TƏRƏDDÜDSÜZ EDİLMİŞ SEÇİM

 

Azərbaycanın böyüklüyünə onun böyüklükdə böyüklük qatan ikinci böyüyümüz olmayıb. Onun 8 əsr boyunca təsir dalğasını bir xəritədə işarələmək istəyilə Gəncədən dünyanın müxtəlif ölkələri şəhərlərinə doğru oxlar çəksək, görəcəksiniz ki, qarşınızda sanki şüalar saçan bir günəşin şəkli var.

Qafqazlardan Mavərənnəhrə, İrandan Hindistana, Anadoludan İspaniyaya, ərəb ellərindən Avropa ölkələrinədək bunca geniş əhatədə bunca uzun müddətdə bu qədər müxtəlif mədəniyyətlərə bu sayda (bəlkə saysızlıqda) qələm düşüncə adamına öz işığından pay verən, yönəldiciyə, ülgüyə çevrilən, hamılıqla məktəb kimi qəbul edilən belə nəhənglikdə bir sima tək bizdə yox, dünyada təkdir. Dünyada yeganə olan incinin uğrunda daim mübarizələrin getməsi , əlbəttə ki, təbiidir.

2002-ci ilin 9 iyununda Heydər Əliyevin gəncliyinin keçdiyi, ali hərbi təhsil aldığı Sankt-Peterburqda daha bir Nizami təntənəsi yaşanırdı, Rusiyanın mədəniyyət paytaxtının Kamennoostrovski küçəsində dahimizin abidəsi açılırdı Azərbaycan Prezidenti mikrofon önündə idi, böyük soydaşından danışırdı, onun heykələ çevrilərək insanlığa yeni qayıdışını sadəcə bir xalqın, bir ölkənin deyil, Yer kürəsinin mədəniyyət hadisəsi, dövlətlər millətlərarası münasibətlərə birbaşa təsiri olan siyasət, dövlətçilik fenomeni kimi dəyərləndirirdi: "Nizaminin heykəlinin açılışını biz dünya mədəni irsinə böyük ehtiramın ifadəsi, Azərbaycan xalqına bəslənilən dostluq qardaşlıq hisslərinin təzahürü kimi qiymətləndiririk. Bu, həm ölkələrimiz arasında əlaqələrin yeni səviyyəsinin təcəssümüdür.

...Dahi humanist mütəfəkkirə ucaldılan bu gözəl abidə həmişə bizim nəzərlərimizi ümumbəşəri dəyərlərə, xeyirxahlıq, haqq-ədalət ideallarına yönəldəcək, ölkələrimiz xalqlarımız arasında dostluq əməkdaşlığın bundan sonra da möhkəmləndirilməsi işinə xidmət edəcəkdir".

