Ramiz Abutalıbovun xatirəsinə  

 

Bilməzdim ki, Yeni ildə ilk yazım - kədərli mövzuya həsr olunacaq. Moskvadan acı xəbər gəldi: Ramiz Abutalıbov dünyasını dəyişib.

Dəyərli bir insanı, əsl ziyalını, millət fədaisini itirdik. Onsuz da az qalmış dostlarımdan birini itirdim. Diplomat jurnalist, maraqlı kitablar müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ramizi "özü-özünü yaratmış insan" adlandırmaq olar. Stalin dövrünün amansız repressiyaları onun ailəsindən yan keçməyib belə tərcümeyi-halı olan insanı çətin ki, diplomatik işə yaxın buraxardılar. Ramiz isə lap gənc yaşlarından diplomat olmağı arzulayırdı. Amma bu arzusuna çox uzaq yollardan keçərək çatmağa çalışdı. Azərbaycan Dövlət Universitetinin Geoloji fakültəsini bitirdi. Tunnel idarəsində, Elm texnika komitəsində işlədi bir an da olsun ömrünün əsas qayəsini - diplomat olmaq istəyini unutmadı. Nəhayət, məqsədinə çata bildi, Poststalin dövründə SSRİ XİN-in Ümumittifaq xarici ticarət Akademiyasının məzunu oldu, bu ali məktəbi 1971-ci ildə bitirdi. Bununla yetinən insanlardan deyildi Ramiz. Sənədlərini UNESCO katibliyində işə girmək üçün elan olunmuş konkursa təqdim etdi. Heç bir kənar dəstəyi olmadan çox sayda namizədlər arasında qalib çıxdı. Bu təşkilatda səkkiz il işləyəndən sonra yenə kənar yardımsız - UNESCO-nun şöbə müdiri vəzifəsinə yüksəldi. Ramiz Abutalıbov bu beynəlxalq təşkilatda belə yüksək məqama yüksələn ilk azərbaycanlıdır.

Belə görünə bilərdi ki, qarşısına qoyduğu məqsədə çatıb dünyanın ən gözəl şəhərlərindən birində, nüfuzlu beynəlxalq təşkilatda hörmət qazanmış diplomat kimi fəaliyyət göstərir. Amma təmənnasız, fədakar insan bütün başqa insanlardan bir ona görə fərqlənir ki, yetdiyi uğurlarla kifayətlənmir. Zaman qarşısında, Xalqı Vətəni qarşısında özünü daima borclu sayır. Sovet diplomatı Ramiz Abutalıbov sovet illərində Parisdə sovet təmsilçisi olmaqdan daha artıq Azərbaycan mədəniyyətinin təəssübkeşi idi. NATO ölkəsində sovet düşmənləri sayılan azərbaycanlı siyasi mühacirlərlə əlaqələr yaratmaq riskli məsələ idi. R.Abutalıbov bundan çəkinmədi, dərk edirdi ki, bu insanlar qeyri-ixtiyari mühacirlər çağdaş Azərbaycan tarixinin bir səhifəsi kimi unudulmamalıdırlar. Bu təmaslar nəticəsində o, ədəbiyyatımıza, mədəniyyətimizə aid nadir sənədləri əldə edir onları əsl sahibinə Azərbaycana gətirir. Vətənə qaytarılmış bu sərvətlərdən yalnız bir neçəsinin adını çəkirəm: fransız dilində Nizaminin "Yeddi gözəl" poeması, Jorj Sandın tərcüməsində "Koroğlu" dastanı (1855), elə həmin dastanın XIX əsrdə təbrizli aşıq Sadıq tərəfindən ifa olunmuş variantı, Yusif Vəzir Çəmənzəminlinin fransız dilində yazdığı Azərbaycan ədəbiyyatı icmalı, rəssam Həsən Haqverdiyevin İkinci Dünya müharibəsi illərində alman əsirliyində çəkdiyi Nizami portreti, M.F.Axundzadənin 1904-cü ildə fransız dilində çıxan iki komediyası s. i.a.

 Fransız yazıçısı Banin kimi tanınan azərbaycanlı Ümmül Banunu da ilk dəfə bizlərə tanıdan Ramiz Abutalıbov oldu. Nədənsə Azərbaycan mühacirləriylə ünsiyyətdə olmayan Baninin ünvanını çətinliklə əldə edən Ramiz onunla görüşür, əlaqə yaradır. Daha sonra Parisdə olarkən "Vətən" cəmiyyətinin sədri, Xalq yazıçısı Elçin Baninlə görüşmüş, evində qonaq olmuşdu.

