Rəssam Nərgiz
Quliyevanın fərdi sərgisi açılıb
Yanvarın
12-də Heydər Əliyev Sarayında istedadlı rəssam,
“Nargiz Art Studio”nun rəhbəri Nərgiz Quliyevanın fərdi
sərgisi açılıb.
Sərgi Mədəniyyət Nazirliyi və Mədəniyyət TV-nin birgə həyata keçirdiyi “Bizi birləşdirən Mədəniyyət” layihəsi çərçivəsində təşkil olunub.
Sərgidə Azərbaycan Rəssamlar İttifaqının üzvü Nərgiz Quliyevanın müxtəlif mövzularda çəkdiyi rəsmlər nümayiş edilib. N.Quliyevanın əsərlərində əsasən, multikulturalizmə, təbiət mövzularına, peyzaj janrına üstünlük verilib. Rəssamın çəkdiyi rəsmlərdə əsas məqsəd ətrafdakı gözəllikləri canlandıraraq tamaşaçılara çatdırmaqdır.
Tədbirdə layihənin ideya müəllifi, Heydər Əliyev Sarayının direktoru, Əməkdar artist Ramil Qasımov çıxış edərək layihənin əhəmiyyətindən danışıb. Bildirib ki, layihə böyük uğur qazanmaqdadır. Çünki, bizi bir-birimizə zəngin köklərə malik olan mədəniyyətimiz bağlayır.
Sonra
iştirakçılar sərgi ilə tanış olublar.
525-ci qəzet.- 2022.- 14 yanvar.- S.16.