Xalq şairi Ramiz Rövşənlə görüş olub

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Xalq şairi Ramiz Rövşənlə görüşə həsr olunmuş "Poeziya xəzinəmiz" adlı tədbir təşkil edilib.

525.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirin əvvəlində Ramiz Rövşən yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub. Sonra sevilən şairin zəngin yaradıcılığı haqqında ətraflı məlumat verilib.

Qeyd olunub ki, şairin daxili aləmi, düşüncələri, həmçinin həyata, insanlara münasibəti yazdıqlarında, söz-əməl fəlsəfəsində səhifə-səhifə açılır.

Görüşdə şairin öz dilindən poeziya çələngi dinlənilib fəal oxucuların ifasında onun şeirləri səsləndirilib.

 

525-ci qəzet.- 2023.- 18 aprel.- S.10.