Vətənə xidmət amalı ilə yaşamaq

 

Hər insanın ömür yolu mənalı təkrarsız olmur, hər yaşanan ömürdən iz qalmır hər ömür Vətənə, xalqa xidmət nümunəsinə çevrilmir. Bu kiçik yazıda məhz belə bir ömür yolu keçmiş insanlardan biri, uzun illərdən bəri çiyin-çiyinə çalışdığımız, öz təvazökarlığı, nəcibliyi, insanlığı, özünə başqalarına qarşı son dərəcə tələbkarlığı ilə seçilən "Əməkdar dövlət qulluqçusu" Rəhim Məmmədov haqqında söz açmaq istərdik.

Bu yaxınlarda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuş Rəhim müəllim, demək olar, bütün həyatını dövlət idarəetməsi sahəsində keçirmiş, həm əvvəlki sovet sisteminin, həm müstəqillik dövrünün bacarıqlı təcrübəli dövlət qulluqçusu kimi tanınmışdır.

Rəhim müəllimin həyata, dövlətçiliyə, cəmiyyətə, ictimai normalara öz yanaşması, prinsipləri, öz baxışı vardır. Uzun illər çalışdığı dövlət qulluğuna çox şərəfli məsuliyyətli bir kimi baxır, onun nüfuzunu daim uca tutur.

Bir çoxları dövlət qulluğuna ancaq vəzifə pillələrində irəliləmək, böyük səlahiyyətlərə sahib olmaq, başqalarında olmayan imtiyazlardan bəhrələnmək imkanı kimi yanaşsa da, o, bunun əksini düşünür. Bu işin çətinliyini, məsuliyyətini, insandan qədər enerji tələb etdiyini öz üzərində hiss edib yaşamış bir məmur kimi özünü bu işə həsr etmək istəyən gənclərə bu fikirləri aşılayır. O, hesab edir ki, dövlətin, hakimiyyətin təmsilçisi olan bir şəxs olaraq dövlət qulluqçusu özündə tükənməz enerji, təşəbbüskarlıq təşkilatçılıq qabiliyyətini cəmləşdirməklə yanaşı, həm mənəvi saflıq, təvazökarlıq nümunəsi olmalıdır.

Bu prinsipləri özünün həyat kredosuna çevirən Rəhim Məmmədovun 80 illik həyat yoluna nəzər salsaq bir-birindən maraqlı ibrətamiz anların şahidi olarıq.

O, 1961-ci ildə Naxçıvan şəhər 3 nömrəli orta məktəbi bitirdikdən sonra dəmiryol stansiyasında əmək fəaliyyətinə başlamış, sonralar isə xidmət etdiyi hərbi hissədə komsomol komitəsinin katibi seçilmişdir. Hələ məktəb illərindən öz fəallığı ilə fərqlənmiş, o, Bakıya gələrək 4 nömrəli Texniki Peşə Məktəbində ictimai işlərin yaxşı təşkilatçısı kimi özünü təsdiq edə bilmişdir.

 1971-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu, daha sonra Bakı Ali Partiya Məktəbini bitirən Rəhim Məmmədovun daha geniş ictimai fəaliyyəti Bakı şəhəri 26 Bakı Komissarı adına rayon komsomol komitəsinin təlimatçısı, şöbə müdiri, rayon komsomol komitəsinin katibi vəzifələrində, daha sonra isə "Dənizneftqaz" Elmi Tədqiqat Layihə İnstitutunda, rayon Xalq Nəzarəti Komitəsinin sədri vəzifəsində davam etmiş, habelə Azərbaycan Mərkəzi Komitəsinə irəli çəkilmiş, tutduğu vəzifələr ona böyük həyat təcrübəsi, insanları tanımaq, onları qiymətləndirmək, yaxşını pisdən dərhal ayırmaq bacarığı aşılamışdır.

Rəhim müəllimin vəzifə pillələrində uğurla irəliləməsi onun hər bir çətinliyə sinə gərməyi bacarması, çalışdığı vəzifələrin səfasından çox, cəfasını çəkməsi, necə deyərlər "kipriyi ilə od götürməsi" sayəsində mümkün  olmuşdur desək, yanılmarıq.

Onun özü fəxr edir ki, öz zəngin təcrübəsindən müstəqillik illərində lazımınca istifadə etmiş, müstəqil Azərbaycanın dövlət quruculuğuna öz töhfəsini verə bilmişdir. Vətənini, xalqını sevən insanlar hansı sistemdə yaşayıb işləməsindən asılı olmayaraq həmişə öz xalqı, milləti üçün xeyirli işlər görə bilir. Ulu öndər Heydər Əliyevin həyat yolu buna bariz nümunədir onun idarəçilik məktəbinin yetirmələrindən olan Rəhim müəllim vaxtilə bir çox insanları əsassız ittihamlardan qoruya bilmiş, öz obyektivliyi ilə fərqlənmişdir. O, bu gün həmin ənənəsini yaşadır, tanıdığı insanların haqq işini onlara bildirmədən, heç bir minnət qoymadan, cəsarətlə müdafiə etməkdən çəkinmir.

1991-ci ildən respublikanın Ali Sovetində, daha sonra Prezident Administrasiyasının Regional idarəetmə yerli özünüidarəetmə orqanları ilə , Dövlət qulluğu kadr məsələləri şöbələrində müdir müavini vəzifələrində çalışmış, bu gün çalışmaqdadır.

Bu gün ölkəmizin uğurlu inkişafında kadr potensialının formalaşdırılması, onlar haqqında geniş mükəmməl məlumat bazasının yaradılması böyük əhəmiyyətə malikdir. Bu işlərin görülməsində yaxından səy göstərən Rəhim müəllimin əməyi daim yüksək qiymətləndirilmişdir. Ölkə Prezidentinin sərəncamları ilə aldığı "Əməkdar dövlət qulluqçusu" fəxri adı, "Vətənə xidmətə görə" ordeninin dərəcələri, 2-ci dərəcə dövlət müşaviri ixtisas dərəcəsi, "Dövlət qulluğunda fərqlənməyə görə" medalı digər fəxri adlar   medalları bu fədakar insanın əməyinə ölkə rəhbərliyi tərəfindən verilən yüksək mükafatlardır.

Rəhim Məmmədovu dostlarına, onu tanıyanlara sevdirən cəhətlərindən biri üzərində xüsusi dayanmaq istərdik. Bu da onun Azərbaycanda iki əsrin qovuşuğunda, son 70-80 ildə baş verən ictimai-siyasi hadisələrin içində olan bir insan kimi canlı tarixə çevrilməsidir. Artıq özü müasir tariximizin bir zərrəsinə çevrilən insanların, o cümlədən, həmkarımız Rəhim müəllimin canlı şahid kimi sinəsində gəzdirdiyi maraqlı faktları qələmə alması yaxın tariximizi öyrənmək üçün bizə böyük töhfə olardı.

İnanırıq ki, onun yolunu davam etdirən övladlarının, sevimli nəvələrinin istəklisi olan bu səmimi insan bizim bu arzumuzu da nəzərə alaraq öz xatirələrini bölüşməyə vaxt tapacaqdır. Bütün həyatını xalqına, Vətəninə xidmətə həsr edən Rəhim Məmmədov kimi insanların keçdiyi ömür yolu şərəfli ibrətamiz yoldur onu davam etdirmək hər bir gənc kadrın borcudur.

 

Rövşən AĞAYEV,

İsrafil QURBANOV

525-ci qəzet.- 2023.- 5 aprel.- S.11.