Ailə institutunu necə qorumalı?

 

Evli cütlüklərdə ən çox müşahidə olunan başlıca problemlərdən biri məişət münaqişələridir. Evliliyin ilk dövründə insanlar hər şeyin zamanla keçəcəyinə inanaraq bir çox çatışmazlıqlara göz yumurlar. Amma zaman ötdükcə göz yumması mümkün olmayan, yaxud da tərəflərdən hansınınsa artıq göz yuma bilmədiyi problemlər ortaya çıxır beləcə, çəkişmə münaqişələr, münasibətlərdə soyuqluq yaranmağa başlayır. Tərəflərdən heç biri güzəştə getməyəndə isə ailə dağılır.

Əslində, hansısa böhran dövrünü müəyyən mərhələdə hər bir ailə yaşayır psixoloqlar bunun münasibətlərdə normal proses olduğunu qeyd edirlər. Lakin bir çox hallarda ünsiyyət problemləri, sosial-psixoloji mühitin gərginliyi, erkən qeyri-rəsmi nikah, məişət zorakılığı, uşaqların təhsildən yayınması halları ailənin zəifləməsinə son nəticədə dağılmasına gətirib çıxarır.

Avropa ölkələrindən fərqli olaraq Azərbaycanda boşanma proseduru da bir çox hallarda ciddi gərginliklərin ortaya çıxmasına yol açır. Məsələn, Qərb ölkələrində boşanmağa hazırlaşan cütlüklər adətən, öz aralarında anlaşaraq sakit şəkildə ayrılır   birgə dünyaya gətirdikləri övladlarına analıq atalıq borcunu bundan sonra da yerinə yetirməyə davam edir, övladlarını bir dost kimi birgə böyüdürlər. Bizdə isə boşanmadan sonra tərəflər az qala düşmənə çevrilirlər.

Çağdaş dünyanın tələbləri çox zaman gənclərin baxışlarında arzuolunmaz dəyişikliklər yaradır; ya bəziləri ailənin imkanlarından xaric tələblər irəli sürməyə başlayır, ya özünü cəmiyyətdə şəxsiyyət kimi təsdiqləmək istəyən xanımlara ailələri tərəfindən təzyiq göstərilir onların seçim imkanı məhdudlaşdırılır, ya da ərləri qadınların ailə ilə bağlı hansısa məsələdə qərarvermədə iştirakını məhdudlaşdırır ki, bunlar da son nəticədə ailələrin dağılmasına gətirib çıxarır. Belə vəziyyətdə ailədə körpənin dünyaya gəlişi xüsusi həssas məqamların yaranmasına səbəb olur.

Son illər Azərbaycanda da gənclərin əksəriyyəti evlilikdən sonra ailəsindən ayrı yaşamağa can atır. Bundan başqa, bu gün eyni şəhərdə olsalar da, öz dostları, tələbə yoldaşları ilə bir yerdə yaşamaq istəyində həvəsində olan gənclər kifayət qədərdir. Sosioloq psixoloqlar sağlam ailə üçün mənəvi dəyərlərin fiziki sağlamlıq qədər vacib olduğunu vurğulayırlar. Bir çox sosioloqlar isə hesab edirlər ki, azərbaycanlı psixologiyasında ailə faktoru digər xalqlarla müqayisədə daha dərin daha uzunömürlüdür.

Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova "525"ə açıqlamasında son dövrlər artmaqda olan boşanmaların  əsas səbəblərindən danışıb: "Ailə institutunun möhkəmliyi cəmiyyətin dövlətin güclənməsinə, inkişaf etməsinə zəmin yaradır. Ailələrin sosial rifahını yüksəltmək, xüsusilə qadın uşaqların sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün hökumət mütəmadi zəruri tədbirlər həyata keçirir. Qəbul olunmuş bir sıra dövlət proqramları, o cümlədən, "Azərbaycan Respublikasında yoxsulluğun azaldılması davamlı inkişaf", "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi", "Azərbaycan gəncliyi", "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı" Dövlət Proqramıları, ölkəmizdə insan hüquq azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı digər sənədlər hər bir vətəndaşımızın hüquq azadlıqlarının təmin edilməsi, xüsusilə, qadın uşaq hüquqlarının müdafiəsinin reallaşdırılması üçün bütün imkanlar yaradır. Ailə Məcəlləsinə edilən dəyişiklik əsasında qızlar oğlanlar üçün nikah yaşı 18-ə qaldırılıb. Dövlət tərəfindən yaranmış bütün imkanlarla yanaşı, bu gün ailələrin üzərinə böyük məsuliyyət düşür. İlk növbədə ailədə valideyn məsuliyyətinin artırılması ən önəmli məsələlərdən biridir. Təcrübə göstərir ki, ailələrin dağılmasında əsas səbəblərdən biri valideynlərin öz övladlarının düzgün tərbiyə etməməsidir. Ailəyə ciddi münasibət olmalıdır. Ailə quran cütlüklərin sosial mənəvi məsuliyyət hissinin aşağı olması ailələrin dağılmasına yol açır. Müasir dövrdə informasiyanın çoxluğu qlobal proseslər valideyn-övlad münasibətlərinə yeni tendensiyalar gətirir".

Hicran Hüseynova ailə dəyərlərimizin təbliğində KİV-in, xüsusilə televiziya kanallarının üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb: "Əfsuslar olsun ki, bir çox hallarda sosial-məişət mövzulu proqramlarda yalnız cəmiyyətdəki neqativ hallar nümayiş olunur. Halbuki bizim çox sayda nümunəvi ailələrimiz var. Düzdür, ailələrin problemlərini işıqlandırmaq lazımdır, lakin balans pozulmamalıdır. Ən təhlükəli məsələlərdən biri İnternetin, sosial şəbəkələrin çox sürətlə ailələrə daxil olmasıdır ki, bu da qarşısıalınmaz bir prosesdir. İnsanlar öz ailə üzvləri ilə müqayisədə virtual məkanda daha çox vaxt keçirirlər. Bu isə insanları bir-birindən uzaqlaşdırır, ailə üzvləri arasındakı münasibətlərdə, övlad-valideyn ünsiyyətində soyuqluq yaradır.  Xüsusən bu, böyüməkdə olan gənclərimizə, onların psixikasına mənfi təsir göstərir, asılılıq yaradır, milli-mənəvi dəyərlərin aşınmasına yol açır. Biz uşaqları onların sağlamlığına inkişafına ziyan vuran informasiyadan qorumalıyıq. Bu gün bir çox qlobal problemlər öz həllini gözləyir. Onlardan biri sosial-mənəvi mühitin  qorunmasıdır. Bu baxımdan ailə həm şəxsiyyət, həm cəmiyyət üçün əhəmiyyəti artmaqda olan ümumbəşəri dəyərdir. İnsan hüquqları bəyannaməsində bununla bağlı ayrıca maddə var. Ailə vətəndaş cəmiyyətini formalaşdıran əsas elementlərdən biridir. Bu institutunun möhkəmliyi cəmiyyətin dövlətin güclənməsi, inkişafı deməkdir. Ən qədim ictimai institutlardan biri olan ailə cəmiyyətin özəyi sayılır. Lakin Azərbaycanda vəziyyət digər ölkələrlə müqayisədə fərqlidir. Burada mediasiya institutunun fəaliyyətini xüsusi olaraq müsbət qiymətləndirmək lazımdır. Ailədaxili münasibətlər cəmiyyətdaxili münasibətlərin güzgüsüdür. Bu güzgünün aydın, gözəl dayanıqlı inikas etməsi üçün hər birimiz üzərimizə düşən vəzifəmizi layiqincə yerinə yetirməliyik. Çünki hər bir ailədə böyüyən tərbiyə alan insan bütövlükdə dünyaya təsir edə bilir onun təməlini təşkil edir. Ona görə biz ailələri qorumalıyıq".

