Qələmsiz yazılanlar  

 

 status-esselər

 

 

 

"...Oğul gəlib dizinəcən

Hanı dizdən aşağısı?!"

 

Bu gün 75 yaşı tamam olan Xalq şairi Ramiz Rövşənin "Qapı" poemasını gənc nəsil çox oxumayıb. İnternetdə tam variantını tapa bilmədim. Ona görə 525.az-da yayımladıq. Oxumayanlar oxusun. Elə oxuyanlar da yada salsın...

 

***

 

Biz indi ən çox Markdan asılıyıq; istəsə yazımızı gizləyər, istəsə çox oxudar.

 

Dünya heç vaxt bu qədər bir adamın ovcunda olmayıb.

 

***

 

YAŞAT Fondunun hazırladığı təqvim öz orijinallığı ilə seçilir.

 

Müqəddəs Şəhidlərimizin ruhuna yüksək ehtiram nümunəsi olan təqvim həm böyük zəhmət sayəsində araya-ərsəyə gəlib. Elnur Niftəliyevin redaksiyamıza təqdim etdiyi bu təqvimə görə YAŞAT Fonduna sonsuz təşəkkürlər.

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

 

***

 

4 saylı DOST Mərkəzində Əmək əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin media orqanlarının rəhbərləri ilə görüşü keçirildi. Nazir son dörd ildə görülən işlərlə bağlı hesabat xarakterli çıxış etdi, Azərbaycan Prezidentinin sosial sahədə imzaladığı sonuncu sərəncamlarına geniş şərh verdi.

 

Sahil Babayev yeni təyin olunan nazirlər arasında media ilə ən fəal ünsiyyət saxlayan məmurlardandır. Pandemiyadan öncə onun KİV rəhbərləri ilə bir neçə dəfə görüşləri olmuşdu. O, həm jurnalistlər arasında keçirilən müxtəlif müsabiqələrin təşkilinə dəstəyi ilə yadda qalıb.

Bu görüş xoş təsir bağışladı. Nazirin çıxışı, nitqi, sosial sfera kimi mürəkkəb bir fəaliyyət sahəsindən hərtərəfli bilgili olması rəğbət doğurdu. Nazirliyin fəaliyyəti ilə bağlı cəmiyyəti narahat edən bir sıra məsələlər var idi ki, Sahil Babayev bunlar haqqında həm özü yetərincə ətraflı məlumat verdi, həm KİV rəhbərlərini maraqlandıran, ictimaiyyəti düşündürən bir çox məqamlara aydınlıq gətirdi. Nazirliyin ictimaiyyətlə əlaqələri məsələsinə toxunaraq sosial təminatla bağlı durumun cəmiyyətə izah olunmasında medianın dəstəyinə ehtiyac duyulduğunu söylədi, qurumun ayrı-ayrı strukturları müxtəlif sorğulara qədər operativ çevik reaksiya versə , medianın bu sahədə maarifləndirici fəaliyyətinin zəruriliyini bildirdi.

 

Görüşdə iştirak edən media rəhbərləri, nazirlik yanında ictimai şuranın üzvləri görüşü ümumi razılıqla qarşıladılar. Elə bilirəm, bundan sonra da ictimaiyyəti narahat edən məsələlər barədə media orqanlarında dürüst məlumatların verilməsində bu görüşün əhəmiyyətli rolu olacaq.

 

***

 

Şantajın yeni kreativ formaları yaranıb...

 

***

 

Laykı da təmənnalıdır

 

***

 

Sözün başına "tik-tok" salanda...

 

***

 

O, axı həmişə 100 manatlıq kostyum alırdı...

 

***

 

Ən ürəkdolusu, ən halal layklar!

 

***

 

Cümlənin gözəlliyinə bax! Heyranlıq doğurur; dilimizə ədəbi təfəkkürümüzə hörmət yaradır!..

 

***

 

Ad gününü Şuşada keçirməyin qüruru xoşbəxtliyi...

 

Cənab Prezident həm ən duyğulu dərin mənalı qərarların müəllifidir.

 

50 yaşını Ağcabədidə, Taxtakörpüdə məcburi köçkünlərlə keçirən Ali Baş Komandan 60 yaşını azad Şuşada qeyd edir.

 

***

 

Keçmiş məmurlar çəkindiklərindən feysbukda açıq görünmürlər. Amma Misir Mərdanov profil açıb, hamıdan da çox layk yığır.

 

***

 

Abdulla Şaiq adına Dövlət Kukla Teatrının 90 illiyi münasibətilə Teatrın yaradıcı kollektivini, bütün əməkdaşlarını teatrsevərləri təbrik edirəm.

Kukla Teatrı zəngin, qiymətli ənənələrə malik mədəniyyət ocağıdır, ona layiqincə dəyər verməli, qorumalı, fəaliyyətini dəstəkləməli, hər fürsətdə təbliğ etməliyik. Uşaqlarımızın beynini yabançı serialların, aqressiv məzmunlu cizgi filmlərinin işğalından qurtarmaq üçün rəqabətə davamlı milli uşaq tamaşaları cizgi filmlərimizin yaradılması, bu sahənin inkişafı üçün ciddi addımlar atılmalı, uyğun strategiya hazırlanmalıdır. Bizim Cırtdanımız yabançı cizgi film qəhrəmanlarıyla ayaqlaşmağa qadirdir; ağıllı, özgüvənli, fəndgir, müasir ifadəylə desək, kreativdir.

