Respublika Uşaq Kitabxanası balacalar üçün ekskursiya təşkil edib

 

 

Yanvarın 11-də “Trio tədris incəsənət və idman mərkəzi”nin balaca fidanları F.Köçərli adına Respublika Uşaq Kitabxanasına ekskursiya edib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə balacalar kitabxana ilə tanış olub, sonra kitabla düzgün rəftar etməyi öyrəniblər.

Ekskursiya çərçivəsində uşaqlar nağıl otağında Azərbaycan nağıllarını dinləyib, maraqlı tapmacalara cavab verib, kiçik oxu zalında danışan, səsli və rəngarəng kitablarla tanış olublar. Daha sonra cizgi filmlərinə baxıblar.

Balaca fidanlar kitabxanadan şən əhval-ruhiyə ilə ayrılıblar.

 

525-ci qəzet.- 2022.- 12 yanvar.- S.12.