Ənənəvi rus
geyimləri Bakıda sərgilənəcək
Rusiya Etnoqrafiya
Muzeyi (REM) 2022-ci ilin payızında Bakıda rusların dekorativ tətbiqi sənət nümunələrinə dair
geniş miqyaslı sərgi təqdim edəcək.
525.az Azərtac-a istinadən xəbər verir ki, bu
barədə qurumun direktoru Yuliya Kupina məlumat verib. Qeyd edib ki, Rusiya Federasiyasının mədəniyyət müəssisələrinin
iştirakı ilə
hazırlanan layihə
Azərbaycanın müstəqilliyinin
30-cu ildönümünə həsr olunmuş tədbirlər çərçivəsində
keçiriləcək. "Biz Azərbaycan Milli Xalça Muzeyi ilə dostuq. Muzey rus xalqının
mədəniyyətinə məxsus
dekorativ tətbiqi sənət nümunələrini
təqdim etmək niyyətindədir. Onları daha
çox qadın gözəlliyini əks etdirən ənənəvi
geyimlər maraqlandırır",
- deyə Yuliya Kupina söyləyib.
Bildirib ki, proqram çərçivəsində
Rusiya qurumlarının
Azərbaycana səfəri
Rusiya Federasiyasının
Mədəniyyət Nazirliyinin
dəstəyilə təşkil
olunacaq. REM direktorunun
qeyd etdiyi kimi, muzey Natalya Şabelskayanın XX əsrin
əvvəllərinə aid geniş kolleksiyasının
mühüm hissəsini
Bakıda nümayiş
etdirəcək.
Qeyd edək
ki, Natalia Şabelskaya
Rusiyanın bütün
əyalətlərindən köhnə rus geyimləri, qədim naxış işləmələri,
krujeva parçaları,
əyirici çarxlar,
qurabiyə hazırlamaq
üçün taxta
qəliblər, oyuncaqlar,
arxeologiya nümunələrinin
unikal kolleksiyalarını
toplayıb. Şabelskayanın
yaratdığı obyektlərin bir çoxunun fotoşəkil toplusu təkcə rus geyim tarixinin öyrənilməsi
üçün unikal
mənbə deyil, həm də rus fotoqrafiya tarixində
müstəqil bir fenomen
hesab olunur.
525-ci qəzet.- 2022.- 6 yanvar.- S.9.