Millət öndərləri ömürləri əməlləri, söylədikləri yazdıqları ilə əslində həm xalqa nəsihətlərini, özlərinin olmayacağı günlər üçün sadiq qalarıqsa, itirməyib qazanacağımız vəsiyyətlərini çatdırırlar. Nizami Gəncəviyə müdam, məhəlli deyil, mühüm kürəsəl - qlobal siyasət dövlət hadisəsi kimi baxmağımızın zəruriliyi Heydər Əliyevdən bizə miras olan öyüdlərdəndir. Elə həmin yolgöstərməyə riayətin nəticəsidir ki, mən 2018-ci ilin 24 dekabrında Evə, ABŞ Dövlət katibi Maykl Pompeoya Nizami Gəncəvi ilə bağlı bir xətasından sonra dərhal rəsmi məktub yazaraq, həm diqqəti məsələnin siyasi tərəfinə yönəldərək etirazımı bildirirdim. ABŞ Dövlət katibi həmin il dekabrın 21-də ilin ən uzun gecəsinin bitərək işığı artan günlərin başlanması münasibətilə öz tviter hesabında İran xalqına ünvanladığı təbrikində Nizami Gəncəvinin "Leyli Məcnun" poemasından "Hər ümidsizliyin arxasında bir ümid, hər qaranlığın ardında bir işıq var" düşüncəsinin yer aldığı iki misranı iqtibas gətirir, bu sətirlərin müəllifini isə fars şairi kimi qələmə verirdi. Dövlət katibinə həm Bakıdakı ABŞ səfirliyi vasitəsilə, həm birbaşa yolladığım məktubumda yazırdım ki, Nizami Gəncəvi sizin mətndə yanlış olaraq göstərildiyi kimi fars deyil, Azərbaycan şairidir, Azərbaycan şəhəri Gəncədə doğulub, ömrü boyu bu şəhərdə yaşayıb, bütün əsərlərini Gəncədə yaradıb, Gəncədə vəfat edib, bu gün onun Azərbaycandakı mavzoleyi bütün xalqın ən uca tutduğu ziyarət yerlərindəndir. Azərbaycanın paytaxtı Bakıda, eləcə Gəncədə digər şəhərlərimizdə Nizaminin abidələri ucalır, adına rayonlar, küçələr, meydanlar, müəssisələr var, əsərləri tədris edilir, irsi öyrənilir, haqqında araşdırmalar aparılır, kitablar yazılır, filmlər çəkilir. Azərbaycan dünyanın yeganə ölkəsidir ki, burada sevimli şairin şərəfinə Nizami adını daşıyan müxtəlif yaş nəsillərinə aid minlərlə insan var. Nizami Gəncəvi Azərbaycan xalqı üçün sadəcə görkəmli şair yox, Azərbaycan milli kimliyinin, istedadının, yaradıcı gücünün vacib göstəricilərindəndir. Ona görə Azərbaycan xalqı üçün son dərəcə əziz qiymətli olan belə bir əbədiyaşar dünyada məşhur övladının başqa bir xalqın nümayəndəsi kimi qələmə verilməsi, həm bunun dünyanın ən böyük dövlətinin rəhbərlərindən biri tərəfindən edilməsi Azərbaycan Respublikasında əhalinin ən müxtəlif təbəqələri arasında təəccüb narazılıq oyatmışdır. Azərbaycan insanlarının Nizami Gəncəvi ilə əlaqədar baş vermiş bu təhrifə belə həssas münasibət göstərməsi təsadüfi deyil. Tarix boyu Azərbaycanın yalnız torpaqlarına sərvətlərinə deyil, həm böyük şəxsiyyətlərinə, mədəni irsinə, abidələrinə qarşı da təcavüz, qəsb siyasəti yürüdülmüşdür. Mən bu məktubu göndərəndə hələ indiki kimi xoşbəxt deyildik, qəsb olunmuş ərazilərimizin dərdi bizi hər gün daxilən əzirdi Nizamini qorumaqçün yazılan məktubda, şübhəsiz ki, onun Vətəninin belə təsəllisiz ağrısı da kənarda qala bilməzdi. Mövzunun siyasi çalarlarını bir qədər qabardaraq göstərirdim ki, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan ölkənin yüksək təmsilçisi kimi sizə yaxşı məlumdur ki, 30 ilə yaxındır Ermənistan Azərbaycana qarşı işğal siyasəti aparır bunun nəticəsi olaraq ölkə ərazisinin 20 faizi Ermənistan ona havadarlıq edən xarici güclər tərəfindən hərbi müdaxilə yolu ilə zəbt edilmiş, deportasiya işğalın nəticəsi olaraq 1 milyon azərbaycanlı insan qaçqın məcburi köçkünə çevrilmişdir. Təəssüf ki, Azərbaycana qarşı müxtəlif səviyyələrdə mədəni qəsbkarlıq siyasəti davam etməkdədir. Nizami Gəncəvi Azərbaycan şairidir, lakin orta əsrlərdə Mərkəzi Asiyada mövcud olmuş ədəbi ənənəyə uyğun olaraq əsərlərini o zamanın ortaq poeziya dili olan farscada yazmışdır. Həmin dövrdə Orta Asiyadan Qafqaza, İrandan Hindistana qədərki nəhəng məkanda milliyyətindən asılı olmayaraq müxtəlif xalqların ədibləri bədii əsərlərini fars, elmi risalələrini ərəbcə yazırdılar. Bu, həmin dövrkü qloballaşmanın nəticəsi idi nəticə etibarı ilə bütöv Mərkəzi Asiyanı ortaq elmi-ədəbi məkana çevirir, mədəniyyətlərarası dialoqa, mədəni transferə geniş imkanlar açırdı. Bu gün ABŞ-da ingiliscə yazan çoxlu ərəb pakistanlı yazıçı sairlər var, yaxud Almaniyada yaşayan, alman dilində gözəl poeziya nəsr nümunələri doğuran onlarla türk ədibi fəaliyyətdədir. Ya Hindistan vətəndaşı olan, ana dili kimi mənimsədiyi ingiliscədə gözəl bədii əsərlər yaradan hindli qələm sahiblərini, yaxud əlcəzairli fransızdilli ərəb yazıçı şairləri yada salaq. Yaxud rus dilində yazıb-yaratmış, dünyada tanınmış qazax, qırğız yazıçı şairlərini götürək. Yazdıqları dili əsas sayaraq hindliyə urduya ingilis, ərəbə fransız, türkə alman, qırğıza, qazaxa rus deyilsə doğrumu olar? ya elə əhalisi ingiliscə danışan Amerika Birləşmiş Ştatlarına baxaq. Bütün amerikalı yazıçı şairlərə "ingilis ədibləri" demək ədalətli düzgün olardımı? Ümumbəşəri ideyaları tərənnüm etmiş Nizami Gəncəvi lap çoxdan bütün dünyanınkı olan şairlər cərgəsindədir. O, bu gün dünyanın bir çox dillərinə tərcümə edilib, oxunur, sevilir. Lakin Nizami Gəncəvi Azərbaycan xalqının övladıdır, ilk növbədə Azərbaycan şairidir onu öz ölkəsindən, öz xalqından ayırmaq təşəbbüsləri yolverilməzdir. Çünki əvvəllər bəzi fars millətçiləri ermənilər tərəfindən belə cəhdlərin olması müşahidə edilmişdir. Sizin İran xalqına ünvanlanmış, ancaq dünyada hər kəsin oxuya biləcəyi təbrikinizdə buraxılmış nöqsan da Azərbaycan insanlarında belə ehtimallar oyatmışdır ki, bəlkə bu saxta məlumat mətnin tərtibi əsnasında məqsədli şəkildə ötürülmüşdür...

