Qıpçaq abidəsi "Codex Cumanicus" haqqında dəyərli tədqiqat  

 

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru İmanyar Quliyevin "Codex Cumanicus" kuman dilinin leksikası" adlı monoqrafiyası çap olundu. Bu monoqrafiya Azərbaycan türkologiyasında "Kodeks kumanikus"a həsr edilmiş ilk sistemli araşdırmadır.

Şimal qıpçaqlarının, yəni Krım bölgəsində yaşayan qıpçaq-kumanların əsasən danışıq dili əsasında XIII əsrin sonu ən gec XIV əsrin əvvəllərində tərtib edilmiş "Kodeks kumanikus" (Kodeks) türk yazılı abidələrinin qiymətli nümunələrindən biridir. Bu abidə tacirlər missionerlər tərəfindən qıpçaq dilini öyrənmək Qızıl Orda əhalisini xristianlıqla tanış etmək üçün latın (qotik) əlifbası ilə yazılmış lüğət tərcümələr toplusudur. "Kodeks" həm Krım türklərinə aid bizə gəlib çatan ilk irihəcmli əsərlərdən hesab olunur ki, bu da qıpçaq oğuz ləhcələrinin tarixi üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycan dilçiliyində qıpçaq dil qrupuna aid abidələr, xüsusi ilə "Kodeks" az araşdırıldığından belə tədqiqatlara ehtiyac böyükdür. Bu baxımdan "Codex Cumanicus" kuman dilinin leksikası" adlı bu monoqrafiya qıpçaq dilinin leksik xüsusiyyətlərinin tədqiqi baxımından aktuallıq kəsb edir. Bu baxımdan abidənin dil materiallarının Azərbaycan dili dialektləri ilə müqayisədə araşdırılması oğuz-qıpçaq dil əlaqələrinin istiqamətlərinin dilimizin təşəkkülündə qıpçaq dilinin rolunun müəyyən edilməsində son dərəcə əhəmiyyətlidir.

Abidənin başlıca xüsusiyyəti ondan ibarətdir ki, onu orta əsrlərin əksər türk abidələri kimi müsəlman şəhərlərində yetişmiş, müsəlman-şərq təhsili almış lüğətçilər deyil, ərəb əlifbasında deyil, məhz xristian dünyasının nümayəndələri olan italyan tacirlər alman missionerlər latın əlifbasında tərtib etmişdir.

Monoqrafiya giriş, 3 fəsil, nəticə ədəbiyyat siyahısından ibarətdir. Müəllif "Codex Cumanicus lüğət tərkibi" fəsildə abidənin qıpçaq türk dili tarixində elmi faktoloji əhəmiyyəti, araşdırılması tarixi, lüğətin önəmli nəşrləri haqqında geniş zəruri məlumatlar vermiş, əsərin müəllifləri, yazıldığı yer haqda fikirləri ümumiləşdirmişdir. Bu zaman təkcə dil materiallarından lüğətin xüsusiyyətərindən çıxış eləməmiş, "Kodeks"in yazıldığı bölgəyə, yəni Krım şəhərlərinə həmin dövrdə səyahət edən Şərq (İbn Battuta) Qərb (P.Tafur, A.Kontarini b.) səyyahlarının qeydlərinə müraciət etmişdir. Bu da o dövrün mənzərəsi haqqında daha aydın təəssürat yaratmaq üçün önəmlidir.

Müəllif "Kodeks"in yazılma yeri müəllifləri ilə bağlı fikirləri təhlil edərkən, xüsusən italyan bölümü ilə bağlı məsələyə fərqli aspektdən baxmağı təklif etmişdir. Haqlı olaraq qeyd etmişdir ki, bu bölümün konkret bir şəhərdə yazıldığını deməkdənsə, tacirlərin təmasda olduğu əcnəbiləri (fars kumanlar) əsas götürmək olar. Belə ki, tacirlər bunu İtaliyada da, bir ya bir neçə kuman şəhərində , səfər zamanı da yaza bilərdilər.

"Kodeks"də əksini tapan milli mənşəli leksika əsasən Azərbaycan dili nümunələri ilə müqayisədə təsnif edilmişdir. Yeri gəldikcə Azərbaycan dilinin dialektlərinə müraciət edilmişdir. Müəllif bu dil materialları əsasında belə nəticəyə gəlmişdir ki, lal, kar, kor, zərgər, kisə, dərzi, həkim, usta, müğənni, katib kimi bu gün ümumişlək olan onlarla alınma sözlərin "Kodeks"də məhz milli alternativləri işlənmişdir. Demək, yuxarıdakı sözlərin dilə keçib qəbul edilməsindən əvvəl bu mənalar dilin daxili imkanları hesabına, əsasən, milli söz köklərindən -sız4, -çı4 şəkilçiləri vasitəsilə düzələn müvafiq olaraq tilsiz, kulaksız, közsiz, altunçı, yançık, tonçı, otaçı, bilişmən, ırçı ,bitikçi kəlmələri ilə ifadə olunmuşdur.

