Zəfər Günəşiylə şəfəqlənir
dan...
Duyanlar hər fəslin öz gözəlliyini gözlərinə
köçürür, gözlərindən
könlünə. O gözəlliyin
cazibəsində yaşanılanların
şeiriyyətini ruhuna
hopdurur. Yadıma gəlir ki,
Zəngilan rayon ərazi
özünümüdafiə taboru yenicə yarananda Ermənistanla sərhədi gəzib postların yerini müəyyənləşdirirdik. Sıx meşəliklərdən də
keçirdik, qayalıqlardan
da, boyu Günəşin işığının
qarşısın kəsən
ağaclar da görürdük, şırıltısı
bir qədər uzaqlardan eşidilən bulaqlar da. Hamısını təbiətin gözəllik
tablosu bilirdik. Onda bir şeir
yazmışdım:
Elə bil dünyanı mənə veriblər,
Gözüm gözəllikdən doymur
ki, doymur.
Sözüm də gözümün
can sirdaşıdı,
Sözüm gözəllikdən doymur
ki, doymur.
İstedadlı şair Tapdıq Əlibəylinin "Payız
çöhrəsində yazdı
44 gün" şeirlər
kitabını illərin
o üzündə qalan
xatirələrin kövrəkliyilə
oxudum. Payız mənzərələrini görə-görə payız
haqqında şeirlər
oxumaq, payızda yazılan şeirlər oxumaq, payız ovqatının ifadəsi olan şeirlər oxumaq ötən ilin payızının 44 gününü yenidən
yaşamaq niyyətidir.
2020-ci ilin payızının
44 günü son on illərin
ən gözəl günlərinin başlanğıcı
oldu, bu başlanğıc 2020-ci ilin
8 noyabrının başlanğıcı
olacaqdı. Bu kitab mahiyyəti etibarilə müharibə
günlərinin ağrılarını,
qürurunu, qəhrəmanlıqlarını
ifadə edir. Yəni yaşadılmalı tarixi
poetik biçimdə yaşadır. Nə vaxt
yazılmasından asılı
olmayaraq şeirlərin
mahiyyəti döyüş
əzmidi, qələbə
ruhudu.
"Payız çöhrəsində
yazdı 44 gün"
kitabı duyğular kitabıdır, şair duyğularının kitabıdır. Hər şeirdə
Vətən var, torpaq var, Vətənə,
torpağa sevgi var. Həm də bu sevgi şair
sevgisidir. Hələ Vətən
müharibəsindən əvvəl
yazılan şeirlərdə
döyüşə, qələbəyə
çağırış vardı. Bu çağırış
Vətənin çağırışı
idi. Ona görə elə
dönməz idi.
Şair olaraq Tapdıq Əlibəylinin "Vətənin
nicatı əsgərindədir"
şeirində əsgərin
timsalında ordunun qüdrətinə inamın
şeiridir. "Alınmaz
qalanın qəddinin əyilməsi" şairin
qürurunu silkələyir,
"Kəlbəcərin neçə
illərdi tapdanması"
misra-misra haraya dönür:
Kəsildi qatilin küt bıçağıyla.
Ağdam tikə-tikə çəkildi
şişə.
Laçın gözəlliyi xoflu
bir qıyla
Cırmandı, keçrildi caynağa, dişə.
Şair nikbindir. İnanır ki, Ali Baş
Komandan hücum əmri verəndə toplar gurlayacaq, tanklar irəliyə şığıyacaq, əsgərlər
müdafiə sədlərini
darmadağın edəcək.
Bu inam Vətənin
inamıdır. Bu inam müqəddəs inamdır. Şeirin mahiyyəti hər
bir azərbaycanlının
ruhunun pıçıltısı
kimi oxunur. "Sinəsi dağlı
dağlar" şeiri
də eyni mahiyyətin şeiridir.
Bu eynilik ruhun
harayının şaxələridir.
Ədəbiyyatımızda dağlar qürur
rəmzidir, el arasında
deyildiyi kimi, dağlar igidin ruh qardaşıdır.
