Bir səbət tənhalıq” tamaşası yenidən səhnədə

 

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının repertuarında yer alan maraqlı monotamaşalardan olanBir səbət tənhalıq” tamaşası bu dəfə də sənət ocağının repertuarında yer alıb.

AZƏRTAC xəbər verir ki, dramaturqaktyor Məcid Vahidzadənin eyniadlı əsəri əsasında hazırlanmış tamaşa yanvarın 23-də sənət ocağının kiçik səhnəsində nümayiş ediləcək.

Saat 19:00-da izləyicilərin ixtiyarına veriləcək səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Nofəl Vəliyev, tərtibatçısı Zəminə Orucova, musiqi tərtibatçısı İradə Muradovadır.

Səhnə əsərində söhbət mənəvi tənhalıqdan gedir: tamaşa iki tənha qəlbin nəhayətdə bir-birini tapmasından bəhs edir.

 

525-ci qəzet.- 2022.- 12 yanvar.- S.12.