Gələcəyin bəlası: diqqət
əskikliyi və hiperaktivlik sindromu
"Diqqətimi toplaya
bilmirəm. Oxuyuram, amma anlamıram".
Bəzi uşaqlar öyrənməklə
bağlı problemlərini
bu cür səlis və aydın şəkildə
ifadə edirlər.
Əksəriyyət isə beynində
nə baş verdiyini anlamır, amma nə isə
bir problem olduğunu bilir. Çünki izləyir, oxuyur,
amma öyrənə,
yadda saxlaya, təhlil edə və qavraya bilmir. Bəziləri isə oxumağa,
öyrənməyə heç
meyl etmir, öyrəniləsi materiala
qəti şəkildə
maraq göstərmir.
Çağın yeni bəlalarından biri də DƏHS -dir (Diqqət əskikliyi və hiperaktivlik sindromu). Yuxarıda sadaladığımız problemlər də məhz bu sindromun
əlamətlərinin bir
qismidir. Bu kimi hallar müşahidə
olunduğu zaman dəqiq diaqnoz qoyulmadıqda və müalicə olunmadıqda
uşağın həyatı
həm özü, həm də valideynləri üçün
günü-gündən çətinləşir.
Hər bir valideyn övladının
diqqətli və bacarıqlı olmasını
istəyir. Bu xüsusiyyətlərə
mailk uşaq nizam-intizam sahibi olur, məktəb illərində, daha sonrakı akademik fəaliyyətində də
uğurla addımlaya bilir. Amma diqqət əskikliyi,
dağınıqlıq, hiperaktivlik
öyrənmə fəaliyyətini
çətinləşdirir.
Bəs bu
problem nədən qaynaqlanır? DƏHS-in əsas əlamətləri
nələrdir? Müalicəsi mümkündürmü?
Uzman psixiatr
Dr. Fuad Bəşirov mövzu ilə bağlı bir məqaləsində uşaqlarda
kiçik yaşlarda ortaya çıxan diqqət əskikliyi və hiperaktivlik sindromundan ətraflı bəhs edir. O yazır
ki, uşaqların kiçik yaşlarında
ikən, xüsusən,
4 yaşa qədər
müşahidə olunan
həddindən artıq
hərəkətliliyin normal inkişaf xüsusiyyətlərindən
ayrılması çətindir.
Diqqət əskikliyi və
hiperaktivlik sindromu diaqnozu, əsasən, məktəb dövrünün
ilk illərində qoyulur.
Xəstəlik bu illərdə
öz mənfi təsirlərini büruzə
verir. Bu pozuntu adətən, yeniyetməliyin sonuna qədər qalıcı olur. Yeniyetməlik və yetkinlik
dövründə həddən
artıq olan hərəkətlilik nisbətən
azalır. Plan qura bilməmək, dağınıqlıq, impulsivlik
isə bir çox halda ömür boyu davam edir.
Uşaqda DƏHS olduğunu necə anlamaq olar?
Bu xəstələrin problemlərini əsasən
diqqət əskikliyi,
impulsivlik və hiperaktivlik olaraq qruplaşdırmaq olar.
Diqqət
əskikliyi ilə bağlı qarşılaşılan
problemlərə aşağıdakılar
daxildir:
Detallara
diqqət etməkdə
çətinlik çəkmək,
məktəb, iş və ya digər
sahələrdə diqqətsiz
yanaşaraq xətalara
yol vermək;
Diqqət
tələb edən işlərdə diqqəti
davam etdirməkdə çətinlik çəkmək;
Başqaları ilə ünsiyyət
zamanı dinləməkdə
çətinlik çəkmək;
Məktəbdə ya da iş yerində verilən tapşırıqları
bitirməkdə, verilən
təlimatları izləməkdə
çətinlik çəkmək;
Vəzifələri yerinə yetirməkdə və tədbirləri təşkil
etməkdə çətinlik;
Uzun müddət zehni əmək tələb edən işlərdən
yayınmaq və ya bu işlərə
qarşı istəksizlik;
Şəxsi əşyaları itirmək
(məsələn, oyuncaq,
qələm, pozan, kitab və s.);
Diqqətin asanlıqla dağılması;
Günlük planlanan işləri
unutmaq;
İmpulsivlik ilə bağlı
yaranan problemlərə
nümunə olaraq aşağıdakıları sadalaya
bilərik:
Verilən sualı bitirmədən
cavab vermək;
Sıra
gözləməkdə çətinlik
çəkmək;
Başqalarının işinə qarışmaq, ya da söhbəti bölmək;
Qısa
zaman üçün
zövq verən məşğuliyyətlərə meyillilik;
Hiperaktivliklə bağlı yaranan
problemlərə nümunə
olaraq isə aşağıdakıları sadalaya
bilərik:
Bir yerdə sakit dura bilməmək, əl-ayağını tərpətmək;
Oturmaq lazım olan vəziyyətlərdə yerindən
qalxmaq;
Ora-bura qaçmaq ya da narahatlıq hissi;
Boş zaman fəaliyyətlərini
dinc şəkildə
keçirməkdə çətinlik
çəkmək;
Davamlı hərəkət halında
olmaq;
Çox
danışmaq;
Psixoloqlar texnoloji alətlərin, xüsusilə kompüter oyunlarının və telefonla uzun müddət məşğul
olmağın yeni nəsildə hiperaktivlik, səbirsizlik və sıxılmaq hissini tətiklədiyini bildirirlər. Rəngli ekranlardan
ayrılıb ağ-qara
kitaba fokuslanmaq uşaq üçün çətinləşir. Digər tərəfdən, beynin maraq mərkəzini tətikləyən, sürətlə
dəyişən rəngli
görüntülər əvəzinə
beyni çalışdırmaq,
hansısa çalışmanın
üzərində işləmək,
problem həll etmək
maraqsız hal alır. Amma bütün bunlar
ailədə uşağın
gündəlik məşğuliyyətlərinin
nizama salınması ilə həll oluna bilər. Həmin intizamı təmin etmək çətinləşərsə,
problemin daha dərin olduğunu anlamaq lazımdır.
