Silinməz naxışlarla bəzənmiş
ömür
AZƏRBAYCAN
MEMARLIĞININ ENERJİYƏ QƏNAƏT VƏ EKOLOGİYA
NÜMUNƏLƏRİNDƏ FƏQAN ƏLİYEV
İZİ
İnsanın yaşadığı ömür yolu onun həyatını əks etdirən güzgüdür. Bu lövhədə hər kəsin arzu-istəklərindən qaynaqlanmış əməllər, özünün və başqalarının həyatında qoyduğu izlər aydın görünür və sahibini olduğu kimi təqdim edir. Bu baxımdan insan həyatının dəyəri təkcə özü üçün etdikləri deyil, həm də yaxın-uzaq çevrəsində tutduğu mövqe, cəmiyyətə göstərdiyi xidmətlərlə ölçülür. Fəqan Əliyev də gördüyü işlər, yaratdığı memarlıq nümunələri, yazdığı sanballı elmi əsərlərdə öz ömrünü də silinməz naxışlarla bəzəyib. Onun xalqına xidmətdə keçən həyat yolu parlaq əməllərlə zəngindir.
Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti, Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Ekologiya" kafedrasının müdiri, Birləşmiş Oksford Universitetinin fəxri professoru Fəqan Əliyev deyir ki, "kiminsə taleyində müsbət rolum olubsa, bunlar mənim əməyim, sevincimdir".
Yazdığı elmi əsərlə Fəqan Əliyev hələ tələbə ikən Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbaycan Dövlət Texniki Univerisiteti) "Qoy həmişə günəş olsun" tələbə elmi cəmiyyətində birinci yerə layiq görülüb. Moskva İnşaat Fizikası İnstitutunda elmlər namizədi və elmlər doktoru dərəcəsi almağa da müvəffəq olub Fəqan Əliyev. Türkmənistan, Özbəkistan kimi Azərbaycan da cənubda yerləşdiyindən Abşeronda tikilən binalara üzlük əhəng daşları vurmağa icazə verilmirdi. Fəqan Əliyevin tədqiqatı ekvivalent temperaturanı ortaya çıxarır. Professor apardığı eksperimentlərlə günəş-istilik, külək, nisbi rütubət, alternativ enerjinin istifadəsi, iqlim dəyişikliyi, hidrogen enerjisi və digər amillərin Azərbaycanda istifadə imkanlarının uğurla tədqiqinə nail olur.
Fəqan Əliyev Heydər Əliyev adına İdman-Konsert sarayında 300 günəş panelindən istifadə edərək enerji sistemi tətbiq edib. Kompleksdə möhtəşəm mühəndis qurğuları olduğundan enerjinin sistemli idarə olunması, enerjiyə qənaət, binanın iqlim dəyişikliyinin optimizasiyası və nəzarəti kompüter proqramı vasitəsi ilə həyata keçirilir.
İdman sarayını tikmək, bugünkü ağıllı və yaşıl iqlim şəraitini keçmiş Sovetlər dövründə yaratmaq onun taleyinə qismət olub. İdman sarayının bütün təminatı, layihəsi əvvəl Moskvada, sonra Leninqradda (indiki Sankt-Peterburq) həll olunur. Bundan sonra Fəqan Əliyev 1970-ci ildən Moskva İnşaat Fizikası İnstitutunda tədqiqatları və elmi nəticələri həyata keçirə bilir.
Saray ümumi diametri 120, uzunluğu 76, eni isə 40 metr olan iki buz meydançasının olmasıyla Şərq ölkələri arasında tikilən ilk idman kompleksi ünvanı qazandı. Hündürlüyü 29,6, dərinliyi 20 metr olan bu iki buz meydançası məşqlər və nümayiş üçün nəzərdə tutulmuşdu. 12 min nəfər tutumu olan binanın 400 min kubmetr havası ABŞ-da istehsal olunmuş (DELT-1000) 4 ədəd utilizator vasitəsi ilə, kondisioner və soyuducu sistemlə tənzimlənirdi. Bütün sistemlərə kompüter avadanlıqları vasitəsi ilə nəzarət olunurdu.
İqlim dəyişikliyinə uyğun olaraq sistem optimizasiya edilərək buz meydançalarında ölçü cihazları vasitəsi ilə temperaturun nizamlanması həyata keçirilirdi. Sarayın çevrəsi boyunca yerləşmiş ABŞ istehsalı olan hava barabanları SSRİ-də və Azərbaycanda ilk dəfə tətbiq olunurdu. Qızdırıcılar bütün fəsillərdə 48 dərəcə istiliklə bütün binanı isti su ilə təmin edirdi.
