Şair Rüstəm Behrudi ilə görüş keçirilib

 

Sentyabrın 20-də Milli Aerokosmik Agentliyinin Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutunda (ETAİİ) tanınmış şair Rüstəm Behrudi ilə görüş keçirilib. Görüşdə institutun gənc tədqiqatçılarından elmi işçilərindən ibarət Dostluq klubunun üzvləri, qonaqlar media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan ETAİİ-nin direktoru, Azərbaycan Yazıçılar Birliyinin Qarabağ bölməsinin sədri, professor Elçin İsgəndərzadə yaradıclığında türkçülüyə dərviş fəlsəfəsinə üstünlük verən şair haqda geniş təqdimatla çıxış edərək onu bu günlərdə qeyd etdiyi yubiley yaşı münasibətiylə bir daha təbrik edib.

E.İsgəndərzadə "Türk dünyasının böyük şairi" adlandırdığı Rüstəm Behrudinin təkcə Azərbaycan ədəbiyyatında deyil, ümumtürk ədəbiyyatında özünəməxsus cığır, yol açdığını, tamamilə fərqli üslub yaratdığını bu üslubla türkün yaddaşını özünə qaytardığını deyib. Professor qeyd edib ki, hələ Sovet İmperiyasının hökmranlığının davam etdiyi, xalqımızın milli kimliyindən uzaqlaşdırmağa çalışıldığı dövrdə Rüstəm Behrudi özünün üsyankar şeirləriylə oxucuları öz milli kimliklərinə, milli-mənəvi varlıqlarına qaytarmağı bacardı bu gün türk kimliyimizin qürurla, fəxrlə səsləndirilməsində böyük rol oynadı. Bildirilib ki, şairin "Şaman duası" kitabı bir çox poeziya nümunələri türkdilli dövlətlərdə böyük maraqla qarşılanıb, kitabdan seçmələr Türkiyədə, İranda, Avstriyada, Almaniyada, Belçikada s. ölkələrdə çap olunub. Həmçinin, yaradıcılığından seçmələr polyak, fransız, rus, çex s. dillərə tərcümə edilib.

Sonra Cənubi azərbaycanlı müğənni Araz Elsəsin ifasında Rüstəm Behrudinin sözlərinə bəstələnmiş "Salam, darağacı" mahnısı dinlənilib.

Sonra söz alan Rüstəm Behrudi ona göstərilən diqqətə görə E.İsgəndərzadəyə tədbir iştirakçılarına təşəkkür edib, maraqlı xatirələrindən danışıb. Çıxışının sonunda şair tədbir iştirakçılarının istəyiylə yeni çap olunan "Məzarlıqdan bitən yovşan" kitabından müxtəlif dövrlərdə yazdığı şeirlərini oxuyub.

Sonda şair "Qəribə adam", "Qızıl alma" "Məzarlıqdan bitən yovşan" kitablarını ETAİİ Dostluq klubunun üzvləri üçün imzalayıb.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2022.- 22 sentyabr.- S.8.