Azərbaycan təhsilinin ötən ili: inkişaf üçün atılan addımlar

 

Ötən il təhsil müəssisələrinin fəaliyyətinin müasir tələblər səviyyəsinə yüksəldilməsi tədris ocaqlarının maddi-texniki bazasının gücləndirilməsi istiqamətində səmərəli işlər görülüb. Təhsildə keyfiyyətin dayanıqlılığını təmin etmək, həmçinin, ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən dəyişikliklərə nail olmaq məqsədilə bütün potensial imkanlar səfərbər edilib.

 

Ölkə üzrə 55 rayon şəhərdə təşkil edilən, ümumi sayı 850-ə çatan icma əsaslı məktəbəqədər təhsil qrupunda 16 041 nəfər 3-4 yaşlı uşaq təhsilə cəlb edilib. Lisey gimnaziyalara qəbul olunan şagirdlərin sayı ötən ilə nisbətən 15 faiz artıb.

 

2021-2022-ci tədris ili üzrə lisey gimnaziyalara qəbul qaydalarında dəyişiklik edilib, ilkin olaraq seçilmiş 15 pilot təhsil müəssisəsində qəbul prosesi mərkəzləşdirilmiş qaydada elektron xidmət vasitəsilə həyata keçirilib. 1800-ə yaxın şagird lisey gimnaziyalara qəbul edilib.

 

2021-ci ildə buraxılış imtahanlarında sağlamlıq imkanları məhdud şagirdlərin (görmə, eşitmə nitq qüsurlu) iştirakı təmin olunub. Təhsilə cəlb olunan sağlamlıq imkanları məhdud şəxslərlə bağlı məlumat bazası yaradılıb ki, bu baza evdə təhsil, xüsusi təhsil müəssisələrində ya xüsusi siniflərdə, o cümlədən, ümumtəhsil məktəblərində inklüziv təhsilə cəlb olunmuş sağlamlıq imkanları məhdud uşaqlar barədə məlumatları özündə əks etdirir.

 

2021-2022-ci tədris ilində Təhsil Nazirliyinin sistemində fəaliyyət göstərən 13 internat məktəbində 4971 nəfər, 16 inteqrasiya təlimli təhsil müəssisəsində 6333 nəfər, 8 təmayüllü internat tipli təhsil müəssisəsində 4439 nəfər şagird təhsil almaqdadır.

 

2021-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü dəstəyi ilə ölkəmizdə 12, Bakı Şəhər İcra Hakimiyyətinin sifarişi ilə 3, Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) sifarişi ilə 2, Qaçqınlar Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu sifarişi ilə 1 təhsil müəssisəsi inşa əsaslı təmir olunaraq müəllim şagirdlərin ixtiyarına verilib. 2021-ci ildə Təhsil Nazirliyi tərəfindən 69 təhsil müəssisəsi tikilib əsaslı təmir edilib. Onlardan 29-da tikinti, 9-da əsaslı təmir işləri görülüb, o cümlədən, 1 peşə mərkəzi tikilib, 31 modul tipli məktəb quraşdırılıb.

 

2021-ci təqvim ilində ölkənin təhsil müəssisələri üçün indiyədək ən çox sayda -  21000 kompüter alınıb. Məktəblərin yeni alınmış kompüterlərlə təchizatı nəticəsində 300 min şagirdin  rəqəmsal bacarıqları artacaq, 400 minə yaxın şagirdin summativ qiymətləndirilməsi rəqəmsallaşacaq, 5 regionun (Bakı, Gəncə, Mingəçevir, Şirvan, Sumqayıt)  365 min nəfər şagirdi üçün e-jurnal e-gündəlik sisteminin tətbiqi mümkün olacaq.

 

2021-ci ildən pilot layihə olaraq 27 şəhər rayon üzrə seçilmiş məktəblərə 2045 resurs dəsti təqdim edilib. Layihədən faydalananların sayı birinci sinif şagirdlərinin 28 faizini təşkil edir. Hazırda 97 faiz təhsil müəssisəsi fasiləsiz istiliklə təmin edilir. 591 təhsil müəssisəsində yanğından mühafizə sistemləri təkmilləşdirilib. 

 

2021-ci ildə şagirdlərin istifadəsi üçün ümumilikdə 270 adda 7030264 nüsxə dərslik çap olunub.

