“Azərbaycanın coğrafiyaçı alimləri” kitabı işıq üzü görüb

 

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun  Azərbaycanın coğrafiyaçı alimlərikitabının ikinci nəşri işıq üzü görüb.

525.az xəbər verir ki, kitabın baş redaktoru İnstitutun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov, redaktorları coğrafiya üzrə fəlsəfə doktorları Zaur İmrani, Mirnuh İsmayılov mərhum Nizami Əyyubovdur. Nəşr coğrafiya üzrə fəlsəfə doktorları Abil Haqverdiyev mərhum Məhərrəm Həsənov tərəfindən tərtib edilib.    

Kitabda respublikamızda coğrafiya elminin inkişafında, onun təbii şəraitinin ehtiyatlarının öyrənilməsində xidmətləri olmuş bütün coğrafiyaçı alimlər haqqında ensiklopedik məlumat toplanıb. Kitabda hər bir alimin elmə verdiyi töhfələr qısa şəkildə təhlil edilir, elmi  işlərindən tətbiq edilmiş nəticələr göstərilir, nəşr etdirdikləri mühüm məqalə, monoqrafiya, dərslik, dərs vəsaiti ayrıca qeyd edilir.

Toplu elmi tarixi əhəmiyyət daşımaqla, son 100 ildən artıq bir dövrdə işləyib yaratmış coğrafiyaçıların fəaliyyətinə işıq salan bir mənbə rolunu oynayır.

 

525-ci qəzet.- 2022.- 13 yanvar.- S.13.