Tarzən və xanəndə  Şirulla İmanov anılacaq

 

Yanvarın 13-də Beynəlxalq Muğam Mərkəzində (BMM) tanınmış tarzən və xanəndə Şirulla İmanovun (1909-1976) anadan olmasının 113-cü ildönümü münasibətilə xatirə gecəsi keçiriləcək.

Vaxtilə Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının solisti olmuş Şirulla İmanov ötən əsrin əvvəlində Bakıda keçirilən konsertlərdə çıxış edib. Tarzənin bacarığını yüksək qiymətləndirən dahi bəstəkar Üzeyir Hacıbəyli opera tamaşalarında tar ifaçılığını ona həvalə edib. Ş.İmanov yaradıcılığa başladığı ilk dövrlərdə iki premyeranın iştirakçısı olur. Bunlardan biri 1916-cı ildə “Tağıyev teatrı”nda Hüseynqulu Sarabski, Hüseynağa Hacıbababəyov, Əhməd Bədəlbəyli və digər korifey sənətkarların iştirakı ilə səhnəyə qoyulan Zülfüqar Hacıbəyovun “Aşıq Qərib”, digəri isə 1919-cu ildə Müslüm MaqomayevinŞah İsmayıl” operası olur. Bu premyeraların uğurundan ruhlanan gənc Şirulla söz verir ki, nə vaxtsa bu səhnədə özünü xanəndə kimi də sınayacaq. Bir neçə ildən sonra arzusu reallaşır. O, OperaBalet Teatrı və Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyət göstərir. M.MaqomayevinŞah İsmayıl”, Z.Hacıbəyovun “Aşıq Qərib”, Ü.Hacıbəylinin “Şeyx Sənan” operalarında sənətkar həm vokal, həm də tar ifaçısı kimi tamaşaçıların rəğbətini qazanır.

Onun Bakıda, Çəmbərəkənddə yerləşən evində mütəmadi olaraq dostları yığışar və muğam gecələri təşkil edilərdi. Tarzənin dostları, muğam ustadları və biliciləri Xan Şuşinski, Bəhram Mansurov, Firudin Şuşinski, Hacıbaba Hüseynov, Əbülfət Əliyev, Məmmədəli Əliyev, Qurban Pirimov və başqaları bu gecələrdə iştirak edərdi.

 

525-ci qəzet.- 2022.- 12 yanvar.- S.13.