Mahir kəşfiyyatçı, unudulmaz şəxsiyyət

 

 

Uzun illərdir ki, Ulu öndər Heydər Əliyevin şanlı nəsil şəcərəsi ilə bağlı araşdırmalar aparır Azərbaycanın dövri-mətbuatında bu mövzuda yazılar dərc etdiririk. Ümummilli lider Heydər Əliyev haqqında onun uşaqlıq gənclik dostlarının, qohumlarının, eləcə onu yaxından tanıyan insanların xatirələrini toplamışıq. Bunları yubiley ərəfəsində çap etdirməyi nəzərdə tutmuşuq. Çünki əvvəlki yazılarımızı çox maraqla qarşılayan oxucuların bizə xeyli müraciətləri olub. Onlar Əliyevlər ailəsində himayəyə götürülən, böyüyən, tərbiyə təhsil alan uşaqların sonrakı taleləri ilə maraqlanırlar. Oxucuların bu arzusunu nəzərə alaraq, həmin ailədə böyüyən qohum uşaqlarından biri - xeyirxah insan, mahir kəşfiyyatçı Rzaqulu Hüseyn oğlu Quliyev onun bacısı Humay xanım haqqında, daha doğrusu, onların çətin, mənalı həyat yollarından, azacıq da olsa, söhbət açmaq istəyirik.

Rzaqulu Hüseyn oğlu Quliyev 1915-ci ilin sentyabrında Zəngəzur mahalında (qohumlarının dediyinə görə, Şıxlar kəndində) anadan olub. Bacısı Humay xanım isə 1913-cü ildə dünyaya göz açıb. Erməni daşnaklarının 1918-ci ildə Zəngəzur mahalında törətdiyi vəhşiliklər nəticəsində Hüseyn kişinin ailəsi qaçqınlıq ömrü yaşayıb. Hüseyn Quliyevin igid qardaşı 23 yaşlı Heydər bu döyüşlərdə həlak olub. Bu amansız döyüşlərdə kiçikyaşlı Humay Rzaqulu ataları Hüseyni anaları Zərifəni itiriblər. Ulu öndər Heydər Əliyevin bacısı Şəfiqə xanım "Mənim anam" kitabında yazır: "Anamı qaçqın düşmək ağrısından daha çox sevimli qardaşının ölümü yandırırdı. Düz on beş il anam bacı-qardaşlarının sağ olub-olmamasından xəbər tuta bilməyib. Bir gün isə ona qardaşı övladlarının sağ olması xəbərini  verirlər. Özü nəql edirdi ki, qardaşlarımın ətrini yenicə tapdığım övladlarından alanda elə bil dünyaya təzədən gəldim. Məsmə, Səkinə, Rzaqulu, Humay... Onlar anam üçün artıq yoxluğa çevrilmiş bacı-qardaş tapıntısına bərabər sevinc  idilər". Yalnız aradan 15 il keçəndən sonra İzzət xanım öz qardaşı uşaqlarını - Məsməni, Səkinəni, Rzaqulunu, Humayı... axtarıb tapdı. İzzət xanım qardaşı uşaqlarını öz böyük ailəsinə qəbul etdi. Kimsəsiz qalan bu uşaqlar Əlirza Əliyevin İzzət xanımın himayəsinə sığındılar.

Humay xanımın Rzaqulu Quliyevin ata babaları Cəfərqulu kişi Comərdli nəslindəndir. "Bacı" deyə çağırdıqları İzzət xanım onların doğmaca bibiləri idi. Əliyevlər ailəsində sonsuz mehribanlıq, qayğıkeşlik görərək böyüyən Rzaqulu orta məktəbdə təhsil alır. 1929-cu ildə kənd təsərrüfatında əmək fəaliyyətinə başlayır.

1929-cu ildən 1940-cı ilədək müxtəlif idarələrdə təşkilatlarda çalışan Rzaqulu Quliyev keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil alır.

1940-cı ildən 1944-cü ilədək hərbi komissarlıq prokurorluq orqanlarında işləyir. 1944-cü ildən Rzaqulu Quliyev Azərbaycan dövlət təhlükəsizliyi orqanlarında işə başlayıb 35 il bu orqanda nümunəvi xidmət edib. O, sıravi əməkdaşlıqdan iri bölmələrin rəhbərliyinədək yol keçib polkovnik rütbəsi alıb.