İkinci fəsildə "Kodeks"in qıpçaq lüğətinin tematik bölgüsü verilmiş, bitki adarından tutmuş ölçü uzunluq vahidlərinə qədər sözlər 22 yarımbaşlıq altında araşdırılmışdır. Daha çox təsviri metodla işlənən bu yarımfəsildə müəllif yeri gəldikcə qıpçaqların mədəni-məişət həyatına dair ümumiləşdirmələr aparmış, qıpçaq şəhərlərində sənətkarlıq sahələrinin yüksək inkişaf etdiyini ixtisaslaşma getdiyini vurğulamışdır.

Müəllif bu fəsildə dini leksikanı geniş araşdırmış, dini məzmunlu söz istilahların izahını verməklə yanaşı, yeni terminlərin ifadəsi zamanı milli leksikanın imkanlarından yararlanma cəhdlərinə dair nümunələr təqdim etmişdir. Məsələn, müəllif qeyd etmişdir ki, 69r səhifəsində psalmos sözü var, "dini nəğmə, məzmur" mənasındadır, yəni orijilanındakı kimi yazılmışdır. 74r səhifəsində isə eyni anlamda kopsa- feilindən düzəldilmiş xalis türk sözü kopsaqan kəlməsi işlənmişdir.

Monoqrafiyanın III fəsli "Codex Cumanicus"un dilində söz yaradıcılığı" adlanır bu fəsil iki aspektdə işlənir: morfoloji üsulla söz yaradıcılığı, sintaktik üsulla söz yaradıcılığı. Müəllif leksik şəkilçiləri izah edərkən "Kodeks"ə xas spesifik məsələlərə toxunur. Məsələn o, müəyyən edir ki, "Kodeks"də feilin şəxsə zamana görə dəyişməsinə dair verilən kuman dili nümunələrinin ardınca latınca farsca isimlərin qarşılığı kimi həmin feilin məsdər şəkli göstərilmişdir. Ancaq bu qaydaya həmişə riayət edilmir, bir çox feil nümunələrindən sonra həmin feillərdən başqa leksik şəkilçilərlə düzəlmiş ad bildirən sözlər nümunə göstərilir. Məsələn, tut-, saqın- feillərinə aid 3 nümunədən (tutarmən, tuttum, tut; saqınurmən, saqındum, saqınqıl) sonra müvafiq olaraq tutqun "əsir, dustaq", saqınç "düşüncə, fikir" isimləri verilmişdir. Buradan aydın olur ki, tərtibatçı feil köklərinə aid isim nümunələri bilirsə, yazmış, bilmirsə, məsdər formalarını qeyd etmişdir. Ehtimal ki, feillərin məsdər şəklinin ad mənasını da verməsi, feildəki hərəkətin adını bildirməsi tərtibatçının bu şəkilçini sırf leksik şəkilçi kimi götürməsinə səbəb olmuşdur. Müəllifə görə, "Kodeks"dəki kuman dili, ümumən türk dili materialları söz yaradıcılığı prosesinin canlı hərəki nümunələrini ortaya qoyur.  

İ.Quliyev mürəkkəb sözləri nümunələr əsasında kateqoriyalara bölmüş, hər kateqoriyaya aid "Kodeks"dən nümunələr təqdim etmiş, balavuz, alaboğa, koltuk kimi bir sıra mürəkkəb sözləri izah etmişdir. İkinci bənddə tərkibi feilləri araşdıran müəllif eyni adlara müxtəlif köməkçi feillərin qoşula bildiyini müəyyən etmişdir: Məsələn: et- kıl-: erksiz et-, erksiz kıl- "zərərsizləşdirmək"; et- bol- mədət et-, mədət bol- "kömək etmək". O, bu fəslin sonunda "Kodeks"in dil materiallarına əsaslanaraq qeyd etmişdir ki, əsərdə sintaktik üsulla söz yaradıcılığı morfoloji üsul kimi məhsuldar çoxşaxəli deyil. "Kitabi-Dədə Qorqud"dakı kimi çeşidli mürəkkəb sözlərə rast gəlinmir. Müəllifin fikrincə, "Codex Cumanicus"un dili mürəkkəb sözlərinin azlığı ilə öz dövrünün oğuz əsərləri ilə müqayisədə Orxon-Yenisey abidələrinə daha yaxındır.

Ümumilikdə, monoqrafiyada qıpçaq dili materiallarının Orxon-Yenisey abidələri, qədim uyğur dili materialları, qıpçaq əsərləri, Kitabi-Dədə Qorqud, Azərbaycan dili türk dili başda olmaqla bir sıra türk dilləri dialektlərinin nümunələri ilə müqayisədə araşdırılması təqdirəlayiq haldır.

Azərbaycan türkologiyasında qıpçaqların bu əsərinə həsr edilmiş ilk sistemli araşdırma olan "Codex Cumanicus" kuman dilinin leksikası" adlı monoqrafiya türkoloji dilçilik üçün son dərəcə faydalı əsər olmaqla yanaşı, bu sahədə gələcəkdə aparılacaq araşdırmalar üçün faydalı mənbədir.

 

Elçin İBRAHİMOV

ADU Türkiyə Araşdırmaları Mərkəzinin müdiri Filologiya üzrə fəlsəfə doktoru, dosent

Elchinibrahimov85@mail.ru

525-ci qəzet.- 2023.- 20 aprel.- S.2.