələni bir çox beynəlxalq platformalarda və yüksək səviyyəli təmaslarda dəfələrlə qaldırmasından sonra müxtəlif təzyiqlərin nəticəsi olaraq Ermənistan mina xəritələrini ölkəmizə təqdim etdi. Lakin təqdim edilən mina xəritələrinin dəqiqliyi cəmi 20-25 faiz oldu:

"Ərazilərimizin minalanması nəticəsində müharibədən sonra yüzlərlə vətəndaşımız həyatını itiribya xəsarət alıb. Ermənistan Ottava Konvensiyasını imzalamayıb. Amma bu o demək deyil ki, Ermənistanın belə hərəkətləri onun üçün məsuliyyət yaratmır. Müasir dövrdə ərazilərin minalanması müharibənin gedişində artıq əhəmiyyətli rol oynamır. Bunu müharibə zamanı müzəffər Azərbaycan Ordusu sübut etdi. Ermənistan tərəfindən torpağa milyonlarla mina basdırılsa da, qısa müddət ərzində ordumuz ərazilərimizi işğaldan azad edə bildi. Çünki müasir müharibədə havada üstünlük əldə edə bilən tərəf qələbə qazanır. Yəni külli miqdarda vəsait xərcləyib bütün ərazini minalamaq lazımsızdır. Ərazilərdən çıxarılan minaların 1 kvadratmetrinə düşən nisbətinə baxdıqda Ermənistan işğal etdiyi ərazilərimizdə təxminən 5 milyona yaxın mina basdırıb. Bu da orta hesabla Ermənistanın illik dövlət büdcəsinin 15 faizə qədəri deməkdir. Yəni onlar dövlət büdcəsinin 15 faizə qədərini azad olunmuş ərazilərimizdə minaların basdırılmasına sərf ediblər. Səfalət içində olan ölkənin büdcəsinin böyük hissəsinin işğalın davam etdirilməsinə, insanlıq əleyhinə cinayətlərin törədilməsinə xərcləyən dövlətin məqsədi bəllidir".

Millət vəkili Azər Badamovun dediyinə görə, iki ildir ki, Azərbaycan Ermənistanın 30 ildə dağıdıb məhv etdiyi yaşayış məntəqələri heç bir xarici dəstək almadan öz gücü ilə bərpa edir. O cümlədən, minalanmış ərazilərin təmizlənməsi işiniöz gücü ilə görür. Xarici ekspertlərin hesablamalarına görə, ərazilərimizin minalardan təmizlənməsi üçün  ölkəmizə 30 il və 25 milyard dollar vəsait lazımdır. Halbuki belə proseslərdə müəyyən beynəlxalq təşkilatlar və ölkələr yardımlar edirlər ki, işğala məruz qalmış ölkə müharibənin nəticələrini qısa zaman kəsiyində aradan qaldıra bilsin: "Təəssüf ki, bəzi ölkələrə yanaşmada Qərb ümumən həm müharibədə qalib gəlməsi, həm də müharibədən sonrakı bərpa prosesində səfərbər olunurlarmilyardlarla dollar yardımlar edirlər. Amma bəzi "siyasətçilər" ədalətdən uzaq olaraq hərbi cinayətlər törətmiş erməni toplumuna dəstək olurtarixi ədaləti bərpa edən ölkəmizə qarşı ittihamlar səsləndirirlər. Təbii ki, dünyada belə "ikili standartlar" davam etdikcə müharibələr və qırğınlar da davam edəcək. Düzdür, haqq-ədalət həmişə qalib gəlir. Necə ki, 30 ildən sonra torpaqlarımızı işğaldan azad edərək ərazi bütövlüyümüzü təmin etmişik. Ölkəmizin kifayət qədər gücü var ki, işğaldan azad olunan ərazilərdə quruculuq bərpa işləri həyata keçirərək Böyük Qayıdışı davam etdirsin, həm də ölkəmizə qarşı yönəlmiş düşmən qüvvələrinə qarşı qəhrəmancasına dayansın".

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2022.- 29 oktyabr.- S.15.