 

Ümumi təhsil müəssisələrinin I sinifləri üçün ilk dəfə olaraq təhsil proqramı (kurikulum) əsasında "Təsviri incəsənət" dərsliyi həmin dərsliklərlə müəllimlərin işləməsi üçün metodik vəsait, həmçinin, II VI siniflər üçün 25 adda yeni dərslik həmin dərsliklərlə müəllimlərin işləməsi üçün metodik vəsaitlər hazırlanıb. Ümumi təhsil müəssiələrinin IX sinifləri üçün "Zəfər tarixi" dərsliyi hazırlanıb.

 

Yeni tədris ilində ilk dəfə xüsusi məktəblərin intellekt məhdudiyyəti olan şagirdləri üçün I sinif "Azərbaycan dili" (tədris dili), "Riyaziyyat" "Matematika" dərslikləri, həmin dərsliklərlə müəllim   valideynlərin işləməsi üçün metodik vəsaitlər hazırlanıb. Bundan başqa, tədris Azərbaycan rus dillərində olan ümum təhsil müəssisələrinin II VI sinifləri üçün 46 adda dərslik müəllim üçün metodik vəsaitlər məzmun, bədii tərtibat, dil üslub baxımından əsaslı şəkildə təkmi 2021-ci ildə keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində rekord sayda - 62242 müraciət qəbul edilib. Ümumilikdə 21 gününü əhatə edən ölkə üzrə 12 imtahan mərkəzində həyata keçirilən imtahanlarda 46930 namizəd iştirak edib.

2021-ci ildə ümumilikdə 12154 vakansiya üzrə müsabiqə elan edilib. Hazırki dövrə kimi 10000 nəfərə yaxın namizəd işlə təmin olunub. 3794 nəfər müddətsiz, 5866 namizəd isə müddətli əmək müqaviləsi əsasında işə qəbul olunub. İşə qəbul edilmiş müəllimlərin 51 faizi ucqar kənd məktəblərinin payına düşür. Namizədlərin işə qəbulu prosesi tədris ilinin sonunadək davam edəcək.

 

Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin yerinin dəyişdirilməsi müsabiqəsinin nəticələrinə əsasən, 1841 nəfərin yerinin dəyişdirilməsinə razılıq verilib.

 

2021-ci ildə 211 nəfər müsabiqə nəticəsinə əsasən ümumi təhsil müəssisəsinin direktoru vəzifəsinə təyin olunub.

 

Şəhid qazi ailəsi üzvlərinin sosial müdafiəsinin, məşğulluğunun təmin edilməsi məqsədilə 2021-ci ilin 28 yanvar tarixindən etibarən Təhsil Nazirliyinə tabe olan qurumlar, təhsil müəssisələrində 69 vəzifə üzrə vakansiyalara həmin kateqoriyadan olan şəxslərə üstünlük verilməsi üçün tədbirlər həyata keçirilib.

 

Tədbirlər çərçivəsində ümumilikdə 1288 nəfər işə qəbul edilib. Onlardan 498 nəfəri şəhidlərin ailə üzvü, 107 nəfəri hərbi qulluqçuların ailə üzvü, 265 nəfəri qazi, 418 nəfəri Vətən müharibəsi iştirakçısıdır.

 

Aparılan monitorinqlərin nəticəsinə əsasən, 13  Rayon Təhsil Şöbəsinin müdiri, 12 Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi 138 məktəb direktoru  barəsində intizam tənbehi tədbiri görülüb, 9 yerli təhsili idarəetmə orqanının rəhbəri, 1 Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi 24 məktəb direktoru tutduğu vəzifədən azad edilib.

 

Təhsil naziri Emin Əmrullayev deyir ki, təhsil sistemində bir sıra layihələr uğurla davam etdirilib. Ölkədə məktəbəqədər təhsil müəssisələri ilə əhatə olunmayan yerlərdə, müəyyən kəndlərdə  bu günə qədər  850-dən artıq icma əsaslı məktəbəqədər təhsil qrupları təşkil olunub. Burada 16000-dən artıq uşaq təhsilə cəlb olunub. Həmin qrupların təşkili nəticəsində 780-ə  qədər yeni yeri yaradılıb ki, bu da qadınların işlə təmin edilməsinə  müsbət təsirini göstərib: "Ötən il Azərbaycan tarixində maksimal sayda  gənc  tələbə adını qazanıb. Biz  bakalavr  magistratura səviyyələrində  çox yüksək qəbul planlarını  görürük. Başqa bir  müsbət nəticə müəllimlərin işə qəbulu ilə bağlıdır. Belə ki, bu il 10 mindən artıq insan işlə təmin edilib. Təbii ki, bu  da böyük rəqəmdir.

