Yaşamağa dəyən ziyalı ömrü

 

Ömrün hər anı gözəldir. Bəzən insan ömrünü təbiətin fəsilləri ilə müqayisə edirlər deyirlər ki, fəsillərin hər birinin özünəməxsus özəllikləri gözəllikləri olduğu kimi insan ömrünün hər anı, hər dövrü gözəldir.

Həyat kredosu milli maraqlar ümumbəşəri dəyərlərə sədaqət ruhunda qurulan insanların mənəvi dünyasının zənginliyindən irəli gələn həyat fəlsəfəsini anlamaq, onları bir şəxsiyyət olaraq təsvir etmək elə asan deyil. Lakin inkaredilməz bir həqiqət vardır. Gərəkli, parlaq layiqli ömür yaşayan insanlar cəmiyyətdə hər zaman yüksək dəyərləndirilirlər.

Bu gün əziz dostumuzun – 75 illik mənalı ömrünü Vətəninə, dövlətinə, xalqına həsr edən Rafiq Yəhya oğlu Əliyevin yubileyi ərəfəsində onun haqqında ürəyimizdən keçənləri yazmaq istədik.

Rafiq müəllim çox mənalı səmərəli bir həyat yolu keçmişdir. Tələbə vaxtlarından elmlərin şahı olan fəlsəfəyə meyl göstərmiş bu istək onu sonralar bu sahənin görkəmli biliciləri sırasına gətirib çıxarmışdır. Fəlsəfə elmləri doktoru, professordur. 18 kitabın 250-dən artıq elmi məqalənin müəllifidir.Səmimi söhbət”, “Varlığın sirləri”, “Yoxsulluq, Diktatura, Ədalətsizlik”, “Romantizm körpəsi”, “İslamda ailə-nikah münasibətləri bir sıra digər kitabları cəmiyyətdə böyük maraqla qarşılanmışdır. Onun hərəsi 1200 səhifəlik 124 min söz ifadədən ibarətƏrəbcə-AzərbaycancaAzərbaycanca-Ərəbcəlüğətleri Azərbaycan ərəbşünaslıqinda ilk hadisedir çox dəyərli bir tərcümə vəsaitidir.

Bu əsərlər müəllifin klassik çağdaş fəlsəfə elminin dərinliklərinə nüfuz edən akademik araşdırmalarının nəticələri olaraq ərsəyə gəlib. Burada qaldırılan məsələlər təkcə müəllifin irəli sürdüyü fərdi məhdud fikirlər deyil, ümumən cəmiyyətin əksər hissəsini düşündürən, maraqlandıran problemlərdir. Onun ədəbi yaradiciligi üç dildə (azerbaycan, rus, ingilis) nəshr olunan əsərlərindəki təbii təsvirlər insanlar arasındakı səmimi pıçıltıya, söhbətə bənzəyir. Düşünən düşüdürən, həyatın axarını, fəlsəfəsini dərk etməyə kömək edən bu əsərlər sadəcə oxunmur, su kimi içilir. Onun adi söhbətlərdə istifadə etdiyi aforizmlər, müdrik kəlamlar bircə anda insan beyninə həkk olunur. Məhz bu cür yüksək zövqlü məziyyətlərinə görə onun əsərləri fəlsəfi fikir dünyasında müəllifinə özünəməxsus mövqe yer qazandırmışdır. Bu da əlamətdar faktdır ki, onun kitablarının xeyli hissəsi (sekkiz ədəd) ingilis dilinə tərcümə olunub ABŞ-ın “Trafford Publishing” (www.Trafford.com) nəşriyyat evində çap edilərək geniş internet şəbəkəsində satişa cixarilmiş kifayet qədər auditoriya toplayıb. Hakimiyyət, cəmiyyət din” kitabı isə ABŞ-da 2013-cü ildə nəşr olunan kitablar müsabiqəsində ən yaxşılar sırasında yer alıb Qızıl möhürmedalına layiq görülüb.

 

Elmi fəaliyyəti ilə yanaşı, o, bir sıra məsul vəzifələrdə çalışıb etimad göstərilən bütün sahələrdə ləyaqətli səmərəli fəaliyyəti ilə fərqlənib. Azərbaycan Milli .Elmlər Akademiyasinin Şərqşünaslıq İnstitutunda beynəlxalq əlaqələr üzrə direktor müavini qisminde calışıb. Son vəzifəsi Azərbaycan Milli Elmlər Akademiyasi Reyaset Heyetinin qərarı ilə təsis olunmuş Qafqazda Islam Araşdirmalari mərkəzinin direktorudur. 2001-2006-cı illərdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə rəhbərlik edib. 2006-cı il iyunun 27-dən “İrşadİslam Araşdırmalar Mərkəzinin direktorudur. Dünyada sülh uğrundaProfessorlar Akademiyasının Beynəlxalq Dinlərarası Dialoq Komitəsinin üzvüdür.

