Nostradamusun görücülüyü
və bu günümüz
(V yazı)
Nostradamus
bir neçə katrendə Azərbaycandan söhbət
açır. Onlardan biri də 26-lardan bəhs edən 7 k 2 katrenidir. Mişel
Nostradamus dördlükdə bəyan edir:
Mars açıq olanda
Arl müharibədən
imtina edəcək.
Gecə vaxtı bütün əsgərlər qəfildən
tutulacaqlar.
Qaralar və ağlar Hindistanda torpaqda gizlədilmişlər.
Satqını təmiz, pak adam qafiyəsində
görəcəksiniz.
Tədqiqatçılar bu katren barədə
ağlabatan bir söz deməyiblər.
Görünür, onlar 3-cü sətirdə
yer alan
"a L'inde" sözünün
"İndiqo - göy
rəng" mənasından
əlavə, "ağac,
bitki" və Hindistan mənalarında da işləndiyinə məhəl qoymadıqlarına
görə katrenin şərhini verə bilməmişlər. Bununla belə,
Y.Avdyayeva və L.Zdanoviçin klassik fransız dilində olan orijinaldan etdikləri tərcümə
köməyə gəlir.
Maraqlı burasındadır ki, Nostradamusun bir çox katrenlərinin şərhində
bir ifadə, bir söz, bir
hadisə kifayət etdiyi kimi, burada
da belə bir söz 3-cü sətirdə gedən Hindistan sözüdür.
Lakin bu katrenin şərhinin açarı 3-cü sətir
olsa da, başqa sətirlər də qəti qənaətə gəlməyə
imkan verir.
1-ci sətirdə göstərilən
Mars müharibə allahıdır.
1-ci sətirdən göründüyü
kimi, Arl-Fransa öz müttəfiqi İngiltərə ilə
Azərbaycana gəlib
müharibə etməkdən
imtina etmişdi. İngilis ordusu
1918-ci ilin 14-15 sentyabrında
güclü türk ordusuna müqavimət göstərə bilməmiş,
həbs etdikləri 26
Bakı Komissarlarını
götürüb (2 sətir)
dəniz vasitəsi ilə Türkmənistanın
Krasnovodsk limanına yollanmışdılar. 26-lar
ona görə həbs olunmuşdular ki, həmin ilin avqust ayının
4-də Bakıya girən
ingilislərlə heç
bir sazişə girməmişdilər.
V.İ.Lenin bu münasibətlə
yazırdı: "İngilis-fransız
imperialistləri ilə
hər cür sazişdən qəti surətdə imtina etmək - bakılı yoldaşların atdığı
ən düzgün addımdır..." (ASE, I cild, səh.561). İngilislərin 26 Bakı Komissarlarını
özləri ilə aparması, bizcə, o məqsədi güdürdü
ki, onları saziş bağlamağa məcbur edib, əlverişli şərait
yaranan kimi, 26-larla birgə Bakıya qayıtsınlar. Odur ki, ingilislərin 26-ları Türkmənistanın
Ağcaqum səhrasında
güllələmələri inandırıcı deyildir.
Onlar elə bir məqsəd
güdsəydilər, 26-ları İngiltərənin ən
inanılmış müstəmləkəsi
olan Hindistana aparmaz, elə Bakıda güllələyərdilər.
Katrenin
3-cü sətrində 26-ların taleyi barədə qiymətli məlumat vardır: "Qaralar və ağlar Hindistanda torpaqda gizlədilmişlər".
XX əsrin sonlarına
yaxın söz-söhbət
gəzirdi ki, Hindistan Sovet dövlətinə müraciət
edib ki, 26-lar Hindistanda - Parkda basdırılıblar. Onların qalıqlarını
və muzeydə saxlanılan əşyalarını
apara bilərlər.
Lakin Stepan Şaumyanın oğlu L.Şaumyan və başqaları bu sirrin üstünün
açılmasına mane oldular.
Çünki bir çox
xəyanətlər məlum
olacaqdı.
Qaralar və ağlar Sovet dönəmində Bakının ən baxımlı küçələri
adlarını daşıyan
M.Əzizbəyov, S.Şaumyan,
P.Caparidze, İ.Filatov,
Y.Zevin ,Q.Korqanov, M.Vəzirov,
M.Basin, M.Maligin, V.Poluxin, B.Avakyan, F.Solutsev, S.Osepyan və başqaları idi.
Yaxşı yadımdadır, Bakı
Sovetində küçələrin
adlarını qaydaya salmaq üzrə: Mirzə İbrahimov, Bəxtiyar Vahabzadə, Anar, Sabir Rüstəmxanlı
və mənim iştirak etdiyim komissiyanın yığıncağında
iki təkliflə çıxış etdim.