DƏHS-in müalicəsi varmı?
Psixiatr qeyd edir ki, bu
problemin müalicəsi
var, amma hər uşaq üçün ideal müalicə
üsulu fərqlidir.
Diqqət əskikliyi və hiperaktivlik sindromu olduğu düşünülən
uşaq və yeniyetmələrin birinci olaraq psixiatr tərəfindən qiymətləndirilməsi
çox vacibdir. Bu kimi hallarda psixiatrın
uyğun gördüyü
diqqət əskikliyi və hiperaktivlik sindromu müalicəsində
istifadə olunan dərman ilə birlikdə psixoloq və düzgün ailə dəstəyi müsbət nəticələr
verir. Bununla uşağın davranışı və performansı nəzərə
çarpacaq dərəcədə
müsbətə doğru
dəyişir. Bunu
təmin etmək üçün isə valideynlər və müəllimlərin
daima kontaktda olub uşağa birgə dəstək göstərmələri vacibdir.
Valideynlər adətən psixoloji problemlər zamanı uşaqların dərman qəbul etməsinə isti yanaşmırlar. Psixiatrın sözlərinə
görə, DƏHS diaqnozu
qoyulmuş uşaqların
dərmanlarla müalicəsi
onun məktəb fəaliyyətlərinə diqqətini
toplamasına kömək
edir, uşağın
həyat keyfiyyəti
hiss olunacaq dərəcədə
düzəlir. Bundan başqa,
uşağın impulsivliyinə
nəzarət edərək
davranış problemlərinin
də düzəlməsinə
kömək edir.
Müalicə olunmadıqda hansı qalıcı problemlər ortaya çıxır?
DƏHS olduğu halda
psixiatr qəbulunda olmayan, diaqnozu qoyulub uyğun müalicə almayan uşaqlar gələcəkdə
bir sıra qalıcı problemlərlə
üzləşirlər.
Dr. Fuad Əliyev yazır ki, simptomlar müalicə ilə düzəldilmədikdə fərqli problemlərə yol aça bilərlər. Bunlara nümunə olaraq:
İmpulsivlik - ani özündən çıxma, əsəbləşən zaman özünü itirmə, zərərli vərdişlərə meyillilik, riskli davranışlar nəticəsində baş verən qəzalar.
Diqqət əskikliyi - zehni potensialından kifayət qədər istifadə edə bilməmək, dərslərində uğur qazana bilməmək, yaşıdlarından geri qalmaq, təhsilin yarımçıq və ya yetərsiz qalması.
Hiperaktivlik - məktəbəqədərki dövrdə həddən artıq hərəkətlilik, əsəbiliyin, yorğunluğun yaranması, yerində dura bilməmək, uzun müddət otura, diqqətini bir nöqtəyə cəmləyə bilməmək.
Psixiatr qeyd edir ki, diqqət əksikliyi neyrobioloji vəziyyət olduğu üçün müalicə edilməsə, bu, xəstəliyi müşahidə edən başqa psixiatrik xəstəliklər də yarada bilər. Diqqət əskikliyi olan uşaq məktəb əşyalarını və ya tapşırıqlarını tez-tez unutduğu, dərslərdə diqqəti dağılıb fikrə getdiyi üçün aşağı qiymətlər alır, qaydalara dözə bilməyib evdə və ya məktəbdə qaydaları pozduğuna görə davamlı olaraq xəbərdarlıqlarla üzləşir. Bu davranışlara görə daima cəzalandırılan uşaqlarda davranış problemləri və ya başqa psixiatrik pozuntular da yarana bilər.
Davranış pozuntusu böyüklərdə narkotik maddələrin istifadəsi kimi hallarla müşahidə oluna bilər. Bu durumda lazımi tədbirlər görülməsə, diqqət əskikliyi və hiperaktivlik sindromu olan insanın özünə güvəni azalar.
Həmçinin, diaqnoz zamanı bir çox pis vərdişlərin, məsuliyyətsizlikdən yaranan problemlərin, depressiyanın əsas səbəbinin bəzən DƏHS olduğu ortaya çıxır. Çox vaxt da müəyyən dərman müalicəsi ilə bu sindrom aradan qaldırıldıqda digər problemlər də zamanla öz-özünə həll olunur.
Diqqət əksikliyi olub, lakin bunu bilməyən,
müalicə almayan insanlar
böyük yaşlarda
depressiyaya düşür,
yaxud da bir
asılılıqdan qurtulmaq üçün həkimə müraciət
etdikdə, bu vəziyyətin arxasında
diqqət əskikliyinin olduğu
aşkarlanır.
525-ci qəzet.- 2022.- 20 yanvar.- S.13.