Təbiətin qorunması və ekoloji tarazlığın bərpası yönündə yeni addımlar

 

Ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması təbii sərvətlərdən xalqın rifahının yaxşılaşdırılması naminə səmərəli istifadə edilməsi ölkədə aparılan sosial-iqtisadi islahatların tərkib hissəsidir. Ölkədə aparılan struktur islahatları çərçivəsində idarəetmədə çevikliyi səmərəliliyi artırmaq, həmçinin, ətraf mühitin mühafizəsi təbii sərvətlərdən səmərəli istifadə istiqamətində optimallaşdırılan operativ fəaliyyətin həyata keçirilməsi məqsədilə tədbirlər görülüb.

 Ekologiya Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, təbii sərvətlərdən, o cümlədən, sudan səmərəli istifadə, çirklənmiş ərazilərin bərpası, müşahidə monitorinqlərin aparılması, ekoturizm fəaliyyəti, meşələrin inventarlaşdırılması, xüsusi mühafizə olunan ərazilərin idarə edilməsi, idarəetmə prosesində informasiya texnologiyalarından istifadə s. sahələrdə müasir yanaşmalar tətbiq edilib.

Tullantıların, o cümlədən, polietilen plastik qablaşdırma materiallarının idarə olunmasında mütərəqqi üsullardan istifadə, istilik effekti yaradan qaz tullantılarının azaldılması, atmosfer havasının mühafizəsi, ekoloji təmiz nəqliyyatdan istifadənin genişləndirilməsi, yaşıllıqların mühafizəsi, tullantı sularının idarə olunması, Xəzər dənizinin çirklənmədən qorunması, təbii sərvətlərin axtarışı, kəşfiyyatı hasilatı prosesində ətraf mühitə təsirlərin azaldılması, su ehtiyatlarının, o cümlədən, transsərhəd suların inteqrasiyalı idarə olunması, istehsal müəssisələrində aztullantılı ən qabaqcıl ekoloji dost texnologiyalarından istifadənin genişləndirilməsi əsas prioritet istiqamətlərdən olub.

Ekologiya Təbii Sərvətlər Nazirliyi tərəfindən işğaldan azad edilən ərazilərdə meşə ehtiyatlarının, fauna floranın, xüsusi mühafizə olunan təbiət ərazilərinin, su ehtiyatlarının, faydalı qazıntı yataqlarının qiymətləndirilməsi həmin ərazilərdə ekoloji tarazlığın bərpa olunması ilə bağlı təkliflərin hazırlanması məqsədilə işlərə başlanılıb. Ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi bu sahədə fəaliyyətin gücləndirilməsi məqsədilə bir sıra normativ hüquqi aktların layihələri hazırlanaraq rəy bildirilməsi üçün aidiyyəti dövlət qurumlarına təqdim olunub. Ölkə üzrə su təsərrüfatı balansının elektronlaşdırılaraq informasiya sistemə inteqrasiyası ilə bağlı test rejimində simulyasiyaya başlanılıb.

Plastik polietilen qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılması məqsədilə genişmiqyaslı təbliğat kampaniyası aparılıb, plastik tullantıların ətraf mühitə mənfi təsirinin azaldılması alternativ qablaşdırma materiallarından istifadənin əhəmiyyəti haqqında maarifləndirici xarakterli çap video materiallar hazırlanıb, bu materialların yayılması ilə bağlı tədbirlər görülüb. Plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsiri barəsində ictimai məlumatlılıq artırılıb.

Plastik qablaşdırıcıların selektiv toplanması utilizasiya müəssisələrinə təhvil verilməsi sahəsində stimullaşdırıcı vasitələrin tətbiqi ilə bağlı, Təkrar istifadəyə yararlı qablaşdırma materiallarının onların komponentlərinin tələb olunan təhlükəsizlik, gigiyena s. tələblərə uyğunluğunu təmin etmək məqsədilə standartlara dair təkliflər hazırlanıb.

Nazirlikdən bildirilib ki, iqlim dəyişmələrinə təsirlərin yumşaldılması məqsədilə bir sıra işlər görülüb. Prezidentin sərəncamı ilə İqlim Dəyişmələri üzrə Dövlət Komissiyasının tərkibi müəyyən edilib Ekologiya Təbii Sərvətlər Nazirliyinin koordinasiyası altında aidiyyəti təşkilatların nümayəndələrindən ibarət işçi qrupu yaradılıb. İşçi qrupu tərəfindən "Dövlət Komissiyası səviyyəsində həll olunacaq məsələlər üzrə fəaliyyət planı" hazırlanıb.

Fəaliyyət Planında Enerji səmərəliliyi, bərpa olunan enerji mənbələri sahəsində zəruri qanun layihələrinin texniki-normativ sənədlərin hazırlanması, Bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, təşviqi tətbiqi üzrə karbon qazı emissiyalarının azalmasına səbəb olacaq bir neçə tədbir daxil edilib.

Ekologiya Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə Koreya hökumətinin KOİCA təşkilatı ilə birlikdə "İqlim dəyişmələrinə təsirin azaldılması ilə bağlı Milli Strategiya" sənədinin hazırlanması işlərinə başlanıb. Bu məqsədlə Koreyanın istilik effekti yaradan qaz (İEYQ) emissiyaları proqnozlarının  bu emissiyaların azalma modellərinin  hazırlanması sahəsində yüksək səviyyəli texnoloji   təcrübəsindən yararlanmaq üçün "İstilik effekti yaradan qaz emissiyalarının  inventarlaşma sistemini təkmilləşdirməklə İqlim Dəyişikliyi üzrə Potensialın Gücləndirilməsi" layihə təklifi hazırlanıb.