1991-ci il avqustun 17-də SSRİ-nin dağılması ərəfəsində Beynəlxalq konfrans keçirilir. Tədbir zamanı Konqres iştirakçılarının bir qismi, aralarında Fəqan müəllim də olmaqla İdman sarayında mühasirəyə alınsalar da, 4 saatdan sonra azad edilirlər. Bundan sonra tədbir 300 nəfər konfrans iştirakçısının iştirakı ilə Qəbələ şəhərində davam etdirilir. Konfransda İngiltərə, Fransa, Almaniya, İtaliya, Yunanıstan, qardaş Türkiyə, Macarıstan, Çexoslovakiya, Baltikyanı ölkələr, MBD ölkələri (Rusiya, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Gürcüstan, Özbəkistan, Türkmənistan) və İrandan adlı-sanlı alimlər iştirak edirdilər.
İdman-Konsert Kompleksi 20 Yanvar faciəsi zamanı çoxlu sayda vətəndaşlarımızın xilas yeri olub. O dövrlə bağlı xatirələrini bölüşən Fəqan Əliyev deyir: "Keçmiş Sovet qoşunlarının rəhbərliyi məni cinayətə cəlb etmək istəyirdi. Ancaq Respublikamızın namuslu oğulları, dövlət adamları etirazlarını mərdliklə bildirdilər. Elmira Qafarova, Məhəmməd Əsədov, Murad Babayev keçmiş Sovet dövlətinin Müdafiə nazirliyinin, Bakıya rəhbərlik edən Daxili qoşunların, generalların qabağına çıxan insanlar var idi. Onlar əsl qəhrəmandırlar. Respublikamızda yazıçılar Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı, Dilarə Əliyeva, Aydın Məmmədov, Azərbaycan Elmlər Akademiyasından Xudu Məmmədov, Ziya Bünyadov sağlam düşüncəli o zamanki deputatlarımız, hansı ki səsimizi dünyaya çatdırdılar".
Fəqan Əliyevin xəyallarında Əli ilə Fatma Buz meydançasında Üzeyir bəyin Koroğlu Uvertürası altında oynayacaqdı. Ə.Bədəlbəylinin "Qız qalası" baleti, Fikrət Əmirovun "Min bir gecə", Qara Qarayevin "İldırımlı yollarla", Arif Məlikovun "Məhəbbət əfsanəsi", Soltan Hacıbəylinin "Karvan" əsərlərinin sədaları altında ifaların reallığa çevrilməsi də belə arzulardan idi.
İdman Konsert sarayının tikintisi başa çatdı. Tikinti rəhbərləri, dövlətin qarşısında
cavabdeh şəxs kimi Fəqan Əliyevə "Artıq
rahat ölə bilərsən" dedilər.
Professor isə cavabında "Xeyr, mənə ömrü verən Allahdır. Hələ davam etmək istəyirəm"
- dedi.
Ətrafındakı insanlarla birlikdə bu böyük abidəni ərsəyə
gətirir Fəqan Əliyev. Əliş Lənbəranski, Həsən
Seyidov, Tofiq Səfərəliyev, Cavanşir
Hüseynov, Telman Kazımov, Səyyaf Allahverdiyev, Nazim İsmayılov, Rafiq Hacıyevin adlarını
çəkərək onların
ölkənin başqa
sənaye və yaşayış binalarının
tikintisində böyük
əməklərinin olduğunu
bildirir: "Rusiyalı
mütəxəssislərlə yanaşı, binanın tikinti və lahiyələndirilməsində avstriyalı Neben-fyur, Frans Staffel, arxitektorlar T.Abdullayev, J.Kadimov, konstruktor Arif Əliyev, tikintinin direktoru Həsən Tahirovun böyük əməkləri
olub. Onların bir çoxu
dünyasını dəyişib.
Məhz onların sayəsində
biz bu möhtəşəm
binanı ərsəyə
gətirdik. Bir il 6 ay işlədik,
beynəlxalq konqres keçirdik. İlk dəfə olaraq
bir həftə müddətində binada İran dövlət sərgisi keçirildi.
Bu, mənim həyatımın
xoşbəxtliyidir. Ancaq bu günə kimi bu möhtəşəm bina öz funksiyasını,
fəaliyyətini lazımınca
həyata keçirmir.