Bahar könül xoşluğunun,
payız könül qübarının ifadəsi
kimi yazılıb, oxunub, dərk edilib. Şeir el ifadələrinə, el deyimlərinə, el-obanın
adət-ənənələrinə söykənir. Ona görə ruhumuzun sirdaşına dönür:
"Əriş-arğac", "bağrına dağ çəkilmək", "qəm
əritmək" kimi
ifadələr bu
qəbildəndir.
Dağların kürkünü çiynindən
atması, gül-çiçəyin
barıt qoxuması, bulaqların, çeşmələrin
nəğməsinin donması
müharibənin təzahürüdür. Şair
bunları görür,
hamının gördüyü
kimi yox:
Ah çəkən şeirimin
misrası, bəndi
Yaralı torpağın iniltisidir.
Doğma
Vətənimin müqəddəs
dərdi
Sızlayan qəlbimin titrək səsidir.
Şairin döyüşən şeiri,
döyüşən misraları
da əsgərləşib. Bu, Vətənə sevginin təzahürüdür. Bu, döyüşə çağırışdır:
Burda qəribsəyir döyüş
bayrağım,
Çəkəcək özünə Vətən
sevgisi.
Şair inanır ki, Vətən sevgisinin qüdrəti ilə döyüş bayrağı
bu bayrağı Vətən bilənləri
səngərin o üzünə
aparacaq.
"Atları yəhərləyin"
bədii filmini xatırlayıram. Filmin mahiyyəti də,
adlandırılması da
döyüş ruhunu
ifadə edir. Atların yəhərlənməsi döyüşə
getmə, döyüşə
başlama anlamındadır.
Bu döyüş xəlqi, milli ruhun döyüşüdür.
Şair Tapdıq Əlibəyli də bu ifadəni
şeirə gətirməklə
ruhun əsgəri olduğunu təsdiqləyib.
Nə deyir şair Tapdıq Əlibəyli?
- atları yəhərləyin, torpaqlarımızı
işğaldan azad edin. Bu, hər
birimizin təkcə mənəvi borcu deyil, həm də ömür borcudur.
Yolumuzu yağı kəsdi,
Dözməyimiz daha bəsdi!
Misralar elə bil min illərin tarixinin səsidir. Şair
bir xalq deyimini də xatırlayır: "Qisas
qiyamətə qalmaz!"
(şeirin 1993-cü ildə yazıldığını
nəzərə almaq
gərəkdir):
Dalğalansın bayrağımız,
Haqq olacaq dayağımız.
Azad olsun torpağımız,
Ellərimiz təpərlənsin!
"Zəfər ovudacaq
torpağın ahın"
şeiri orduya inamın şeiridir. Səksəninci illərdə şair Tofiq Bayramın bir şeiri hamımızın əzbərindəydi.
Həm mənəvi-psixoloji dəyərinə
görə, həm də milli-xəlqi ruhun şeirləşmiş
pıçıltısı olduğuna görə.
Hər iki halda şeir düşüncələrə hopmuşdu, könüllərin
söz əziziydi:
Yaşaya
bilərəm çörəksiz,
susuz,
Yaşaya
bilmərəm bir gün inamsız
Tapdıq
Əlibəylinin 1994-cü ildə yazdığı
"Zəfər ovudacaq
torpağın ahın"
şeiri də Tofiq Bayramın o şeirinin mahiyyət zərrəsidir, gözəlidir,
yaddaqalandır:
Dinlə
sözlərimi, ey Vətən oğlu,
Cəfəng söhbətlərin meydanı deyil!
Cürətlə, qeyrətlə bu
qanlı yolu
Axır
keçməliyik, yadda
saxla, bil!..
Qanlı yol ifadəsi döyüş yolu ifadəsi kimi anlaşılmalıdır.
Şeir bütövlükdə döyüşə,
döyüş qələbəyə
çağırışdı. Poetik çağırış
həmişə vətənsevərlərin
ürəyində əks-səda
verir. Bu əks-səda ruhun səslənişi təsirindədi.
