Türkiyədə Anara həsr edilmiş kitab nəşr olunub

 

Xəbər verildiyi kimi, Xalq yazıçısı Anarın 85 illik yubileyi İstanbulda Ankarada geniş qeyd olunub. KeTeBe Yayın evi Anarın " liman", "Beş mərtəbəli evin atıncı mərtəbəsi", "Təhminənin son sirri" əsərlərini yeni tərcümədə - İmdat Afşarın çevirisində bir kitabda nəşr edib. O günlərdə Pərvinin "Anar - çağının önündə bir yazar" kitabı da çapdan çıxıb. Tedev yayın evində buraxılmış "İki əsrin qovşağında bir yazır ANAR 85" adlı kitabı İmdat Afşar hazırlayıb kitaba geniş müqəddimə yazıb. Türk Ədəbiyyat Vəqfinin başqanı Sərhat Kabaklının giriş sözüylə açılan kitabda Anar haqqında görkəmli yazıçıların, alimlərin yazıları toplanıb. Onların sırasında türkiyəli müəlliflər - Namik Kamal Zeybək, Əhməd Bican Ercilasun, Ataol Bəhramoğlu, İlbər Ortaylı, Fikrət Türkmən, Yəhya Akenkinlə bir sırada qazax şairi Oljas Süleymenovun, türkmən yazar Oraz Yağmurun, Quzey Kiprdən İsmayıl Bozqurdun, Almaniyadan Orxan Arasın, Moskvadan Abuzər Bağırovun, eləcə Anarın Türkiyə tədqiqatçısı Ayşə Atayın bir sıra başqalarının mətnləri yer alıb. Vaqif Məmmədovun "Anar, Ahıska türklərinin yazarıdır", Özgə Manasın "Ədəbiyyatımızın iki qoşa zirvəsi Rəsul Rza Anar" məqalələri diqqəti çəkir.

Kitabda azərbaycanlı müəlliflərin - Bəxtiyar Vahabzadənin, İsmayıl Şıxlının, Xəlil Rza Ulutürkün, İsa Həbibbəylinin, Rafael Hüseynovun, Ramiz Rövşənin, Məmməd İsmayılın, Kamil Vəli Nərimanoğlunun Anar haqqında səmimi fikirləri yer alıb.

Həmin kitabdan üç mətni oxuculara təqdim edirik.

 

 

Anarla görüşlərimiz

Ataol BƏHRAMOĞLU

 

Anarla ilk dəfə zaman, harada görüşdüyümüzü xatırlamağa çalışıram... Çox böyük ehtimalla 1972-ci ildə Azərbaycana (Bakıya) ilk gedişimdə. Demək, ikimiz 30 yaşlarımızdaymışıq. Moskva Universitetində magistr idim. Yəqin ki, Bakıya Yazıçılar Birliyinin dəvətlisi olaraq getmişdim.

Bu ilk yolçuluqda Vaqif Səmədoğlu, Fikrət Qoca, Maqsud Rüstəm İbrahimbəyov qardaşları (indi heç biri həyatda yoxdur), Əkrəmin ailəsi, rejissor Oktay Mirqasımovla da tanış olduq. Ramiz Rövşən o zaman gənc idi, sonra tanışacaqdıq...

Azərbaycana səfərlər mənim üçün hər zaman bayramdır. Sanki uşaqlığıma, öz mənliyimə, kimliyinə səfər kimidir.

Azəri bir ailənin övladı olmağım uşaqlığımın o illərdə bu mədəniyyətlə yoğrulmuş olan Qarsda keçməsi bu hisslərin, duyğuların əsas səbəbidir.  Fəqət Bakı Azərbaycan insanı da, kim olursunuz olun, sizi insanlığın saf təmiz qalmış dəyərlərilə qucaqlayar.

Azərbaycan Qafqaz coğrafiyasında, Xəzərin sahilində, tər-təmiz qalmış bir insan ürəyi kimi döyünür, sonsuzadək döyünməyə davam edəcəkdir.

Bu ilk görüşdəmiydi, indi tam xatırlamıram, Anarla ən unudulmaz xatirəm Xəzərin sahilində bir gecə, Bakı küləyi paltolarımızı saçlarımızı uçurdarkən, mənə Pasternakdan ağlımda yanlış qalmayıbsa, Blokdan, rus modernizmin başqa şairlərindən Azərbaycan dilinə tərcümə etdiyi əsərləri oxumasıdır. Anarın duyğu dolu səsi hələ qulağımdadır. Pasternakın möhtəşəm "Hamlet"ini Anarın Azərbaycan türkcəsinə tərcüməsini az qala əzbər söyləyərəm.

Sonra Bakıda, Moskvada, Parisdə, İstanbulda dəfələrlə görüşdük. Anar mənim doğmam, böyük qardaşımdır. Onunla ən unudulmaz anlarımdan biri , atası, böyük şair Rəsul Rzanı Moskvada xəstəxanalardan birində ziyarət etməyimizdir. "Cümhuriyet" qəzetinin 18 dekabr, 1999-cu il tarixli sayında "Şairin istədikləri" başlıqlı yazımda bu ziyarətdən bəhs edirəm. Anar bu ziyarətimizi tarixini düşünürəm ki, xatırlayacaq. Rəsul Rzanı 1981-də itirdiyimizə görə, demək ki, ziyarətimiz bundan daha əvvəl idi. Beləliklə, yazının girişində bu tarixin 1970-lərin əvvəlində, yoxsa Moskva səfərlərinin birində olduğunu xatırlamadığımı yazmışdım. Davamındakı paraqrafda "yorğundu, Bakı üçün darıxırdı, oğlu ona Bakıdan bir banka bal gətirmişdi" cümləsi gəlir...