Bu isə məni
kədərləndirir. Valideyn övladının həyatını,
varlığını görmək
istəyir. "Tikdim ki, izim
qala, tikmədim ki, özüm qalam".
Fəqan Əliyevin müəllifi olduğu tikilidən biri isə 1970-ci ildə təməli qoyulan "Velotrek"dir. Keçmiş SSRİ-nin tərkibindəki inkişaf
etmiş respublikalarda tikilən bu bina möhtəşəm
idman qurğusudur.
333 metr uzunluqda olan idman arenası
38 dərəcə bucaq
altında tikilib. Bütün tikintinin
qumu Volqaqrad şəhərindən gətirilib.
Çünki bu qumun tərkibində duz yoxdur. Hər metrdə rezin
xətlər olan örtüyə 28 dərəcədən
yuxarı istilik və günəş şüalarının birbaşa
təması qadağandır.
Velotrekin tikintisi ilə bağlı xatirələrini bölüşən
Fəqan müəllim
deyir: "Fransadan Ermənistana təzə gəlmiş velotrek mütəxəssisi ilə
layihəni işləmək
üçün Moskva
İdman Komitəsindən
göstəriş aldım.
1980-ci ildə Yay Olimpiya Oyunları
Moskvada keçirilməli
idi. Mən İrəvana ezam
olundum və Minasyan adlı erməni xarici vətəndaşla görüşdüm.
İlk gün mənim üçün çox çətin keçdi.
O, məni mütəxəssis
kimi qəbul etmək istəmirdi. Mən isə mükəmməl bildiyim sənətimi gözəl nümayiş
etdirirdim. İstilik fizikası,
günəş radiasiyası,
küləyin aerodinamikası,
nisbi nəmliyin inşaat texnologiyasına təsiri kimi amilləri ona izah edirdim. Ancaq ikinci gün o, mənə səmimi etirafını bildirərək
erməni xalqına nifrət etdiyini və kiçik qardaşının onlar tərəfindən öldürüldüyünü
söylədi.
Velotrekin tikintisində keçmiş
daxili işlər naziri, rəhmətlik Arif Heydərov, həmçinin, Bəhmən
Hacıyev öz köməyini əsirgəmədi. Velotrek üçün
20 hektar torpaq sahəsi ayrılmışdı.
Bura bütün mikrorayonda yaşayan sakinlər üçün İdman Sağlamlıq Mərkəzi
olmalı idi. Ancaq bu, baş vermədi.
Buranın ərazisinin bir
hissəsi bazar kimi fəaliyyət göstərməyə başladı.
Qeyd edim ki, ölkədə
bu miqyasda idman kompleksi olmamışdı. Bildirmək istəyirəm
ki, Bakının, Abşeron yarımadasına
uyğun öz memarlıq kriteriyaları və baryerleri mövcuddur. Mənim subyektiv
və obyektiv memarlığa münasibətim
fərqlidir. Təəssüf ki, Bakının tikinti qaydaları və ənənəsi kobud şəkildə pozulur. Demək olar ki, Bakının arxitektor və baş planı mövcud deyil. Bakı Amfiteatrı gözlənilmir.
Məsələn, Sahil
metrosunun üstündə
tikilən, iri göydələn, N.Nərimanov
heykəlinin ərazisi,
ümumilikdə Musabəyov
qəsəbəsi, Bayılov,
Əhmədli, Zığ və şəhərin hər yerində yüksək mərtəbəli binalar Bakının memarlıq ansamblını pozur. Bakıda hündürmərtəbəli binaların sıx yerləşməsi, küçələrin
darlığı, keçidlərin
olmaması, ağacların
azlığı bir cənub səhəri kimi şəhərin gözəlliyini itirir.
Köhnə Sovet küçəsində
parkın salınması
Bakının Qış
bulvarı kimi gözəlliyinə səbəb
oldu. Dəniz bulvarının sıxlığı,
Bayılda göydələnlər,
Bakının incəliyinə
memarlıq incilərini
boğmağına gətirib
çıxarır. Şəhər içərisində "Tarqovu"
adlandırdığımız mərkəzi küçələr
gəzinti üçün
şəraiti itirir.
Bakını tikinti biznesinə
qurban vermək olmaz.
Heyif Mikayıl
Hüseynov bu gün yaşamır, heç ev-muzeyi də yoxdur. Azərbaycan musiqisinin
dahisi Üzeyir Hacıbəylidirsə, Azərbaycan
memarlığında da
dahi Mikayıl Hüseynovdur. Əslində, Azərbaycan memarlarının
mənəvi atası
Mikayıl Hüseynovu
hesab etmək olar".