İndi XXI yüzilin hündürlüyündən Nizaminin öz Vətənində - Azərbaycanda ən çox araşdırıldığı, nəşr edildiyi, xatirəsinin əbədiləşdirildiyi son 100 illik vaxt kəsiyini seyr edəndə ən bəhrəli səmərəli illərin məhz Heydər Əliyevin respublikaya rəhbərliyi dönəminə təsadüf etməsini təsdiqləməli oluruq. Heydər Əliyevdən əvvəlki sonrakı Azərbaycan rəhbərinin heç biri Nizamidən diqqətini əsirgəməyib. Ancaq Nizamiyə ən çox dövlət diqqətinin göstərilməsi Nizaminin yalnız bir şair deyil, dövlət dövlətçilik hadisəsi kimi qavranılması da məhz Heydər Əliyevin idarəçiliyi çağlarına düşür.

1981-ci ilin yanvarında Gəncə Şəhər Partiya Komitəsinin birinci katibi işləyən Həsən Həsənovu Heydər Əliyev Mərkəzi Komitəyə gətirir. İdeologiya üzrə MK katibi vəzifəsinə Gəncədən gələn orada da gördüyü bir çox işlərin mərkəzində rəmz olaraq Nizaminin adı dayanan, Bakıdakı fəaliyyətlərini elə dahi şairdən başlamağı qət edən Həsən Həsənov Nizami Gəncəvinin 840 illiyinin SSRİ miqyasında təmtəraqla keçirilməsi təklifiylə respublika rəhbərinin yanına gəlir. Heydər Əliyev təşəbbüsü təqdir etsə , qayıdır ki, bu, yuvarlaq ildönümü sayılmır, yubiley tarixi deyil, Moskva etiraz edə bilər, onlarla danışmaq lazımdır. Görək deyirlər. Həsən Həsənov xatırlayır ki, biz yubileyi respublika səviyyəsində keçirmək istəsəydik, heç bir maneə yox idi. Ancaq məsələ İttifaq səviyyəsinə qalxanda Kremlin icazəsi əsas şərt idi, mən əmin deyildim ki, 10 il sonra da bu vəzifədə olacağammı ki, şairin 850 illiyini ürəyimiz istəyən təntənə ilə keçirək. Ona görə çox istəyirdim ki, niyyətimizə çataq.

Həsən Həsənov əvvəlcə Sov.İKP MK Mədəniyyət şöbəsinin müdiri Vasili Şauroya zəng vurur, ondan da bu rəqəmin yubiley keçirməyə uyğun gəlməyən tarix olduğu cavabını alır. İzah edir ki, Nizaminin 800 illiyi 1941-ci ilə düşürdü, lakin müharibə imkan verməyib ki, o vaxt bu ildönümü lazımınca qeyd edilsin.

Görünür, gətirilən əsaslandırmalar V.Şauronu yumşaltsa da, razılığın daha yüksək səviyyədə alınması zəruriləşir ki, Heydər Əliyev özü işə qarışır. Bununla əlaqədar ideoloji məsələlər üzrə sovet rəhbərliyində əsas söz sahibi olan MK katibi Mixail Suslova üz tutan Heydər Əliyev yada salırdı ki, ilk aldığı cavab bu olur ki, mümkün deyil, belə yubiley tarixi olmur. Sonra da bu gedişlə deyəcəksiniz 845 illiyi keçirək, 850 illik gələr, onu bayram edərsiniz. Heydər Əliyev təkid edir: "Mən dedim ki, siz Nizami Gəncəvini tanıyırsınızmı? Cavab verdi ki, yaxşı tanıyıram, 1947-ci ildə onun yubileyinin keçirilməsindən xəbərim var. Dedim, yəqin, tamam xəbəriniz yoxdur. Nizami Gəncəvi elə dahidir ki, nəinki 840 illiyini, onun yubileyini hər il keçirmək lazımdır. Beləliklə, biz buna nail olduq o vaxt Nizami Gəncəvinin 840 illik yubileyini keçirdik".

Bir anlıq təsəvvür edin, o vaxt yubiley keçirilmir təntənəylə qeyd edilən ildönümü çərçivəsində görülməsi düşünülən işlər arzu olaraq kağız üzərində qalır. Nizaminin 850 illiyi 1991-ci ildə yetişəndə isə SSRİ dağılırdı daha Kreml belə-belə işlərin yox, canının hayında idi. Demək, həmin 840 illiyin nəticəsi kimi sahib olduğumuz kitablar olmayacaqdı. Tar-mar olan SSRİ-dən Nizami Gəncəviyə qalan son töhfə üstündə dahi şairin əksi olan onun 850 illiyinə ithaf edilmiş 1 rublluq sikkə oldu.