 

Ali təhsil sahəsində bir sıra beynəlxalq layihələrimiz uğurla davam edir. 4 beynəlxalq ikili diplom proqramı - Cənubi Koreya Respublikasının İnha Universiteti,  ABŞ-ın Corc Vaşinqton Universiteti ilə iki proqram Türkiyənin Ege Universiteti ilə proqramlarımız davam edir".

 

Nazir qeyd edib ki, ötən il Prezident tərəfindən Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun yaradılması haqqında fərman imzalanıb. Artıq Təhsilin İnkişafı Fondu ilə  müəyyən layihələrin həyata keçirilməsi planlaşdırılır: "Ötən il mənə görə, Azərbaycan təhsilində  uğurla həyata keçirilən  STEAM  ili  adlandıra bilərik. 2021-ci ildə STEAM layihəsi 302 ümumtəhsil məktəb və 10 STEAM Mərkəzini əhatə edib. 100 mindən artıq şagird STEAM tədrisinə cəlb edilib. Ötən il Təhsil Nazirliyi Təhsil İnstitutu ilə birlikdə ölkəmizdə ilk dəfə "STEAM Azərbaycan Festivalı 2021"  təşkil etdi. İlk dəfə təşkil edilən festivalın keçirilməsində məqsəd müxtəlif ideyaları ilə fərqlənən istedadlı və yaradıcı şagirdlərin aşkar olunması, təhsilalanlar arasında yeni əməkdaşlıq və ünsiyyət imkanlarını inkişaf etdirmək idi.  STEAM festivalında gördük ki, bizim Azərbaycan məktəblərində nə qədər istedadlı uşaqlarımız və  innovasiyalar var. Tədris ilinin sonuna  qədər  15 STEAM Mərkəzini istifadəyə verməyi planlaşdırırıq. Son illərdə peşə təhsilinə maraq artıb. Belə ki, peşə təmayüllü  siniflərimizin sayının artması, ümumiyyətlə, peşə təhsilinə olan istəyin və bu il peşə təhsilinə qəbul  olan uşaqların maksimal sayda olması, ötən illə müqayisədə 12 faiz  artması bizi çox sevindirir. İlk dəfə olaraq yüksək texniki peşə  təhsilinə başlanılması peşə təhsili müəssisələrinin tələbələri üçün təhsillərini davam etdirmək və ali təhsil almaq baxımdan yeni imkanlar açır".

 

Təhsil nazirinin sözlərinə əsasən, "Rəqəmsal bacarıqlar" layihəsi  ötən il daha çox şagirdin əhatəliliyi baxımından uğuru olub. Layihə 190 min şagirdi əhatə edib. Təbii ki, bütün bu layihələr və əldə olunan nailiyyətlər əsasən Azərbaycan məktəbinə yeniliklərin gəlməsi ilə əlaqədardır: "Mən  azərbaycanlı şagirdlərin olimpiada nailiyyətlərini də xüsusi qeyd etmək istərdim. 2021-ci ildə  məktəblilərimiz 15 müxtəlif  beynəlxalq olimpiada və müsabiqələrdə iştirak edib. Şagirdlərimiz  6 qızıl, 16 gümüş, 33 bürünc medal olmaqla, ümumilikdə 55 medal qazanıblar. Azərbaycan beynəlxalq qiymətləndirmələrdə iştirak edir. Yəni biz təhsil sistemi olaraq nədənsə kənarda qalmağı, nəyisə gizlətməyi sevmirikyaxud da istəmirik.  Amma təbii ki,  sistem böyük olduğuna görə hələ də həlli vacib məsələlər var. Bunları da danmırıq. Bizim inandığımız  budur ki, elə həll yolları, mexanizmlər var ki, onların tətbiqi bir deyil, yüzlərlə, minlərlə adamın problemini eyni anda həll edə bilər. Biz o mexanizmləri tətbiq etməsək, həmin fərdi problemlər həmişə olacaqbununla sadəcə olaraq həyatımızı və zamanımızı onların həllinə  sərf  edəcəyik".

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2022.- 12 yanvar.- S.7.