Qazaxda şair Davud Nəsib anılıb

 

Qazax rayon İcra Hakimiyyəti Azərbaycan Yazıçılar Birliyi (AYB) Qazax zona filialının birgə təşkilatçılığı ilə görkəmli şair, publisist, tərcüməçi Davud Nəsibin anadan olmasının 80 illiyi ilə əlaqədar xatirə gecəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Qazax şəhərinin Ədəbiyyat Muzeyində təşkil olunub.

Mərasimdə Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının nümayəndələri, AYB-nin Qazax zona filialının sədri Barat Vüsal, Davud Nəsibin ailə üzvləri, dostları iştirak edirdilər. Dəvətlilər iştirakçılar sırasında telejurnalist Bəxtiyar Qaraca, tərcüməçi, tarixçi-alim İsmayıl Umudlu, şairlər Nəbi Xəzrinin Məstan Günərin, yazıçı İsa Muğannanın ailə üzvləri, filologiya elmləri doktoru, professor Cəlal Abdullayevin ailə üzvləri, AYB Qazax zona filialının üzvləri, Bakı Dövlət Universiteti Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin müəllim tələbələri, ziyalılar, media nümayəndələri vardır.

Əvvəlcə tədbir iştirakçıları Qazax şəhərinin Şəhidlər xiyabanını ziyarət edib, şəhidlərimizin məzarları önünə güllər qoyub, onların əziz xatirəsini ehtiramla anıblar. Həmçinin, qonaqlar iştirakçılar Fəxri Qazaxlılar parkını da ziyarət ediblər.

AYB-nin Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal tədbir iştirakçılarını salamlayaraq Davud Nəsibin ömür yolundan bənzərsiz yaradıcılığından söz açıb.

Rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşova qonaqları salamlayaraq Qazax şəhəri burada dünyaya göz açmış ziyalılarımız haqqında danışıb.

Sonra tədbir iştirakçıları telejurnalist Bəxtiyar Qaracanın Davud Nəsib haqqında çəkdiyi "Tənha dağdağan ağacı" filminə baxıblar.

Telejurnalist Bəxtiyar Qaraca, tarixçi-alim İsmayıl Umudlu, AYB-nin Qazax zona filialının ədəbi məsləhətçi Mustafa Rasimoğlu öz çıxışlarında şair Davud Nəsiblə bağlı xatirələrini bölüşdülər.

Tədbirdə Davud Nəsibin seçilmiş şeirləri, şeirlərinə bəstələnmiş mahnıları vətənpərvər mövzularında aşıq havaları səslənib, tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Daha sonra Davud Nəsibə Nəriman Həsənzadə, Telman Kürsoy, Aşıq Kamandar Barat Vüsal tərəfindən ithaf olunmuş şeirlər səsləndirilib.

Şairin övladları Xəyyam Xəyal Nəsibovlar bütün iştirakçılara təşəkkür edib, tədbirin yüksək səviyyədə təşkil olunmasına görə Qazax rayon İcra Hakimiyyətinə, AYB-nin Qazax zona filialının rəhbərliyinə, rayon ziyalılarına bu tədbirin təşkilində əməyi keçən hər bir kəsə öz dərin minnətdarlıqlarını bildiriblər

 

525-ci qəzet.- 2022.- 29 sentyabr.- S.9.