Nizami Gəncəvi
yaradıcılığı Türkiyə portallarında
Türkiyənin
“murekkephaber.com”, “dibace.net” və “erikagacioyku.com” ədəbiyyat
portalları dahi Azərbaycan şairi Nizami Gəncəvinin
türk dilinə tərcümə edilmiş “Qəm yemə,
qəm əhlinin imdadına canan çatar” qəzəlinin,
rübailərinin və şairin
yaradıcılığı haqqında məlumatın yayınına
başlayıb.
Qeyd edək ki, geniş
oxucu auditoriyası tərəfindən izlənən
“murekkephaber.com”, “dibace.net” və “erikagacioyku.com” portalları
müntəzəm olaraq səhifələrində
Uilyam Şekspir, Fyodor Dostoyevski, Lev Tolstoy, Corc Oruell,
Mehmet Akif Ərsoy kimi dünya şöhrətli
şair və yazıçıların
yaradıcılığını işıqlandırır.
525-ci qəzet.- 2022.- 12 yanvar.- S.12.