1990-cı illərin əvvəllərindən etibarən asta-asta Azərbaycan nizamişünaslığının daşıyıcı lay divarları, dayaq sütunları olan, ömrünün onillərini Şeyxə həsr etmiş güclü alimləri qısa müddətdə bir-bir itirdik. Kimisi yaşlaşmışdı, bəzilərisə cavan getdi Nizaminin söz dünyasına istər mətnşünaslıq, istər filoloji təhlil, istərsə tərcümə baxımından səriştə ilə bələd olan mötəbər qələmlərin kəskin kasadlığı yarandı. indi ortada olan hasili, Nizamiyə bağlı bütün bəhrələri saf-çürük edəndə ona şahid kəsilirik ki, nizamişünaslıqdakı ən uğurlu fəsil elə 1970-80-ci illər imiş. Azərbaycanda da, bütün sovet məkanında da.

Zəlzələlər, müdhiş müharibələrin dağıntıları səbəb olub ki, ən azı, bizim bildiyimiz qədər, son minildə Gəncə şəhərinin buna uyğun Gəncə qəbiristanlarının da yeri bir neçə dəfə dəyişib. Nəsillər dəyişdikcə, yaddaş başqalaşdıqca çox qəbirlərə yönələn ayaqların açdığı cığırları da ot basıb, tədricən sahibsiz qalan həmin məzarlar da itib-batıb. Ancaq Nizami məzarı əsrlərdir ki, XII yüzildəki yerində qalır bu gün həm onu nişan verir ki, şairin yaşadığı dövrdə Gəncə şəhəri harada qərar tutubmuş. Nizami məqbərəsinin indiki Gəncə şəhərinə, yaxud onun heç olmazsa yaxınlığına köçürülməsi məsələsinin respublika rəhbərliyi səviyyəsində dönə-dönə qaldırılması, tarixi mənası olan qəbrin yerinin dəyişdirilməsi fikrinin düz olmaması dərhal ağla gəlsə , bununla bağlı tərəddüdlərin yaranması, bir qədər vaxt ötüncə yenə həmin istəklə rəsmən dövlət rəhbərliyinə müraciət edilməsi, hətta bundan sonra da yenə həmin suala "hə"mi, "yox"mu cavabının verilməsi ilə bağlı ayrı-ayrı adamlar arasında deyil, hətta bu haqda qərar verə biləcək hər kəsin düşüncəsində rəyin haçalanması səbəbsiz deyil. Alüminium zavodunun zəhərli yellərinin məqbərəni zədələməsi səbəbindən köçürülmə heç əsas səbəb deyil, bəlkə səbəbdən daha artıq bəhanə idi. Bədəbəddə, həlli qədər çətin olsa da, zavodun yerini dəyişməyə cəhd etmək mümkün idi. Heydər Əliyevin fikrindən hətta alüminium zavodunun oradan köçürülməsi, ya ləğv edilməsi keçibmiş. Özü xatırlayırdı ki, 1970-ci illərdə SSRİ Nazirlər Sovetinin sədri Aleksey Kosıginə müraciət edərək camaat arasında alüminium zavodu adı ilə məşhur olan həmin gil-torpaq kombinatı ilə bağlı xahişlərini edəndə, bu istehsalatın ətraf mühitə ciddi zərər vurduğunu söyləyəndə Stalin dövründən Kremldə işləyən çox tarixçələrə bələd olan Baş nazir qayıdıbmış ki, 1950, ya 1951-ci ildə Mircəfər Bağırov Stalinin qəbuluna gələrək şəstlə gətirdiyi aluniti göstəribmiş ki, Azərbaycanda bunun istehsalını başlaya bilərik böyük bir kombinat tikmək məsləhətdir. Alunitdən alüminium oksidi, ondan da alüminiun alınır Sovet İttifaqının da ağır müharibədən sonrakı çağlarda bu məhsula ehtiyacı çoxmuş. Odur ki, tikintinin başlanmasına ləngimədən icazə verilir.

Yəni alüminium zavodu məqbərənin köçürülməsi təşəbbüslərinin zamanaşırı dilə gətirilən başlıca səbəbi deyildi. Əsl gizlinc məsafədə idi. Hər bir gəncəli , Gəncənin hər qonağı da bu şəhərə təşrif gətirmişkən sevimli Şeyxin məqbərəsini ziyarət etməyi həmişə arzulayıb. Ancaq bu uzunluqda yolu qət etmək xeyli vaxt istəyir axı. Tərəddüdü yaradan da həmişə elə bu olub ki, bəli, məzarın yerini dəyişmək yalnız tarixi səbəblər, mənəvi amillərlə əlaqədar olaraq yox, elə şəriətlə düz deyil, amma Nizaminin son evinin doğma şəhərindən, ona hər gün salam vermək istəyənlərdən bunca aralı olması rəva deyil.

