Şair İbrahim İlyaslının 60 illik yubileyi qeyd olundu

 

Sumqayıt Dövlət Dram Teatrında Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Milli Məclisin Mədəniyyət Komitəsinin Sumqayıt şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Azərbaycan Yazıçılar Birliyi Poeziya seksiyasının rəhbəri, Əli Kərim adına Sumqayıt şəhər Poeziya Klubunun direktoru şair İbrahim İlyaslının 60 illik yubileyinə həsr olunan tədbir keçirilib. Tədbirdə Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, millət vəkili Müşviq Məmmədli, Sumqayıt şəhər icra hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, xarici ölkələrdən gələn qonaqlar, şəhər ictimaiyyətinin çoxsaylı nümayəndələri oxucular iştirak ediblər.

Aparıcı "Alaş" Beynəlxalq Ədəbiyyat mükafatı laureatı, şair-publisist Əkbər Qoşalı tədbiri giriş sözü ilə açaraq iştirakçıların alqışları ilə yubilyarı səhnəyə dəvət edib.

Sumqayıt şəhər icra hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov yubilyarı, qonaqları tədbir iştirakçılarını şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun adından salamlayaraq İbrahim İlyaslının şəhərin mədəni həyatında fəal iştirakından danışıb onun bu günlərdə icra başçısı tərəfindən qəbul edilərək Fəxri Fərman qiymətli hədiyyə ilə mükafatlandırıldığını qeyd edib.

Yubiley gecəsinin ilk musiqi töhfəsi - "Sumqayıt" Milli Kamera ansanblının ifasında şairin "Sumqayıt" şeirinə bəstəkar Zərif Kərimovanın bəstələdiyi mahnı ansamblın bədii rəhbəri Şərqiyyə Mustafayevanın dirijorluğu ilə səhnədə yer alıb alqışlarla qarşılanıb.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Milli Məclisin deputatı Müşviq Məmmədli şairi 60 illik yubileyi münasibəti ilə təbrik ediblər. İbrahim İlyaslının həyat yaradıcılığından ətraflı söz açaraq onu çağdaş poeziyamızın öndə gedən nümayəndələrindən biri, uzun zamandır ki, ümumtürk ədəbiyyatına öz töhfələrini verən bir tərcüməçi olaraq dəyərləndiriblər ona xatirə hədiyyəsi təqdim ediblər.

Azərbaycan Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli AYB-nin "Fəxri diplom"unu yubilyara təqdim edib onun AYB Poeziya seksiyasının rəhbəri olaraq səmərəli fəaliyyətindən söz açıb.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev 60 illik yubileyi münasibəti ilə İbrahim İlyaslının adına yazılan ünvanı tədbir iştirakçılarının diqqətinə çatdırıb, onu Regional idarənin Fəxri Fərmanı ilə təltif edib.

Tatarıstan Yazıçılar Birliyinin sədri, Tatarıstan Dövlət Sovetinin deputatı Rıkail Zəydullin çıxış edərək, İbrahim İlyaslının Azərbaycanla Tatarıstan arasında ədəbi əlaqələrin inkişafındakı xidmətindən danışıb ona TYB-nin "Təşəkkür Məktubu"nu təqdim edib.

Çuvaşıstan Respublikası Peşəkar Yazıçılar İttifaqının sədr müavini, şair Marina Karyagina özünün Azərbaycan sevdasından burada ədəbiyyatın rolunundan danışıb. Çuvaşıstan-Azərbaycan ədəbi əlaqələrinin inkişafında İbrahim İlyaslının xidmətlərini  yüksək dəyərləndirib, onu 60 illik yubileyi münasibəti ilə təbrik edərək, Yazıçılar İttifaqının mükafatını təqdim edib.

Tədbirdə çıxış edən "Kərkük Kültür Dərnəyi"nin başkanı, dr. Şəmsəddin Kuzəçi İbrahim İlyaslını İraq-Türkmən mədəniyyətinə göstərdiyi xidmətlərinə görə 60 illik yubileyi münasibəti ilə dərnəyin "Fəxri diplomu" ilə təltif edib.

Qırğızıstan Milli Yazıçılar İttifaqının sədri, şair Nurlan Kalıbekov İttifaqın "Altın qələm" mükafatı laureatı İbrahim İlyaslının Qırğızıstan-Azərbaycan ədəbi əlaqələrindəki xidmətlərindən danışıb, Çingiz Aytmatovun "Hekayələr" kitabını, eləcə gənc qırğız şairlərini  yüksək səviyyədə tərcümə etdiyini xatırladıb şairi yubileyi münasibəti ilə təbrik edib.

Rusiya Federasiyasının Arxangelsk vilayətində Azərbaycan diasporunun rəhbəri Tərlan Qasımov çıxış edərək, yubilyarı təbrik edib ona xatirə hədiyyəsi təqdim edib.

"Qazax" Xeyriyyə İctimai Birliyinin sədri, professor İlham Pirməmmədov çıxış edərək, şairin yaradıcılığından ictimai fəaliyyətindən söz açıb İbrahim İlyaslını Birliyin təsis etdiyi "Səməd Vurğun" diplomu ilə təltif edib. Diplomu yubilyara Səməd Vurğunun nəticəsi, S.Vurğunun Ev muzeyinin direktoru Vurğun Vəkilov təqdim edib.

Prezidentin fərdi təqaüdçüsü, əməkdar müəllim, şair Ofelya Babayeva İbrahim İlyaslının Sumqayıtda ədəbi mühitin formalaşmasında inkişafındakı xidmətlərindən söz açıb, onu 60 illik yubileyi münasibəti ilə şəhər ictimaiyyəti adından təbrik edib.

Yubiley gecəsində filologiya üzrə fəlsəfə doktoru, şair Adilə Nəzər şairin yaradıcılığı barədə geniş məruzə ilə çıxış edib.

Sonra Dünya Gənc Türk Yazarları Birliyinin başqanı, şair İntiqam Yaşar çıxış edərək, şairi 60 illik yubileyi münasibəti ilə təbrik edib onu DGTYB-nin "25 illik Yubiley Medalı" ilə təltif edib. Gənc şair Elvin Əlizadə ədəbi gənclik adından çıxış edərək, İbrahim İlyaslını gənclər adından təbrik edib.

Yubiley tədbirində aşıqlardan İlham Aslanbəyli, Elməddin Məmmədli, Şəhriyar Qaraxanlı Roman Azaflı, müğənni Meydan Əsgərov, bədii qiraətçilər Xəzər Süleymanlı, Müşfiqə Baladdinqızı Bəyazid Bəylərov çıxış ediblər.

Tədbir zamanı "Dəli Kür" qəzetinin İbrahim İlyaslının 60 illik yubileyinə həsr olunmuş Xüsusi Buraxılışı da tədbir iştirakçılarına təqdim edilib.

Tədbirin sonunda çıxış edən İbrahim İlyaslı tədbirin təşkil olunmasında əməyi keçən hər kəsə dərin təşəkkür və minnətdarlığını bildirib və "Zəfər marşı" şeirini səsləndirib.

 

525-ci qəzet.- 2023.- 12 aprel.- S.11.