Rəngkarlıq muzeyində ustad dərsi

 

YARAT Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə böyüklər üçün “Özünü kəşf et” ustad dərslərinin ilk tədbiri yanvarın 12-də Azərbaycan Rəngkarlığı Muzeyində keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Miraslan Zeynin rəhbərliyi ilə reallaşacaq ustad dərsi “Teksturakollajmövzusuna həsr olunacaq.

Qeyd edək ki, növbəti dərs yanvarın 19-da Gülarə İsrafilovanın iştirakı ilə “Abstraksiyamövzusuna həsr ediləcək.

Təcrübəsindən asılı olmayaraq hər kəs dərslərdə iştirak edə bilər. Bütün ləvazimatlar muzey tərəfindən qarşılanır.

Yerlər məhdud olduğundan qeydiyyatdan keçmək zəruridir. Qeydiyyat çərşənbə axşamı – bazar günü saat 12:00-dan 20:00-dək aparılır.

Ustad dərsləri ödənişsizdir.

 

525-ci qəzet.- 2022.- 12 yanvar.- S.13.