Həmin sual 1975-ci ildə Heydər Əliyevin başçılığı ilə respublika rəhbərliyi səviyyəsində Azərbaycanın seçkin ziyalıları dövlət xadimlərinin iştirakı ilə müzakirə edilərkən sonra 1978-ci ildə yenə elə Heydər Əliyevin idarə etdiyi məsul toplantılarda baxılarkən olduğu qədər üstündən bu irilikdə vaxt ötüncə yenə açıqdır zənnimcə, bu məsələ həllini məzarı köçürək, ya köçürməyək yolu ilə deyil, büsbütün başqa bir məqbul tərzdə çözülməsi ilə gözləyir.

2000-ci il mayın 24-də Heydər Əliyev Gəncədə səfərdə idi yollanmışdı Nizaminin ziyarətinə. Məqbərəyə yetişincə burada xeyli Gəncə sakininin olduğunu görən Heydər Əliyev başlamışdı onlarla zarafatlaşmağa, amma bir neçə dəqiqəlik mehriban söhbətləşmənin ardında dayanan gizli təkan nöqtəsi niyə məqbərənin şəhərdən belə uzaqda olmasının içəridə həmişə var olan tərəddüdü idi.

"Heydər Əliyev: Bilmirəm bu qədər adamı bura niyə gətiriblər.

Sakinlər: Cənab Prezident, özümüz gəlmişik.

Heydər Əliyev: Özünüz gəlməmisiniz, gətiriblər.

Sakinlər: Vallah, özümüz gəlmişik.

Heydər Əliyev: Siz bilirdiniz mən buraya gələcəyəm?

Sakinlər: Biz özümüzü xoşbəxt sanırıq ki, Sizi burada qarşılayırıq, Sizinlə görüşürük. Biz özümüz bura böyük həvəslə gəlmişik. Sizi həmişə televizor vasitəsilə görmüşük, amma həyatda da görmək istəyirdik.

Heydər Əliyev: Məni küçədə, evinizin qarşısından keçəndə görmək olardı.

Sakinlər: Cənab Prezident, elədə aydın görmək olmur. Biz çox razıyıq. Sizinlə görüşmək ən böyük xoşbəxtlikdir.

Heydər Əliyev: İşiniz var, gücünüz var, hərənin öz işi var. Yığışıb bura gəlmisiniz.

Sakinlər: İşimiz , gücümüz - hamısı Sizə qurbandır. Bizi heç kim gətirməyibdir.

Heydər Əliyev: Mən çox şadam ki, sizi görürəm. Amma mən bilirəm ki, sizi müəyyən vaxtdır avtomobillərlə, avtobuslarla bura gətiriblər.

Sakinlər: Cənab Prezident, vallah, özümüz gəlmişik.

Heydər Əliyev: Piyada gəlmisiniz?

Sakinlər: Cənab Prezident! 300 minlik əhali istəyir ki, Sizinlə görüşsün. Hamı piyada gəlməyə hazırdır. Tez-tez gəlin!"

Nizami məqbərəsi ilə bağlı onillərlə açıq sualın ürəyi sakit edəcək cavabı elə həmin mükalimədədir. Gərək gəncəlinin bura piyada gəlmək imkanı da ola. Bunun həlli yolu isə məqbərənin Gəncəyə deyil, Gəncənin özünün məqbərəyə yaxınlaşmasıdır. İstənilən şəhər, o sıradan Gəncə il-il geninə böyüyür. Sadəcə bu işi bir qədər səmtlənmiş icra etmək lazımdır. Nizam müəyyən edən, bütün yaradıcılığı ilə həmişə cəmiyyət, dövlət, insan, şəxsiyyət quruculuğu üçün yazdıqlarıyla ülgülər, qəliblər təklif etmiş Nizaminin məqbərəsi bu gün şəhərsalma üçün növbəti təklifini verir. Gəncənin peyklərini, yeni mikrorayonlarını, təzə yaşayış binalarını, müəssisələr tikintisini, parklar, bağlar salınmasını məqbərə səmtə tuşlamaq gərəkdir. 5-10 il belə davam edincə o yerlər dönüb olacaq elə böyük Gəncənin bir parçası. Bəlkə elə həmin həndəvərdə turistlərin, söz yox ki, canlı marağına səbəb ola biləcək bir neçə hektar ərazidə qala divarları ilə əhatə olunmuş "Köhnə Gəncə" adlı kiçik bir şəhər qurmaq zərurəti yaranacaq. Elə qədim Gəncənin əski ədəbiyyatın soraqları əsasında dirilən bir şəhər. Gəncənin köhnə hüsnünü bugünə qaytaran, tarixi məhəllələri, mədrəsələri, dükan-bazarı, hətta Xərabatı ilə ehya edilən məkan. Həm ora quruca muzey-şəhər olmasın. Keçmişlərdəki kimi hər məhəllədə əsnaf da işini davam etdirsin, həm bura qonaq gələnləri Bakının İçərişəhəri kimi ötmüş əsrlərə qaytaran küçələrdən, məhəllələrdən həyat səsi gəlsin. Yəni gündəlik orada çalışanların heç hamısı axşam qapısını kilidləyib bu balaca şəhərin qala divarlarının xaricindəki ev-eşiyinə getməsin. Kitabların, əlyazmaların səhifələrindən qoparaq təzədən doğulmuş bu şəhərdə yaşayış da olsun, daimi mənzil qeydiyyatına düşən sakinlər oralılaşaraq ömrünü yaşasın.