Təklif etdim ki, yaşadığım Surey
Osepyan küçəsinə
Süleyman Rüstəmin
və uzun müddət yaşadığı
küçəyə Rəsul
Rzanın adı verilsin. Hər iki təklifim
yekdilliklə qəbul
edildi.
Nə gizlədim,
indi həmin küçələrdən keçəndə
məmnunluq duyuram.
Mövzudan bir az
uzaqlaşdığıma görə
oxuculardan üzr istəyirəm. Xalq şairi Qabil
demişkən, bu öz yerində.
Nostradamusun 4-cü sətirdə göstərdiyi "Satqını
təmiz, pak adam qafiyəsində
görəcəksiniz" A.Mikoyana
işarədir.
26 Bakı komissarlarını onun satdığı Sovet dövründə də sirr deyildi. İ.Stalin dəfələrlə söhbətlərində
buna işarə edərək A.Mikoyanı qorxutmuşdu. Maraqlı
odur ki, ingilislərin saziş barədə təkliflərini
rədd edən 26 Bakı komissarları ingilislər Bakıya girəndən (4 avqust) az sonra
həbs olunmuşdular.
Siyahıda 25 nəfər vardı.
Bakı kommunasının fəal üzvü Anastas Mikoyanın adı siyahıda yox idi. A.Mikoyan öz yerinə
siyahıya A.M.Amiryanın
qardaşı, 26-lara dəxli
olmayan T.M.Amiryanı əlavə etmişdi.
1918-ci ildə "İzvestiya
Bakinskoqo Soveta" qəzetinin faktiki redaktoru olan, Bakı kommunasının müdafiəsində iştirak
edən, 26-lardan biri olan Mikoyanın 26 Bakı komissarlarının
siyahısını ingilislərə
verməsi şübhə
doğurmur. Guya Bakı komissarlarının
həbs edilməsində,
Bayıl həbsxanasında
olarkən onlara gətirilən azuqəni bölüşdürmək üçün
tutulmuş siyahının
Krasnovodskda axtarış
zamanı tapılması
rol oynayıb. Məntiqsizliyin dərəcəsinə
baxın!
Sovet İttifaqında ən yüksək vəzifələr
tutan A.Mikoyan keçən əsrin
60-cı illərində Bakıya
gəlmiş, tutduğu
vəzifədən istifadə
etmiş və Azərbaycan Dövlət Arxivindən ən mötəbər sənədləri,
o cümlədən də
26 Bakı komissarları
ilə əlaqədar
sənədləri aparmışdı.
Elə bu faktın özü çox mətləblərdən xəbər
verir.
"Bu günlərdə
Ədalət" qəzetinin
11.03.2023 tarixli sayında
"Jukov filmi, Putin və ermənilər"
adlı maraqlı bir yazı oxudum.
A.Mikoyanla bağlı
olduğundan diqqətimi
cəlb etdi:
"Rusiya kanallarının
birində marşal Georgi Jukov haqqında
çox maraqlı bir film göstərilirdi. Filmdə qəhrəmanlardan
biri də Anastas Mikoyan idi. O, əvvəlcə Beriyanı
Xruşşova satır,
sonra Xruşşovu Brejnevə satır və Brejnevin bəxtindən onu satmağa Mikoyanın ömrü çatmır,
1978-ci ildə dünyasını
dəyişir.
Ümumiyyətlə, tarixi vərəqləyəndə
görürsən ki,
Mikoyan Lenini Stalinə
satıb, Stalini Beriyaya, Beriyanı Xruşşova, Xruşşovu
da Brejnevə. Yəni bütün
ömrü boyu dostlarını sata-sata gedib. Nostradamus A.Mikoyanı hamıdan əvvəl və yaxşı tanıyıb.
Satqını təmiz,
pak adam
qafiyəsində görəcəksiniz.
Rusiya prezidenti Vladimir Putin mənim fikrimcə, tarixi yaxşı oxuyub, Anastas Mikoyanı da yaxşı tanıyıb. Yəni ermənilərin necə satqın olmağı haqqında məlumatlıdır. Və görür ki, bu gün də Ermənistan onu satmaqla məşğuldur, üzünü çevirib Qərbə. Və hətta Qərbin jandarmasını müşahidəçi sifəti ilə buraxıb Ermənistana.
Amma çox
qəribədir ki, bütün
bunları bilə-bilə Putin erməni əsilli
Lavrova və erməni əsilli Mişustinə
hələ də güvənir".
Qəzənfər
PAŞAYEV
Respublika
Ağsaqqallar Şurası İdarə Heyətinin
üzvü, Əməkdar elm xadimi, professor
525-ci qəzet.- 2023.- 8 aprel.- S.15.