1987-ci ildə Bakıda Mirzə Fətəli Axundzadənin yubileyi ərəfəsində mən Ramiz Abutalıbovun vasitəsiylə Banini ölkəmizə dəvət etmişdim. Az sonra Ramiz mənə onun cavab məktubunu çatdırdı. Fransızca yazılmış məktubu mənimçün çevirdilər.

 

Hörmətli kolleqa Anar!

 

M.F.Axundovun yubileyində iştirak etməyim barədə təklifiniz məni riqqətləndirdi. Mən onun həm ədəbiyyat, həm fəlsəfə sahəsində böyüklüyünü xidmətlərini yaxşı bilirəm. O, əsərləri fransız dilinə çevrilmiş ilk Azərbaycan yazıçısıdır mən fəxr edirəm ki, dərəcədəsə onun işini davam etdirirəm.

Ancaq bəzi səbəblərdən Sizin təklifinizi qəbul edə bilmirəm inanın ki, buna çox təəssüflənirəm. Siz bu təklifinizi bir başqa vaxtda təkrar edə bilərdinizmi? Xoşbəxt uşaqlıq illərimi keçirdiyim Bakını Mərdəkanı bir görmək istərdim. Eyni zamanda mən çox istərdim ki, Sizinlə şəxsən tanış olam. Ramiz Sizin keyfiyyətlərinizi çox yüksək qiymətləndirir mən Sizi gözəl romançı esseist kimi yaxşı tanıyıram.

 

Əgər baharda doğma yerlərə ziyarətim baş tutsaydı, əla olardı. Yaşım elədir ki, tək səyahət edə bilmirəm, odur ki, bu səfərə bir neçə dostum rəfiqəmlə çıxmaq istərdim. Təbii ki, onlar bütün xərclərini öz üzərlərinə götürəcəklər, bu cəsarətli ideyayla bərabər, Sizə, əziz cənab, mənim ən səmimi rəğbət hisslərimi göndərirəm.

 

BANİN (Ümmülbanu)i

Paris, Loriston küçəsi 40, 8 oktyabr 1987

 

yazıq ki, Ümmülbanu xanımın bir arzusu həyata keçə bilmədi. Bu məktubdan az sonra vəfat etdi. Onu da deyim ki, uzun illər vətənindən uzaq düşsə Qarabağ hadisələri başlayanda Banin fransız mətbuatında Azərbaycanın haqq işini müdafiə edən bir neçə məqaləylə çıxış etmişdi. O illər Ramiz Abutalıbovun da vətəndaşlıq mövqeyi bir daha bariz göründü. Fransa hardasa dünya ictimaiyyətinə Qarabağın əzəli Azərbaycan torpağı olduğunu yorulmadan faktlarla izah sübut edirdi. Elə o illərdə Ramiz məşhur yazıçımız Rüstəm İbrahimbəyovun Paris Televiziyasıyla çıxışını təşkil etmişdi. Rüstəmin Qarabağla əlaqədar gətirdiyi dəlillərə haqlı iradlarına erməni əsilli tanınmış müğənni Şarl Aznavur cavab verməli olmuşdu (Yəni mənim bu işlərdə barmağım yoxdu, Ermənistana silah göndərmirəm s.).

 

Fransada Mirzə Fətəli, Füzuli, "Dədə Qorqud" yubileylərinin keçirilməsində Ramiz Abutalıbovun danılmaz xidmətləri var. Odur ki, yazımın əvvəlində işlətdiyim "millət fədaisi" "əsl ziyalı" sözləri Ramiz Abutalıbova tam hüquqla aiddir.

 

Son illər Ramiz Moskvada yaşayırdı. Uzun zaman Tahir Salahov, Müslüm Maqomayev kimi Ramiz Abutalıbov da vətən torpağına əbədi qayıtdı.

 Müdrik bayatımızın sözləri qədər dəqiqdir:

 

Gəzməyə qürbət ellər

Ölməyə vətən yaxşı.

 

Allah sənə qəni-qəni rəhmət eləsin, Ramiz!

 

5 yanvar 2022

 

 

 

Anar Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri

 

525-ci qəzet.- 2022.- 11 yanvar.- S.8.