Bəlkə bir gün bu arzu gerçəkləşdi o vaxtlar Gəncə metrosunun buradakı dayanacağından da hər gün diktorun səsi eşidildi: "Nizami məqbərəsi stansiyası"!..

...Nizaminin Bakıda oktyabrın 6-da baş tutan 840 illiyi təntənələri yalnız mütəfəkkir şairimizin, bütöv Azərbaycan ədəbiyyatının deyil, oçağkı sovet şərqşünaslığının böyük bayramı idi. Sonra İttifaq boyu bütün aparıcı şərqşünas alimləri qovuşduran ikinci o cür möhtəşəm toplantı olmadı. Qarşıdan SSRİ-nin , heyiflər ki, şərqşünaslığın da xəzanı gəlirmiş. Yubiley günlərindən, Nizami konfransından Ədəbiyyat muzeyinin qarşısında, Nizami heykəlinin önündə çəkilmiş kollektiv foto da yadigar qalır. Mən varam o sırada. Azərbaycanın da, Rusiyanın da, müxtəlif respublikaların da indi əksəri həyatda olmayan dəyərli alimləri, "Xəmsə"dən sovet xalqlarının dillərinə çevirmələr etmiş məşhur tərcüməçilər hamısı birlikdədir, hamı xoş ovqata köklənib. İnsanlığa yadigar qoyduğu solmaz irsi fəlsəfəsi ilə başdan-başa bayram olan Nizami Gəncəvi 840 yaşının tamamında yenə qovuşdurur, yenə mehr yaradır, yenə sevindirirdi.

Bakıda keçirilən yubiley mərasimində çağdaş türk ədəbiyyatının zirvələrindən olan Oljas Süleymenov da çıxış etmişdi o axşam söylədiyi bir fikir həm çox təsirli, həm rəmzi idi. Deyirdi ki, biz Nizamiylə adaşıq, onun adı İlyas, mənim adım Oljas.

Doğru deyir, İlyas kəlməsi qazaxca məhz belə səslənir. Simvolik olansa bu idi ki, bir vaxtlar Nizami doğma türkcəsində deyil, farsca yazdığı kimi, Oljas da ana dilində yox, rusca yaradırdı. XII yüzildə o, XX əsrdə bu - iki böyük türk şairi mahiyyətiylə öz vətənləri xalqlarının ülviliyinə ayna tutan əsərləriylə sübut edirdilər ki, bir şairin hansı millətin balası olduğunu əyan edən dildən daha öncə məhz həmin irsin içərisindəki milli ruh, yurd xalq təəssübkeşliyidir.

Oljas danışırdı "Böyük şair o kəsdir ki, onun sözü zəmanələrin, xalqların məsafələrin hüdudlarını aşıb keçsin. Nizami sözü buna müvəffəq olmuşdur" deyirdi. Başqa bir böyük türk ədibi - Çingiz Aytmatovsa Nizaminin noyabrın 17-də Moskvada İttifaqlar Evinin Sütunlu zalında keçirilən yubiley məclisində "Həft peykər"dən - "Yeddi gözəl"dən" beytləri azərbaycanca oxumuşdu, şair haqqında hərarətlə danışmışdı.

Həmin tədbirin gününü təyin edəndə bir balaca diqqətsizliyə yol verilibmiş. O gün Siyasi Büronun da iclası varmış. Ancaq Heydər Əliyevə Azərbaycanla bağlı tədbir keçirildiyinə görə Siyasi Büronun iclasından Nizami Gəncəvinin yubiley mərasiminə getməyə icazə verilir. Həmin Nizami mərasimində əsas məruzəçi olmuş Həsən Həsənov xatırlayır ki, Heydər Əliyevlə dayanıb tədbirin təfərrüatları ilə bağlı söhbət edirdik, bu ara gördük ki, Azərbaycanın Moskvadakı Daimi nümayəndəliyinin rəhbəri Ənvər İsmayılovla Siyasi Büro üzvlərindən o vaxt kənd təsərrüfatı üzrə MK katibi olan Mixail Qorbaçov bizə sarı gəlirlər. Mixail Qorbaçov qayıtdı ki, o biri üzvlər gəlmək istəmədi, ancaq mən xüsusi olaraq icazə aldım ki, Nizaminin yubileyi keçirilir, gərək mən Heydər Əliyeviçin xatirinə orada iştirak edəm. Heydər Əliyev gülə-gülə dedi ki, məgər Nizamini bu qədər sevirsiniz? O da təbəssümlə cavab verdi ki, hər halda öyrənmək istəyirəm. Bunun müqabilində yenə Heydər Əliyev dilləndi ki, Həsən Həsənov bizim ideologiya üzrə katibimizdir, sualınız olsa, ona verin.

Bu, illər sonra Heydər Əliyevə düşmən, Nizaminin Vətəni Azərbaycana qənim kəsiləcək həmin Mixail Qorbaçov idi...

