Günay Əfəndiyeva Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin nümayəndə heyəti ilə görüşüb

 

Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türk Dünyası Mühəndislər Memarlar Birliyinin sədri Mücahit Demirtaş onun rəhbərlik etdiyi geniş nümayəndə heyəti ilə görüşüb.

 

Fondun prezidenti qonaqları salamlayaraq, üzv dövlətlərlə, o cümlədən, qardaş Türkiyə ilə sıx əlaqələrin təşkilat üçün əhəmiyyətindən bəhs edib. O, Türk Əməkdaşlıq Təşkilatlarında sədrliyin Türkiyəyə keçməsinin Türk dövlətləri arasında qarşılıqlı tərəfdaşlığın inkişafına böyük töhfə verəcəyini vurğulayıb. Günay Əfəndiyeva Fondun yarandığı tarixdən etibarən, Türk Dünyası Mühəndislər Memarlar Birliyi ilə əməkdaşlıq münasibətlərinin olduğunu bildirərək, ötən il  Qarabağın keçmişi, bu günü gələcəyimövzusunda birgə təşkil olunan beynəlxalq videokonfransı xatırladıb.

 

Günay Əfəndiyeva, həmçinin, gənc beynəlxalq təşkilat olmasına baxmayaraq, Türk Dünyası mədəniyyətinin bərpası, qorunması beynəlxalq aləmdə tanıdılması yönündə Fondun çoxşaxəli fəaliyyətindən söz açaraq, bu sahədə Türk Dünyası Mühəndislər Memarlar Birliyi ilə yeni layihələrin həyata keçirilməsinin vacibliyini qeyd edib.

 

Türk Dünyası Mühəndislər Memarlar Birliyinin sədri Mücahit Demirtaş Azərbaycana səfərindən, eləcə Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondunu ziyarət etməsindən böyük məmnunluq hissi keçirdiyini bildirib. Birliyin sədri, 2022-ci ilin AzərbaycandaŞuşa ilielan olunması ilə əlaqədar olaraq, Fond ilə əməkdaşlıq çərçivəsində Türk Dünyasının, o cümlədən Azərbaycanın ayrılmaz parçası olan Qarabağda erməni vandalizmi nəticəsində dağıntılara məruz qalmış abidələrin bərpası, eləcə digər istiqamətlərdə birgə işlərin görülməsinin önəmini vurğulayıb.

 

 

Daha sonra Birliyinin sədri Mücahit Demirtaş Günay Əfəndiyevanın Türk Dünyasının mədəni irsinin qorunması ilə bağlı rolunu yüksək qiymətləndirərək, Fondun prezidentinə Türk Dünyası Mühəndislər Memarlar Birliyinin Fəxri üzvü seçildiyini  bildirən diplom təqdim edib.

Sonda tərəflər bir-birlərinə hədiyyələr bağışlayıb.

 

525-ci qəzet .- 2022.- 18 yanvar.- S.4.