Hələ pandemiya başladığı ilk vaxtlarda sosioloqlar bütün ailə üzvlərinin evdə cəmləşdiyini nəzərə alaraq, ailə-məişət zəminində münaqişələrin artacağına xəbərdarlıq edirdilər. Açıqlanan son statistikalar da bunun gerçəkliyini sübut edir.

Sosioloq Aynur Hacıyeva "525"ə müsahibəsində son zamanlar natamam ailələrin sayının artmaqda olduğunu vurğulayıb: "Bu göstərici kifayət qədər ciddi məsələdir  ailələrdə problemlərin davamlı olaraq artdığını göstərir. Boşanmaların sayının artmasına bir neçə faktorun təsiri var. Buraya zəif iqtisadi durum, məişət zorakılığı, ailələrə kənar müdaxilələrin təsiri s. nüansları aid etmək olar. İqtisadi durumun aşağı olması təbbi ki, ailələrin həyat fəaliyyətinə mənfi təsir göstərir ailələrdə gərginliklərin, münaqişələrin artmasına nəticədə boşanmalara səbəb olur. Eyni zamanda, kənar müdaxilələr ailələrin boşanmasına gətirib çıxarır. Təəssüf ki, bu boşanmalarda  daha cox zərər çəkən tərəf qadınlar uşaqlar olur. Ailələrdə boşanmaların artmasının qarşısını almaq üçün xidmət dəstək proqramlarının genişləndirilməsini hər kəs üçün əlçatan olmasını təmin etmək artıq vacib şərtlərdəndir. Ailənin təməli elə qurulmalıdır ki, kənar müdaxilələr digər faktorlar ailənin parçalanmasına gətirib cıxarmasın".

Psixoloq İlhamə Mustafayeva isə ailələrin dağılmasının  səbəblərini ailə quran tərəflərin öz üzərinə düşən funksiyaları düzgün yerinə yetirilməmələri ilə izah edir: "Ailə bir stol kimidir, bir ayağı qırılan stol istifadəyə yararsız olduğu kimi, tərəflərdən biri öz funksiyalarını yerinə yetirməyədə ailənin təməli sarsılır. Ona görə də elə etmək lazımdır ki, stolun bütün ayaqları yerində olsun. Digər bir səbəb isə məcburi evliliklərdir. Xüsusilə regionlarda qohumluqdostluq əlaqələrindən irəli gələn maraqlar üzərində ailələr qurulur. Gənclərin hansısa maddi maraqlarına görə qurulan ailələr də uzunmüddətli olmur. Ailədə sərhədlərin həddindən çox sıx olması, evin xanımına heç bir hüququn verilməməsi də münaqişə yaradan səbəblərdəndir".

Bu gün dünyada elə proseslər baş verir ki, mənəvi problemlər arxa plana keçməkdə, əksinə, maddi dəyərlər önə çıxmaqdadır. Bu tendensiya bir çox məqamlarda bizim cəmiyyət üçünxarakterikdir. Ən xoşagəlməz hal isə budur ki, maddi dəyərlərə üstünlük verdiyimiz halda, mənəvi dəyərlərimiz ciddi təzyiqlərə məruz qalır ki, bundan da həm ailə, həm də cəmiyyət zərər görür. Artıq demoqraflar bir sıra Avropa ölkələri üçün həyəcan təbili çalırlar. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin BMT-nin Əhali Fondu ilə birgə apardığı təhlillər göstərir ki, qadınların iqtisadi cəhətdən güclənməsi, onların həyatına qoşulması, təhsil imkanlarının daha da genişləndirilməsi müasir dövrün piroritet məsələlərdəndir və bu imkanlar dolayısı ailə insitutunun dayaqlarının möhkəmləndirilməsinə də müsbət təsir göstərə biləcək amillərdəndir.

 

Havar ŞƏFİYEVA

525-ci qəzet.- 2023.- 8 aprel.- S.9.