Nazim Hikmətin 120 illik yubileyi ilə bağlı elmi konfrans

 

2022-ci ilin noyabr ayında AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində XX əsr Türkiyə ədəbiyyatının görkəmli nümayəndəsi, Beynəlxalq Sülh Mükafatı laureatı Nazim Hikmətin 120 illik yubileyinə həsr olunmuş "Dünyadan keçən Nazim Nazimdən keçən dünya" mövzulu Respublika elmi konfransı keçiriləcək. Konfrans "Nazim Hikmət yaradıcılığı incəsənət", "Nazim Hikmət Azərbaycan ədəbiyyatı", "Nazim Hikmətşünaslıq: Türkiyədə, Azərbaycanda, dünyada", "Nazim Hikmət şeiri poetika məsələləri" kimi bölmələri əhatə edəcək. Bununla əlaqədar məqalələrin qəbulu başlanılır.

Məqalənin mətni Azərbaycan dilində yazılarsa, ingilis dilində xülasə, ingilis dilində yazılarsa, Azərbaycan dilində xülasə, türk, rus, fars, ərəb dillərində yazılarsa, Azərbaycan ingilis dillərində xülasə tələb olunur.

Məqalənin müxtəlif dillərdə olan xülasələri bir-birinin eyni olmalı, məqalənin məzmununa uyğun yazılmalıdır. Xülasədə müəllifin gəldiyi elmi nəticə, işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti sair öz əksini tapmalıdır.

Hər bir xülasədə müəllifin tam adı göstərilməli, həmçinin, məqalənin adı tərcümə edilməldir. Məqalələrin qəbul olunması üçün son tarix 15 oktyabr 2022-ci il nəzərdə tutulur.

 

525-ci qəzet.- 2022.- 28 sentyabr.- S.9.