Rüstəm Behrudi – 65

 

Çağdaş Azərbaycan ədəbiyyatının və Ümumtürk poeziyasının görkəmli simalarından olan şair Rüstəm Behrudinin dünən - sentyabrın 12-də 65 yaşı tamam oldu. Özünəməxsus ruhüsluba, zəngin, safkoloritli bədii dilə malik poeziyası Azərbaycanda və Türk dünyasında çox sevilən şairin əsərləri bir çox dillərə çevrilib və müəllifini üstün söz adamı kimi geniş tanıdıb.

Onun poeziyası, ümumən bədii təfəkkürü milliliklə bəşəriliyin, ilahiliklə insaniliyin çox maraqlı vəhdəti, Sözlə Özün təkrarsız birgəliyinin son dərəcə uğurlu təzahürüdür. Şairliklə Ozanlıq, ədibliklə mütəfəkkirlik onun şəxsiyyət və yaradıcılığında bütünlüklə iç-içədir, tam ortaq bir platformadadır. Bütün bunlar deməyə əsas verir ki, R.Behrudi müasir dünya poeziyasında parlaq imza, onun yaradıcılığı ədəbiyyat tarixinin müstəsnalıq kəsb edən səhifəsidir.

Rüstəm Behrudini 65 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, şairə möhkəm can sağlığı, uzun ömüryeni yaradıcılıq uğurları diləyir, bir neçə şeiri oxucuların, ədəbi ictimaiyyətin diqqətinə çatdırırıq.

 

525-ci qəzet.-2022.- 13 sentyabr.- S.9.