Kəşfiyyatçı olduğu illərdə Şərurda, Ordubadda, Naxçıvanda Bakıda Azərbaycanın təhlükəsizliyi naminə bacarığını əsirgəməyib. O, bütün sahələrdə tapşırılan işə yüksək məsuliyyət hissi ilə yanaşıb, gücünü biliyini, zəngin təcrübəsini xalqımızın gələcəyinə sərf edib.

Rzaqulu Quliyev ictimai-siyasi həyatda fəal iştirak edirdi. Xalq arasında yüksək nüfuz sahibi idi. Buna görə o, dəfələrlə şəhər rayon Xalq Deputatları sovetlərinin deputatı seçilib. O, "Qırmızı Əmək Bayrağı", "Şərəf nişanı" ordenlərinə, bir çox medallara, Azərbaycan Respublikasının fəxri fərmanlarına layiq görülüb.

1979-cu ildə pensiyaya çıxan Rzaqulu Quliyev "İnturist" Ümumittifaq Səhmdarlar Cəmiyyətinin Bakı Şöbəsinin rəhbəri vəzifəsində çalışıb.

O həm o vaxtlar Azərbaycan SSR Nazirlər Soveti yanında Xarici Turizm İdarəsi rəisinin müavini Bakı Xalq Deputatları Sovetinin deputatı idi.

Həyat yoldaşı Zərri xanım ilə birlikdə bir oğul iki qız böyütmüşdülər: Hüseyn, Zərifə Aidə.

1982-ci ilin aprel ayında ağır xəstəlikdən sonra ömrünün 67-ci ilində vəfat edən mahir kəşfiyyatçıya Azərbaycanın yüksək dövlət rəhbərləri rəsmi qəzetlərdə nekroloq imzalamışdılar. Həmin nekroloqda deyilir: "Kəşfiyyat orqanlarında məsul vəzifələrdə Rzaqulu Quliyev operativ işi düzgün təşkil etmək şəxsi heyətlərin səylərini başlıca vəzifələrin yerinə yetirilməsinə səfərbər etmək bacarığı ilə fərqlənmişdir. Dövlət təhlükəsizliyi orqanlarında işlədiyi uzun illər ərzində o, yüksəkixtisaslı kəşfiyyatçı, bacarıqlı təşkilatçı kimi yetişmiş, zəngin təcrübə toplamış, təcrübəsini cavan əməkdaşlara səxavətlə öyrətmişdir".

Bu gün böyük ehtiramla andığımız Rzaqulu müəllimin bacısı Humay xanım Naxçıvanın yaxınlığındakı kənddə yaşayırdı nəvələrini böyüdürdü. O da bu nəsilə məxsus bir adətə çox ciddi yanaşırdı: istəyirdi ki, qızı Fatmanın övladları əsl vətənpərvər kimi böyüsünlər.

Qohumlarının dediyinə görə, 1972-ci ildə Humay xanımın vəfatına ürəkdən ağrıyan Rzaqulu müəllim təskinlik tapa bilmirmiş. O həm bacısını, həm uşaqlıq dostunu itirmişdi. Humay xanımın nəvələrinin şəxsi albomlarında onlarla bağlı çoxlu fotoşəkillər qorunub saxlanılır. Əlbəttə, onlar haqqında ətraflı yazmaq, o illərin hadisələrinə qayıtmaq istərdik.

Azərbaycan xalqının sədaqətli oğlu, vətənpərvər, mahir kəşfiyyatçı Rzaqulu Quliyevin adı və fəaliyyəti hər zaman ensiklopediyalara, sanballı nəşrlərə yazılmağa layiq şəxsiyyətdir. O, Naxçıvanın qürurinamla xeyir-dua verdiyi layiqli övladlardan biri kimi, bu günehtiramla anılan Rzaqulu müəlllimin xatirəsi daima əziz tutulur.

 

Musa RƏHİMOĞLU - QULİYEV

 

AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

525-ci qəzet.- 2023.- 11 aprel.- S.10.