...Hər yubiley özünə görə bir bayramdır. Ancaq müvəqqəti bayram. Yubiley günləri sovuşur, təntənələrin sevinc xoş həyəcanları tədricən səngiyir, vaxt keçdikcə unudulur. Yubileylərdən qalan ən uzunömürlü soyumayan sevinc kitablar olur. Heydər Əliyevin 1981-ci il iyulun 28-də imzaladığı "Nizami Gəncəvinin 840 illiyi" sərlövhəli sərəncamda Dövlətnəşrkoma Elmlər Akademiyasına tapşırılırdı ki, Nizaminin 1981-1982-ci illərdə buraxılması nəzərdə tutulan əsərlərinin yüksək poliqrafik səviyyədə nəşri təmin edilsin. Sərəncamda kitabların adları sadalanmırdı, çünki həmin adlar Mərkəzi Komitənin 1979-cu il yanvarın 5-də təsdiqlənmiş "Böyük Azərbaycan şairi mütəfəkkiri Nizami Gəncəvinin ədəbi irsinin öyrənilməsi, nəşri kütləviləşdirilməsinin yaxşılaşdırılması tədbirləri haqqında" sərəncama əlavədə əksini tapmışdı. O kitablar hamısı nəşr edildi. Ancaq 1981-ci ildə həmin köhnə siyahıya yeni adlar da əlavə edilmişdi ki, məhz bu kitablar 840 illik çərçivəsində əncam çəkilmiş işlərin ən önəmlisi kimi tarixdə qaldı. İlk dəfə olaraq Nizami "Xəmsə"sinə daxil məsnəvilərin, eləcə şairin "Divan"ının Azərbaycan rus dillərinə tam filoloji tərcüməsi hazırlanaraq oxuculara çatdırıldı. 1-2 ilin içərisində bunca nəhəng həcmli layihənin gerçəkləşdirilməsi insana ağlasığmaz kimi gəlsə , əsl fədakarlıq nümunəsi göstərilərək bu tarixi əhəmiyyətli işin öhdəsindən gəlindi. Qısa vaxt aralığında gecə-gündüz bilməyərək başa çatdırılıb nəşr edilmiş həmin tərcümə cildlərində hansısa nöqsanların da olması elə əvvəldən istisna edilmirdi. Əsas olan işin görülməsi idi, sonrakı nəşrlərdə mətnlərə yenidən əl gəzdirmək, düzəlişlər aparmaq, çevirmələri misra-misra, beyt-beyt arıtlayaraq pardaqlamaq çətin olmayacaqdı. Çətindən-çətin olan Fərhadın dağ çapması qədər belə ağır işi başlayıb yarımçıq qoymamaq, müəyyənləşdirilmiş ifrat qısa vaxtda yekunlaşdırmaq idi. Yubiley komissiyasının sədri MK katibi Həsən Həsənov, bütün gedişata mütəmadi nəzarəti həyata keçirənsə Heydər Əliyev idi. Bu tandem çox güclü idi. Azərbaycan Respublikasında tarixi biliklərimə şəxsi müşahidələrimə əsaslanaraq qətiyyətlə təsdiq edirəm ki, bizdə birinci şəxslə ideologiya məsələlərinə məsul şəxsin bunca ideal - belə həmahəng, belə yekdil, belə bir-birini tamamlayan, belə cəsarətli, bu qədər qalıcı məhsullar doğurmuş birliyi olmayıb. Bu işlərin icrasındakı həlledici simalardan biri, daha dəqiqi - birincisi professor Rüstəm Əliyev idi. Rüstəm Əliyevi Həsən Həsənov da, ondan daha əvvəlsə hələ DTK illərindən Heydər Əliyev yaxşı tanıyırdı. İşlərin ən ağırı olan Nizami mətnlərinin azərbaycancaya ruscaya filoloji tərcümələrinin böyük hissəsini Rüstəm Əliyevə həvalə edərkən (onun tərcümələrindən birinin - ruscaya çevirdiyi "Məxzən ül-əsrar"ın - "Sirlər xəzinəsi"nin redaktoru Ziya Bünyadovla mən oldum) məhz onu çoxdan yaxşı tanıyan, səviyyəsinə, işgüzarlığına bələd olan tandem əmin idi ki, bu darmacalda belə sürətlə həmin işi yalnız elə Rüstəm Əliyev başa çatdırmağa qadirdir. O ərəfələrdə Mərkəzi Komitəyə tez-tez çağırıldığını, özünə son dərəcə isti, inamlı münasibəti hiss edən Rüstəm Əliyev bir gün hətta Həsən Həsənovdan soruşmuşdu ki, siz bu qədər işi mənə etibar edirsiniz, məni yaxşı tanıyırsınızmı? Həsən Həsənov professorun nəyə işarə etdiyini sezərək gülümsünmüşdü ki, əlbəttə, Heydər Əliyev , mən hərtərəfli tanıyırıq, sizə inanırıq ümid edirik ki, əməkdaşlığımız gözəl nəticələrə gətirəcək.