 

Layihənin məqsədi İqlim dəyişmələri üzrə milli səviyyədə strategiyanın, İEYQ emissiyalarının azaldılmasının 2050-ci ilədək dövrü əhatə edən yol xəritəsinin hazırlanması üçün institusional çərçivənin yaradılması, emissiyaların monitorinqi texnologiyasının mənimsənilməsi, inventarlaşma sisteminin məlumat bazasının təkmilləşdirilməsi vasitəsilə iqlim dəyişmələri üzrə potensialın gücləndirilməsidir.

 

Meşə ilə örtülü ərazilərin dəqiqləşdirilməsi məqsədilə meşələrin inventarlaşdırılması işləri davam etdirilib. Bu məsələdə kosmik texnologiyaların imkanlarından istifadə edilir. Meşəsalma fəaliyyəti ilə bərabər, meşələrin mühafizəsi tədbirləri gücləndirilib. Regionların qazlaşdırılması ictimaiyyət arasında aparılan təbliğat hesabına qanunsuz qırıntı halları azalıb.

 

Nazirlik Xəzər Dənizi Suyunun Duzsuzlaşdırılması Kompleksində Xəzər dənizindən 1145629 m3 dəniz suyu qəbul edilərək duzsuzlaşdırılmışdır. İstehsal edilmiş sudan əsasən tinglik sahələrinin salınmış yaşıllıqların suvarılmasında istifadə olunub.

 

2020-ci il ərzində xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi bioloji müxtəlifliyin qorunması istiqamətində aparılan işlər davam etdirilb. Hazırda ölkəmizdə ümumi sahəsi 892874.7  hektar olan xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən, 10 milli park, 10 dövlət təbiət qoruğu 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Ümumilikdə, xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,31 faizini, ayrılıqda milli parklar ölkə ərazisinin 4,87, dövlət təbiət qoruqları 1,39, dövlət təbiət yasaqlıqları isə 4,05 faizini təşkil edir.

 

Kökünün kəsilməsi təhlükəsi altında olan heyvanların reintroduksiyası tarixi areallarının bərpası istiqamətində işlər görülüb.

 

Zubrların ölkəmizə reintroduksiya edilməsi istiqamətində IDEA İctimai Birliyi, Ekologiya Təbii Sərvətlər Nazirliyi WWF-in Azərbaycan Nümayəndəliyi (WWF) tərəfindən həyata keçirilən layihə çərçivəsində  Azərbaycana daha 5 zubr gətirilib. Yeni gətirilən zubrlar bir müddət Milli Parkın ərazisində volyer şəraitində saxlandıqdan sonra vəhşi təbiətə buraxılacaq.

 

Şəffaflığın vətəndaş məmnunluğunun artmasının təmin edilməsi məqsədilə 2020-ci il ərzində ASAN Xidmət vasitəsi ilə 395 xarici ölkə vətəndaşına ov etmək üçün icazənin, 80 ölkə vətəndaşına ovçuluq biletinin, 178 fiziki hüquqi şəxsə isə balıq digər su bioresurslarının sənaye ovu ilə bağlı kvotaların balıqovlama biletlərinin verilməsi həyata keçirilib. Bununla yanaşı, İqtisadi İslahatların Təhlili Kommunikasiya Mərkəzində fəaliyyət göstərən "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi vasitəsi ilə 29 fiziki 30 hüquqi şəxsin müraciəti əsasında ümumilikdə 76 ədəd CİTES icazə/sertifikatları verilmişdir. 2 hüquqi şəxsin CİTES Konvensiyasının Katibliyində qeydiyyata alınması ilə bağlı müraciəti təmin edilib Covid-19 pandemiyası ilə bağlı 1 fiziki şəxsin müracətinin icrasına xitam verilib.

 

Xəzər dənizinin ekoloji monitorinqi istiqamətində dənizin Azərbaycana mənsub olan bölməsində sahil zolağında, eləcə dənizdə fəaliyyət göstərən müəssisə obyektlərdə ümumilikdə 1729 monitorinq keçirilmiş, laborator təhlillər üçün götürülmüş 5343 nümunə üzərində ümumilikdə 71757 təhlil aparılıb. Bunlardan 11700-ü analitik, 17228-i ekotoksikoloji, 42829-u isə hidrobioloji təhlillərdir.

 

Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq plastik tullantıların azaldılması, bərk məişət tullantılarının idarə olunması, suya qənaət, enerjiyə qənaət, plastik məhsulların çeşidləri onların zərərləri barədə, "Qırmızı kitab"ına düşən flora fauna növləri s. barədə mütəmadi olaraq yeni posterlər hazırlanmış, eyni zamanda, tullantıların çeşidlənməsi sahəsində ictimaiyyəti maarifləndirmək məqsədilə bu sahədə qabaqcıl təcrübəyə malik xarici ölkələrin təcrübəsinin öyrənilməsi üçün xarici təşkilatların rəsmi səhifələrində yerləşdirilən poster videolar da tərcümə edilərək nazirliyin rəsmi sosial şəbəkə hesablarında paylaşılıb.

 

Həmçinin, Ekologiya Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyinin tərəfdaşlığı ilə Abşeron yarımadasının Xocasən qəsəbəsində kütləvi  ağacəkmə aksiyası keçirilib. Aksiyada 11 hektar ərazidə 11 min müxtəlif cinsli ağac əkilib. Azərbaycanın bütün bölgələrində on minlərlə Eldar şamı, palıd, çinar, zeytun ağacları əkilmiş meşəcinsli ağac toxumları səpilib.

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2022.- 29 yanvar.- S.9.