İdman Konsert Kompleksinin ərazisi 65 hektar idi. İkinci Dünya müharibəsi
zamanı müharibədə
vuruşmuş zabitlərə
dövlət tərəfindən
Zabitlər evi tikilib hədiyyə edilmişdi. Fəqan Əliyev
təbliğat aparır.
Bakımıza belə bir
"Eldarado" idman kompleksi lazımdır deyir.
O, həmin yerdə çox böyük tennis
kompleksi, voleybol, həndbol, qaçış
yolları, üzgüçülük
hovuzu, ailə uşaqlar üçün
əsl idman-istirahət
kompleksi, ərazidə
tibbi reabilitasiya mərkəzi layihələndirir.
Hətta
layihə o zamankı Dövlət Komitəsində
plana da düşür. Təəssüf ki, sonradan həmin
yerdə otel inşa olunur. Qalan yerlərdə isə imkanlı adamlar qaydasız, eybəcər evlər tikdilər. "Yaxşı yadımdadır,
otelin layihəsi müzakirə olunanda mən çıxış
edib yazdıqlarımı
əsaslandırdım. Bakının keçmiş
meri iclasa rəhbərlik edən xarici işlər nazirinə bildirdi: Sizinlə Fəqan Əliyevin bu çıxışını dessertə saxlayaq. Amma o dessert çox ağır və baş ağrısına səbəb
oldu", - deyir Fəqan Əliyev.
Professor xatırlayır: "Düşünürəm ki, bir zaman gələcək insanlıq ağı qaradan seçə biləcək. Bəşəriyyətin ədiblərini öyrənmək lazımdır. Yalançı, süni ədəbiyyatın, tez effekt verən musiqinin, yaradıcıllığın heç bir gələcəyi yoxdur. Rayonlarımızda pambıqçılarımız Q.Qarayevdən yüngül musiqi istəyirlər. Q.Qarayev deyir: "Siz çalışın xalqın musiqi səviyyəsini qaldırın, köməklik edin səviyyələri aşağı düşməsin”. Bəzi yalançı, özlərini ziyalı kimi cəmiyyətə sırıyanlar S.Vurğunu, S.Rüstəmi, hətta uzun illər Azərbaycan ədəbiyyatına xidmət etmiş, ağır günlərdə Yazıçılar İttifaqını qorumuş, gənclik illərində "Qobustan" jurnalının yaradıcısı olmuş, çox məharətlə "Dədə Qorqud"u yaşadanlardan biri və birincisi, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarı, Azərbaycan ədəbiyyatının kökü üstündə bitən Xalq yazıçısı Elçini, Emin Sabitoğlunu, Yusif və Vaqif Səmədoğlu qardaşlarını belə tənqid edirlər. Vaxtilə Nizami Gəncəvi, Nəsrəddin Tusi, Nəriman Nərimanov öz oğullarına məktubunda necə onlara haqsızlıq edildiklərini yazırdılar. Nə etmək olar, ikili dünyamız var: ağı da var, qarası da".
Fəqan Əliyev bir neçə binanın tikilməsinə rəhbərlik edib. Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Fransa, Finlandiya, Türkiyə, İran, Rusiya, Pakistan və bir sıra MDB ölkələrində keçirilən forumlarda konfranslar verib. Azərbaycan və xarici alimləri cəlb etmək üçün Fəqan Əliyev 15 beynəlxalq Bakı konqresi təşkil edib. Fəqan Əliyev Azərbaycan, ABŞ, Finlandiya, Böyük Britaniya və Rusiyada nəşr edilən məqalələrin, çoxsaylı ixtiraların, dərslik və monoqrafiyanın müəllifi, "Enerji, Ekologiya, İqtisadiyyat" və "Kainat" elmi-populyar jurnallarının təsisçisi və baş redaktorudur. "Ekoenergetika və Biologiya" jurnalının elmi redaksiya heyətinin üzvü Fəqan Əliyev akademik Yu tərəfindən təltif edilib. Y.Məmmədəliyev və V.Boguslavski medallarına layiq görülüb.
Fəqan Əliyev bütün şərəfli həyatı boyu öz əməyi ilə cəmiyyətdə, insanlar arasında layiqli hörmət qazanıb.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2022.- 19 yanvar.- S.14;15.