İş ondadır ki, 1950-ci illərin sonları, 1960-cı illərdə sovet şərqşünaslığının ən parlaq ulduzlarından birinə çevrilmiş, şöhrəti dünyaya yayılmış, Harvard Universitetində mühazirələr oxuyan ilk sovet iranşünası olmuş, fars klassiki Sədi Şirazi ilə bağlı araşdırmaları hazırladığı mətnlər Tehranda heyranlıq doğuraraq mükafatlara layiq görülmüş Rüstəm Əliyevin başına bəla gəlmişdi. SSRİ Şərqşünaslıq İnstitutunun aparıcı əməkdaşlarından biri kimi İrana tez-tez olan elmi ezamiyyətlərindən birindən qayıdarkən Moskvada hava limanında onu qaçaqmalçılıq ittihamı ilə saxlamışdılar. Partiyadan çıxarılmaq həbs olunmaq məsələsi gündəmdə idi. Oğlu Məmməd söyləyir ki, o vaxt Rüstəm Əliyevi qoruyan, həbsdən xilas edən Vəli Axundovla Heydər Əliyev olur.

1970-ci illərin sonları, 1980-ci illərin əvvəllərində Nizaminin öyrənilişi təbliğinin yeni mərhələyə qədəm qoyması istiqamətində Heydər Əliyevin hərəkət verdiyi çoxşaxəli layihələr çərçivəsində Rüstəm Əliyevə geniş üfüqlər açılması əslində bu böyük alimin əsl bəraəti yaradıcı həyatındakı yeni, əlamətdar mərhələnin gəlişi demək idi.

...1981-ci ilin iyulunda SSRİ-nin Lüksemburqdakı səfirliyindən Azərbaycan KP MK-ya məktub gəlir. Xəbər verilirdi ki, səfirliyin ərazisində SSRİ Xalqları Dostluğu xiyabanı yaradılır ora Azərbaycandan da 2 metr hündürlüyündə bir heykəltaraşlıq nümunəsinin göndərilməsi rica edilir. O vaxt Sovet İttifaqının Lüksemburqdakı səfiri K.Udumyan idi məktub onun adından gəlmişdisə , aydın idi ki, sifariş Xarici İşlər Nazirliyininki idi. Yəqin ki, onları maraqlandıran daha çox xalqlar dostluğunun simgəsi ola biləcək bir fiqur idi (Əslində xeyli sonralar onlara hazır abidə göndəriləndə narazılıqlarını da bildirmişdilər ki, bu nədir, biz sizdən tamam başqa şey istəyirdik. Ancaq artıq gec idi). MK katibi Həsən Həsənov isə Mədəniyyət Nazirliyi Rəssamlar İttifaqı ilə məsləhətləşərək Azərbaycanın hansı görkəmli şəxsiyyətlərinin hazır abidələrinin olduğu ilə maraqlanır cavab alır ki, Fuad Əbdürrəhmanovun hazırladığı Gəncədə ucaldılmış Nizami heykəlinin, Tokay Məmmədovla Ömər Eldarovun müəllifi olduqları Bakını bəzəyən Füzulinin abidəsinin, Ömər Eldarovun Bakıdakı Natəvanının, bir Tokay Məmmədovun yaratdığı, indiyədək quraşdırılmamış, heykəltaraşın emalatxanasında saxlanan Səməd Vurğun fiqurunun hər birinin gipsdən 2 metrlik hazır modeli var seçim edilərsə, ən qısa zamanda onlardan birini bürüncdən tökmək mümkündür. Həsən Həsənov iyulun 16-da abidələrdən hansının üzərində dayanmaqla bağlı Heydər Əliyevə müraciət edir dərkənar tərəddüdsüz qoyulur: "Nizamiyə razılıq verirəm. Heydər Əliyev. 18 iyul, 1981".

Tunc Nizami 3 aya hazırlanıb Moskvaya, SSRİ Xarici İşlər Nazirliyi Təchizat idarəsinə göndəriləcək, onlar da abidəni Lüksemburqa yollayacaqlar. Səfir Bakıya zəng vuracaq, qiymətli hədiyyəyə görə respublika rəhbəri Heydər Əliyevə minnətdarlığını bildirəcək bu, Nizaminin Avropada, bütövlükdə dünya boyunca Vətəndən kənarlarda ucaldılan ilk abidəsi olacaq. Heydər Əliyevin özünəsə həmin Nizami abidəsini ziyarət etmək artıq müstəqillik dövründə, 1996-cı ildə qismət olacaq.

Heykəlləşən Nizami asta-asta dünyanı gəzməyə başlayacaq. İllər ötdükcə Asiya Avropanın neçə şəhərində Nizami heykəli dikələcək. Sözü ilə dünyanı fəth etmiş Azərbaycan dahisi möhtəşəm abidələri ilə ucaldığı şəhərlərin, ölkələrin daimi sakininə çevriləcək. Nizaminin taleyindəki bu qürurverici ənənənin başlanğıcında şairin 840 yaşının tamamında Heydər Əliyevin başqa zirvələr arasından tərəddüdsüz Nizamini seçərək atdığı imza dayanır.

 

 30 iyul 2023

 

Rafael HÜSEYNOV

Akademik

 

525-ci qəzet.- 2023.- 3 avqust.- S.4-5.