Ona görə də xatırlatmanın mahiyyətində
çırpınan çılğınlıq
işğala yönələn
poetik döyüşün
başlanğıcı əmri
təsirindədir. Tapdıq Əlibəyli
SÖZün də döyüşə səfərbər
edilməsini özünə,
özünün timsalında
ədəbiyyata vəzifə
borcu bilir. Bu borc misra-misra dikəlir, SÖZün andına dönür:
Hazırıq, biz də hazırıq
Qovğa
günü
çox nələrin
döyüşünə.
Hazırıq söz döyüşündən
güllələrin döyüşünə!..
Vətən sevgisi Səməd Vurğun şeirinin ruhu ilə SÖZü
də, ömrünü
sözə verənləri
də eyni amal ətrafında müsəlləh əsgərə
döndərir. 2020-ci il
sentyabrın 27-də başlayan
Vətən müharibəsində
də belə oldu. Ali Baş
Komandanın döyüş
əmri hamını,
ədəbiyyatı da
əsgərlərşdirdi; Azərbaycan şeiri Azərbaycan əsgəri oldu. Şair Tapdıq Əlibəylinin
vətənpərvərlik şeirləri də əsgərləşənlərin döyüş yoldaşı
oldu. Ədəbiyyatın
yerinə yetirməli olduğu vəzifənin icraçısı olaraq...
Şeir heysiyyətin şeiridir. Yəni
işğalı sonlandırmaq
istəyinin poetik ifadəsidir və şair olaraq Tapdıq Əlibəyli Azərbaycan ruhunun şairi kimi, azərbaycanlıların heysiyyətinin
şairi kimi deyir ki, sən
qalib gələcəksən,
Azərbaycan əsgəri!..
Süsləmək, süslənmək ifadəsi
həm gözəldir,
həm də gözəlliyin ifadəçisidir...
"Qələbə süslü misralar"
ilk baxışdan ədəbiyyatımızda
80-ci illərdə təsdüf
edilən "Qısa,
kəsə sətirlər"
yazı manerasını
xatırladır. Bu xatırlatma
zahiri xatırlatmadır,
bənzəyiş yoxdur.
Tapdıq Əlibəylinin "Qələbə süslü
misralar"ı bitkin
şeir biçimindədir
və Vətən müharibəsində yazılıb.
Yəni qələbə ovqatı
var şeirlərdə.
Bu ovqat Vətənin
ovqatıdır. Bu ovqat şeirlərin leytmotivi olan ovqatdır, Azərbaycan poeziyasının Zəfər
ovqatıdır.
Azaddır Laçın,
Yolunu açın!
Şeir budur. İki misra. Ancaq iki
misranın aşıladığı
mahiyyət genişdir.
Bu genişlikdə açılmalı
yollar nişan
verilmir, hansı yolların açılmalı
olduğunu duyumuyla oxucu özü müəyyənləşdirməlidir...
Tapdıq
Əlibəylinin "Xilaskar
ordumun Vətən savaşı", "Qələbə
təqvimin mübarək,
Azərbaycan", "Şəhidlərə
salam olsun"
və başqa şeirləri şairin Vətənə, torpağa
sevgisinin poetik ifadəsidir. "Zəfər
paradı" şeirini
"Payız çöhrəsində
yazdı 44 gün"
kitabının "möhürbəndi"
bilirəm və Zəfər paradını
ruhumuzun paradı kimi ananlara, yaşadanlara şair Tapdıq Əlibəyli deyir ki:
Səsin,
Azərbaycan, ucadan gəlir,
Gözünə Qarabağ işığı
düşür.
Zəfər günəşinlə şəfəqlənib dan,
Şahinlər gözündə yer-göy görüşür...
Bayram
MƏMMƏDOV
Ehtiyatda
olan polkovnik-leytenant, Əməkdar müəllim
525-ci qəzet.- 2022.- 27 yanvar.- S.14.