"Nizami Gəncəvi - 880" adlı sənədli videoxülasə hazırlanıb

 

Ötən il dövlət arxivlərində mühafizə edilən görkəmli şair mütəfəkkir Nizami Gəncəvinin irsinin öyrənilməsini, təbliğini əks etdirən arxiv sənədlərinin seçilməsi ictimaiyyətə çatdırılması istiqamətində işlərin görülməsi müvafiq olaraq Milli Arxiv İdarəsinin planına daxil edilib.

Milli Arxiv İdarəsindən 525.az-a bildirilib ki, bu istiqamətdə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin tabeliyində fəaliyyət göstərən Dövlət Səs Yazıları Arxivi tərəfindən hazırlanmış "Nizami Gəncəvi - 880" adlı sənədli videoxülasədə dahi Azərbaycan şairi, mütəfəkkir Nizami Gəncəvi irsinin yaşadılması təbliği məqsədilə həyata keçirilmiş elmi, mədəni-kütləvi tədbirlərə, görkəmli elm mədəniyyət xadimlərinin Nizami yaradıcılığı barəsində söylədikləri fikirlərə yer verilib.

Geniş ictimaiyyətə təqdim edilən sənədli videoxülasə Dövlət Səs Yazıları Arxivində mühafizə edilən fono videosənədlər əsasında hazırlanıb. Sözügedən xülasədə sənədlərin bəziləri ilk dəfə elmi ictimaiyyətə təqdim edilir. Sənədlər əsasən, dahi Nizami Gəncəvinin 800, 840 illik yubileylərinin keçirilməsi, Nizami Gəncəvinin heykəlinin Bakıda ucaldılması digər mövzular haqqındadır.

Xronoloji ardıcıllıqla verilən sənədlər haqqında məlumat başlıqlarla açıqlanıb. Sözügedən videoxülasə Milli Arxiv İdarəsinin rəsmi yutub səhifəsinə yerləşdirilib.

 

525-ci qəzet.- 2022.- 6 yanvar.- S.9.