"Qüsursuz Vətən
əsgəri"
Ramin Əliyev
Ramin Əliyev
Astaranın Maşxan kəndində 4 fevral
1977-ci ildə anadan olub. Bibisi Səriyyə xanımın
övladı olmadığından
Ramini övladlığa
götürüb, boya-başa
çatdırıb. 1983-cü ildən Əfqanıstan müharibəsinin şəhidi
Nizami Əliyev adına Maşxan
kənd tam orta məktəbində oxumağa
başlayıb. 1994-cü ildə həmin məktəbi bitirib.
Rus dili müəllimi Laçın Cəfərovun
dediklərindən: "Mən
Ramini məktəbli olandan tanımışam.
Bu gün onun
təkcə şəhid
kimi deyil, ləyaqətli şəxsiyyət
kimi də qarşısında baş
əyirəm. Çox dəyərli,
tərbiyəli, təmkinli,
mərd oğul idi Ramin. Şərəfimizi özümüzə qaytaranlardan biri oldu. Hər birimiz bir gün öləcəyik,
amma biz öləndə
dövlət himni səslənmir. Bir şəhidin
məzarı önündəsə
himnimiz səslənir.
Bundan böyük nə ola
bilər?"
Səriyyə xanım onun məktəb illərini ömrünün ən xoşbəxt günləri
hesab edir: "Həyatım onda idi. Çox mərd, zəhmətkeş,
çalışqan idi.
Hərbçi olmaq istədi.
Hərbçi olduğundan az-az
görürdüm onu.
Hər gəlişi bayram idi mənim üçün. İşini çox
sevirdi. Sonda yenə məni
tək qoydu".
1995-ci ildə həqiqi
hərbi xidmətə
çağırılıb. Həqiqi xidmətini
XTQ-də keçib.
1997-ci ildə xidmətini başa vuran Ramin Əliyev
hərbi xidmət dövründə heyətin
diqqətini çəkir,
hörmət qazanır.
Özü də hərbini
sevir və vətən əsgəri olmağa qərar verir. 13 il
Xüsusi təyinatlıların
tərkibində xidmətdən
sonra Milli Orduda tank vuranlar taqımına keçir və Ağdamda hərbi xidmətinə davam edir.
Bacısı Dilguşə xanımın
dediklərindən: "Ramin
haqqında günlərlə
danışaram, sözüm
bitməz. Söz Ramindən düşəndə
ilk ağlına gələn
dürüstlük, vicdan
olur. Ondan söz düşəndə
ürəyim sızlayır,
gözüm ağlayır,
həm də qürurlanıram qardaşımla".
Azərbaycan Silahlı Qüvvələrinin
sırasında Ermənistanın
işğalında olan
ərazilərimizin azadlıq
savaşında igidliklə
döyüşən Ramin
2020-ci il sentyabrın 30-da şəhid
olur.
Döyüş yoldaşı Rüstəm
Vəliyevin dediklərindən:
"Şəhidlərimiz hamısı
bizim üçün
əzizdir. Döyüş meydanına gedən
hər bir kəs evinə şəhid kimi dönə bilər - Ramin kimi. Gözümün qarşısında olub, necə döyüşdüyünü gözlərimlə görmüşəm.
Dəfələrlə onun igidliyinin
şahidi olmuşam.
Belə oğullar böyüdənlər
var olsun. Biz həqiqətən dəmir yumruq olduq. Ramin kimi oğulların
sayəsində. Hər şəhid
xalqımızı Ali Baş
Komandanın ətrafında
daha da birləşdirdi.
Xalqımızın birliyini
hiss etmək başqa bir duyğudur. Bunu duyub yaşayırdıq.
Bu duyğunu bizə
Raminlər yaşatdı".
Azərbaycan Ordusunun baş çavuşu Ramin Əliyev Murovdağ uğrunda ağır döyüşlər zamanı
şəhidliyə qovuşub. "Vətən uğrunda",
"Suqovuşanın azad
olunmasına görə"
medallarına layiq görülüb. Xidmət dövründə
neçə-neçə təşəkkürnamə,
fəxri-fərmanları var
Ramin Muxtar oğlunun.
Ömrünün 25 ilini hərbi xidmətdə keçirən
Raminə hərbçi
yoldaşları "qüsursuz
vətən əsgəri"
deyirmişlər.
Raminin iki övlad yadigarı var. Hazırda təqaüddə olan XTQ-nin baş giziri
Valeh Aslanov dostunu belə xatırlayır: "Birlikdə
xidmət keçmişik
Ramin Əliyevlə. Qeyri-adi hərbçi idi. Fikrimizi sözlə deyirik. Ramin hərbçi kimi öz sözünü silahı ilə deyən bir zabit idi. Çox cəsur idi. Tank əleyhinə silah atıcısı idi. Bir düşmən tankını gözdən
qaçırmazdı. O, gözümün qarşısında
olub həmişə.
Aprel döyüşlərində də
mərdliklə döyüşdü.
Yaralanmışdı, amma onu döyüşdən çıxara
bilmədilər. "Sona qədər döyüşəcəyəm" dedi".
Bu, vətən sevgisidir. Ramin kimi oğulların Vətəni həmişə
var edən tükənməz sevgisi!..
Kamalə
ABİYEVA
525-ci qəzet.- 2022.- 27 yanvar.- S.16.