 

Sadəcə, çağdaş düşüncəyə hesablanan yeni çoxseriyalı cizgi filmi kukla tamaşalarıyla uşaqlarımızın marağını, rəğbətini qazanmağa çalışmalıyıq.

 

Gələcəyimiz buradan başlanır...

 

***

 

Ustad Aşıq Şəmşirin ailəsində doğulub-böyüyən Qənbər müəllim bu ulu ocağa xas bütün nəcib keyfiyyətləri, dəyərli xüsusiyyətləri öz şəxsiyyətində layiqincə təcəssüm etdirmişdi.

 

Ədəbiyyata ruhən, qəlbən bağlı olan, qələm adamlarına yüksək münasibətilə seçilən Qənbər Şəmşiroğlunu "525-ci qəzet"lə uzun illərin sıx dostluq münasibətləri bağlayırdı. Yaradıcılıq nümunələri, xüsusən şeirləri ilə vaxtaşırı qəzetimizdə çıxış edən Qənbər müəllim "525-ci qəzet"in dəyərli müəlliflərindən biri sadiq, qədirbilən oxucusu idi.

 

Allah rəhmət eləsin! Ruhu şad olsun!

 

***

 

Yata bilmirsənsə, gecə uzundur...

 

***

 

Reklama qoymasanız, yazınızı oxuyan olmaz...

 

***

 

Bir var qorxulu yuxudan oyanmaq. Reallığın yuxudakı sədası...

 

***

 

Hər cibdə bir maska...

 

***

 

Şəhid ailəsiylə görüşmək savabdır. Şəkil çəkdirmək olar. Amma bu şəkli paylaşmaq...

 

***

 

Şuşaya Salyan yolu ilə getmək...

 

***

 

Deyir, dərdini deməyə adam yoxdur, hamısı robotdur...

 

Füzuli yada düşdü:

 

"Dərd çox, həmdərd yox..."

 

***

 

Tıxacsız, nəfəs dərən şəhər, sakit səhər...

 

Xırda incikliklər unudulsun, umu-küsülər keçmişdə qalsın.

 

Həmrəyliyimiz əbədi, 2022 uğurlu olsun!

 

Qarabağdakı quruculuqdan birlikdə zövq alaq...

 

***

 

Ağsaqqal olmağın yüz şərti var...

 

***

 

Unutduğum kimsə var?..

 

***

 

Cənab Prezidentin 2022-ci ili "Şuşa ili" elan etməsini alqışlayır sonsuz təşəkkürümüzü bildiririk.

 

Şuşa sevgimiz heç zaman azalmasın!..

 

***

 

Kiminsə xatirinə Vyana Filarmoniyası orkestrinin Yeni il konsertinə baxmaq...

 

***

 

Duzsuz, şit təzələrdənsə köhnə filmlərə təkrar baxmaq yaxşıdır...

 

***

 

30 il qabaq belə şəhəri ağlınıza gətirərdiniz?!

 

***

 

Təkcə Almaatıda onlarla insanın ölüm xəbəri yayılıb. Hələ digər bölgələrdə baş verdiyi barədə məlumat yoxdur. Çox məyusedici haldır. Baş verənlərə kədərlənirik.

 

Amma suallar da çoxdur.

 

Qazaxıstan prezidenti xaricdə ciddi hazırlıq keçmiş mütəşəkkil terrorçu dəstələrdən danışır. Bu iğtişaşları xarici təzavüz adlandırır. Amma müəmmalıdır, belə terrorçu dəstələrin hazırlandığı ölkəyə yayılması barədə niyə xüsusi xidmət orqanları xəbər tutmayıb? Niyə onları zərərsizləşdirməyə çalışmayıb?

 

Suallar çoxdur...

 

Bir sual da Nazarbayevin harada olması hadisələrə heç bir münasibət bildirməməsidir...

 

Könüllü, ya zorən susqunluqdurmu?

 

Bilinmir.

 

***

 

Əgər ortada həqiqətən xalqın iradəsi olubsa, azadlıq müstəqillik ideyası bu 30 ildə xalqın canına-qanına hopubsa, yad qoşunların gəlişinə etiraz, müqavimət görünməlidir. Bu olmayacaqsa, deməli, xalqlıq yoxdur, oyun kənarda qurulub.

 

***

 

Qazaxları ən çox Lukaşenkonun sözləri - məsləhətləri yandırıb-tökəcək.

 

***

 

Almaatıda bir neçə dəfə olmuşam. Axırıncı dəfə 2019-cu ilin dekabrında Qazaxıstan Yazıçılar Birliyinin qurultayında iştirak etmişdik. Varlı şəhər, mədəni insanlar... Həmyerlilərimizin geniş biznes şəbəkələri var orada.

 

Xoş duyğularla, yaxşı xatirələrlə yadımda qalıb Almaatı.

 

İndi iğtişaşlarla, həlak olan insanlarla bağlı videolara, viran olmuş şəhərin şəkillərinə baxıb dərin kədər hissi keçirdim.

 

Keçmiş olsun. Qazax dostlarımızın kədərini, acısını bölüşürəm. İctimai asayişin bərpa olunmasını, bu hadisələrin qorxulu yuxu kimi keçmişdə qalmasını, bir daha təkrarlanmamasını arzulayıram.

 

 

Rəşad MƏCİD

Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, "525-ci qəzet"in baş redaktoru

 

525-ci qəzet.- 2022.- 8 yanvar.- S.9.