 

Bu məlumatlar Rafiq Əliyevin həyatının hamıya bəlli olan səhifələridir. Lakin biz düşünürük ki, Rafiq müəllimin onu daha çox xarakterizə edən insani keyfiyyətlərindən

 

söhbət açmaq da oxucular üçün maraqlı olardı. Çünki Rafiq müəllimin daxili mənəvi zənginliyi, böyük mədəniyyəti, etikası, milli dəyərlərə sadiqliyi, yüksək erudisiyası, nəcib davranış tərzi hər zaman diqqəti cəlb edir. Rafiq müəllimin tanıdığı hər bir insanın, hər bir dostunun qəlbində özünəməxsus hörməti, izzəti, dəyəri məhəbbəti vardır. Onunla hər bir söhbət, hətta adi telefon zəngi belə sənə nəsə öyrədir, səndə ancaq müsbət emosiya, müsbət enerji yaradır. Ən başlıcası isə səni ən çətin anlarda belə ruhdan düşməyə qoymur, daxilində bir ümüd çırağı yandırır sən şüuraltı olaraq həyatın qədər gözəl mənalı olduğunu bir daha dərk edir istər istəməz bu hissləri keçirirsən: “Hələ yaşamağa dəyər dünyada!”

 

Yeri gələndə o, saatlarla söhbət etməyi bacarır, amma həm söhbətlərində, həm elmi məqalələrində kitablarında fəlsəfi düşüncələrində bunları ifadə tərzində konkretliyi, yığcamlığı sevir, az sözlə dərin fikirləri aşılaya bilir.

 

Rafiq müəllim sadəcə dərin əhatəli biliklərə malik alim deyil, həm ziyalı sözünə, ziyalı məvhumuna yaraşıq verən bir insandır. Onun fəlsəfəsi, həyata, hadisələrə, insanlara baxışları tanıdığımız dostların, insanların hamısından fərqlidir. Hər hansı məsələ ilə bağlı müzakirələrdə zaman məkandan anlayışlarından asılı olmayaraq əksər hallarda onun daha məntiqli fikirlərinə görə əksəriyyət onunla hesablaşır razılaşır. Onun savadı gözəl nitq mədəniyyəti, təmiz diksiyası insanı ahəngruba kimi özünə çəkir. Bir neçə dili, o cümlədən ərəb rus dillərini mükəmməl bilən bu insanın heç vaxt bildikləri ilə öyündüyünü görmək ya hiss etmək mümkün deyildir. Əksinə, onun ətrafındakılarda sıxıntı yox, rahatlıq, sərbəstlik, ürəyindəkiləri səmimiyyətlə açıb söyləmək tərzi ancaq qibtə doğurur. Hərdən düşünürsən ki, bu həssas insan görəsən Qarabağ sənətkarları kimi muğam ustası olsaydı muğamın çalarlarını, daha doğrusu fəlsəfəsini onu dinləyənlərə qədər incəliklə çatdırardı. Görünür, bu da onun doğulub boya-başa çatdığı gözəl Qarabağın abu-havasından doğur. Moll Pənah Vaqif demişkən: “Külli Qarabağın abu-həyatı, nərminazik bayatıdır, bayatı”.

 

Rafiq Əliyev Vətən, yurd sevgisinin özünəməxsus ifadə tərzi var. Hər dəfə onun çalışdığı, hətta yaşadığı, ən azından Roma Papasının Bakıya səfər edərkən özünə iqamətgah kimi seçməsi ilə yadda qalanİrşadotelinin qarşısından keçərkən il boyu gül açan, onun özünün üstündə əsərək körpə uşaqlar kimi bəslədiyi Qarabağ qızılgüllərini seyr edəndə göz oxşayan bu gözəlliyə görə ona əhsən demək istəyirsən.

 

Neçə illərdir Rafiq müəllim Qarabağın yurd ətrini bu qızılgüllərdən alır desək, yanılmarıq. Bu güllərin payızda da, qışda da solmadığının təzə-tər qalmağının səbəbini ondan soruşanda zarafatla deyir: yəgin mənim məhəbbətim qoymur bu gülü solub-saralmağa. Gülü, çiçəyi sevən insanların qəlbində heç vaxt kin küdurət, naqislik

 

olmaz. Onu tanıyandan, onunla ünsiyyətdə olandan sonra bunun həqiqət olduğuna bir daha inanırsan. Rafiq Əliyevin qəlbində, ruhunda həmişə bahar həvəsi, bahar nəfəsi var. Uzun illər belə enerjili, cavan qalmağının səbəbi bəlkə elə bundadır.

 

Sözsüz ki, Rafiq müəllimin bu uzun ömürlülüyünün sağlamlığının bir sirri ömür-gün yoldaşı Nüşabə xanımın qayğıkeşliyi gözəl övladlarının onlara bəxş etdikləri sevincdir.

 

Bu ömür, gün zirvəsində, ömrün müdriklik çağında, daha doğrusu, pilləsində onu tanıyan, sevən insanların bir istəyi, bir arzusu ola bilər, o da hamımızın sevimli dostu olan Rafiq müəllimin ömrünün daim çiçəkli olması, gözəl alim kimi bizi yeni əsərləri ilə sevindirməsi, nəzərdə tutduğu bütün işləri tamamlaması ola bilər. Buna inanırıq bir deyirik: Rafiq Əliyev ömrünü yaşamağa dəyər dünyada.

 

Ad günün yubileyin mübarək, Rafiq müəllim!

 

Natiq İsayev,

 İsrafil Qurbanov,

Rövşən Ağayev

 

525-ci qəzet.- 2022.- 6 yanvar.- S.13.