Vergi Məcəlləsinə dəyişiklik medianı qlobal risklərdən qoruyacaq

 

Mətbuat Şurasının (MŞ) sədri Rəşad Məcid Media subyektlərinin 3 il müddətinə vergidən azad edilməsinə münasibət bildirib.

525.az xəbər verir ki, MŞ-nın saytından yer alan açıqlamada R.Məcid dövlət başçısının təsdiqlədiyi qanunun media sektorunun üzləşdiyi maddi çətinlikləri əhəmiyyətli dərəcədə aradan qaldıracağını qeyd edib:

"Azərbaycan Prezidenti cənab İlham ƏliyevVergi Məcəlləsində dəyişiklik edilməsi haqqındaqanunu təsdiqlədi. Bu qanunla audiovizual media istisna olmaqla digər media subyektləri öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər, reklam gəlirləri müvafiq maddi yardımlardan tutulan gəlir, mənfəət sadələşdirilmiş vergilərdən, eləcə istehsal etdikləri media məhsullarının əlavə dəyər vergisindən 3 il müddətinə azad olunur. Media cameəsinin gözləntilərini doğruldan günün tələblərinə adekvat olan dəyişiklik, hesab edirəm ki, bu sektorun sosial-iqtisadi durumuna müsbət təsir göstərəcək. Azərbaycanın reklam bazarında medianın iştirak payının onsuz da aşağı olduğu bir vaxtda dövlət başçısının təsdiqlədiyi qanun bu sektorun üzləşdiyi maddi çətinlikləri əhəmiyyətli dərəcədə aradan qaldıracaq".

O vurğulayıb ki, mediaya dəstək Azərbaycanın dövlət siyasətinin tərkib hissəsidir:

"Bu dəyişiklik qlobal böhran risklərindən qorunma təminatı olmaqla yanaşı, bir yandan da inkişaf üçün imkanların yaradılmasını, perspektivdə medianın sosial-iqtisadi cəhətdən güclənməsini müstəqil fəaliyyətini şərtləndirən amildir ki, indiki zamanda media sektoru üçün bundan yüksək dividend ola bilməz. Bu, həm media subyektlərinin bazar münasibətlərində etibarlı tərəfdaş kimi tanınması baxımından çox önəmlidir. Onu da qeyd etmək lazımdır ki, mediaya dəstək Azərbaycanın dövlət siyasətinin tərkib hissəsidir. Son illər bu sahəyə dəstək məqsədilə atılan addımlar, o cümlədən, jurnalistlərə güzəştli ipoteka kreditinin verilməsilə bağlı müvafiq qaydalara dəyişikliyin olunması, kütləvi informasiya vasitələri məhsullarının nəşrilə bağlı qəzet kağızının idxalı satışı üzərindən əlavə dəyər vergisinin götürülməsi, indi isə Vergi Məcəlləsində edilmiş sözügedən dəyişiklik dövlətin bu siyasətinin davamlı xarakter daşıdığının göstəricisidir".

Rəşad Məcid qeyd edib ki, Vergi Məcəlləsində edilmiş bu dəyişiklik müəyyən mənada həm Azərbaycan Prezidentinin hələ ötən il təsdiqlədiyi “Media haqqındaqanundan qaynaqlanır:

"Azərbaycan dövləti bu sistemli tədbirlərlə medianın sosial-iqtisadi dayaqlarının möhkəmləndirilməsi, zaman-zaman öz iqtisadi müstəqilliyinə nail olması üçün imkanlar yaradır. İndi isə əsas məsələ qarşıdakı 3 il müddətində bu istiqamətdə əməli fəaliyyət göstərməkdir. Çalışmaq lazımdır ki, bu fəaliyyət medianın vahid orqanizm kimi ölkə iqtisadiyyatında yerinin mövqeyinin qərarlaşmasına imkan versin. Media subyektlərinin iqtisadi sferada sərbəst təmsilçiliyinin formalaşması onların gəlirlərinin artmasını da şərtləndirər, nəticədə redaksiyaların öz əməkdaşlarının həyat şəraitini yüksəltməsi, sosial vəziyyətini yaxşılaşdırması baxımından müsbət dinamikaya nail olunar.

Mətbuat Şurasının sədri medianın inkişafı üçün atılan bu addıma görə dövlət başçısına təşəkkürünü bildirib:

"Vergi Məcəlləsində edilmiş bu dəyişiklik müəyyən mənada həm Azərbaycan Prezidentinin hələ ötən il təsdiqlədiyi “Media haqqındaqanundan qaynaqlanır. Qanunun 4-cü maddəsində medianın inkişafının təşviqi media subyektlərinin fəaliyyətinin stimullaşdırılması müddəası yer alır. Bu, eyni zamanda jurnalist peşəsinin ictimai həyatımızdakı mənəvi statusunun güclənməsinə dəstəkdir.

Güclü medianın informasiyalı cəmiyyətin əsas elementlərindən biri sayıldığını nəzərə alsaq, müasir dövrdə jurnalistikanın dövlət idarəçiliyində, cəmiyyət həyatında qədər müstəsna əhəmiyyət daşıdığı aydın olar. Bu mənada Azərbaycan dövlətinin ölkəmizdə medianın inkişafı istiqamətində atdığı bu ardıcıl addımlar birmənalı olaraq alqışlanmalı və təqdir edilməlidir. Neçə illərdən bəri belə sistemli və məqsədyönlü tədbirlərin həyata keçirilməsinə hərtərəfli şərait yaradıldığına görə dövlətimizin başçısı - Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürümü bildirirəm".

 

Rəşad Məcid Mətbuat Şurasının sədri

525-ci qəzet.- 2023.- 4 aprel.- S.5.