Eyni yazıda 1970-ci ilin əvvəllərində Bakıda Rəsul Rzanın dəyərli xanımı, Anarın anası, görkəmli şair Nigar xanım Rəfibəylilə tanışdığım haqqında məlumat da yer alıb. Anarın çox dəyərli musiqişünas xanımı, əziz bacım Zemfirayla da həmin o ilk səfər zamanı tanış olmuşduq. Beləcə Anarla qardaşlığımız daha da dərinləşmişdi.

Parisdəki görüşümüzdə Qazaxıstanın böyük şairi, ortaq dostumuz Oljas Süleymenov, İstanbuldakı görüşlərimizin birində Azərbaycanın böyük şairi Fikrət Qoca da var idi... Anarın dostlarının sanki daha çox şairlərin arasından olması təsadüf idimi? Məncə, yox. Çünki görkəmli yazıçı dramaturq Anar, eyni zamanda, məncə, gizli bir şairdir. Şair olmayan adam bayaq qeyd etdiyim böyük rus şairlərini Azərbaycan türkcəsinə belə yüksək istedadla tərcümə edə bilməzdi.

 

Gənc yaşlarında, Moskvadakı universitetdə tələbəykən atasının dostu, böyük qardaşım dediyi Nazim Hikməti yaxından tanımış, həyat yaradıcılığına heyran olmuş Anar, onun davamçısı hesab etdiyi bu sətirlərin müəllifindən heç bir vaxt diqqətini dəyərini əsirgəmədi.

2005 tarixli gündəliyimdə bu qeydi oxudum: "13 aprel. Hülyayla Bakıya uçduq. 17 aprel, bazar gününə qədər Bakıda yuxu kimi, unudulmayacaq bir neçə gün... "Şeir tərcüməsinin problemləri" mövzusunda çıxış... Çap edilmiş yeni kitabım... Rəsul Rza mükafatı..." Gündəliyimdəki bu qeydləri sonradan, 8 may tarixində ümumi qeydlərin içində yazmışdım... İndi bu sətirləri oxuyarkən, dəftərimi niyə yanımda götürmədiyimə, Bakıdakı "yuxu kimi günlər"in qeydlərini niyə günbəgün qeyd etmədiyimə görə heyifsiləndim.

Çünki röya 13 apreldə başlamışdı. Həmin gün mənim ad günümdür. Bakı hava limanına ayaq basdığımda mən 63 yaşıma girmişdim. Hava limanında bizi əziz Anarla birlikdə böyük bir doğum günü sürprizi gözləyir

Azərbaycan türkcəsində kitabım, "Yaşamaq - insan qalaraq"... Həyatım boyu aldığım ən böyük doğum günü hədiyyələrinin başında gəlir bu kitab. 19 mart 2005-də yığılmağa başlayıb, 4 aprel 2005-də çap edilib. Məlumdur ki, mənə doğum günümdə verilməsi planlaşdırılıb, Anarın "Ataol Behramoğlunun ümidləri" başlıqlı ön sözü (E.Z.Qaraxanlı, P.Əlioğlu) onun tərcümələriylə...

Bundan daha böyük incəliklə bir qardaşlıq, dostluq hədiyyəsi ola bilərmi?   İndi bu kitabın bir nümunəsi, Rəsul Rza mükafatı, sözünü etdiyim görüşlərin heç olmasa bəzilərindən şəkillər Eskişehirdeki Ədəbiyyat muzeyindədir.

 

Anar 85 yaşına qədəm qoyur. Mən 80 yaşımı geridə qoydum. Onun 80 yaşını İstanbulda, qardaşım Nihatla birlikdə, bir sürpriz kimi "İstanbuldayam" telefon zəngiylə ortaya çıxıb bizi dəvət etdiyi Çiçək Pasajında, üç qardaş qutlamışdıq... Bakıda o gecə, Xəzərin sahilində, külək paltolarımızı saçlarımızı uçurarkən bu yaşlara gələ biləcəyimizi düşünməzdik. Fəqət xatirələr qədər hüznverici olsa da, hər zaman biz o küləklə uçmağa davam etdik. Anarın qardaşı, yoldaşı, dostu olmağın sevinci, şərəfi xoşbəxtliyilə ona neçə-neçə sağlıqlı illər, xoşbəxtlik yeni əsərlər arzulayıram.

22.02.23

İstanbul

 

Anarı anarkən

Namik Kemal ZEYBEK Türkiyənin sabiq mədəniyyət naziri

 

 

Orda, böyük qardaşım var, uzaqda,

Uzaqda olsa da, könlümdədir yeri.

Ürəklərimiz bir döyünür,

Birlikdə qururuq düşüncələri.

 

 

Orda, böyük qardaşım var, uzaqda,

Altaylı ataların önündə,

Birlikdə əyilirik.

Məsafələr olsa da, aramızda,

Əllərimizi uzatdığımızda,

Birləşəcəyimizi bilirik.

 

 

Anaram mən onu,

Məni anar, bilirəm.

Altı qatlı evin, yeddinci qatı,

Göydə bizim qatımız.

Orhundan qaynaqlanır,

Bizim söz sənətimiz.

 

 

Min beş yüz ildir çağlayan,

Oğuz şeirlərini,

Təsvir-təsvir oxuyar,

Oxuyar, dinləyərəm.

Oxuyaram, dinləyər.

Dilə gələr dünənim.

 

 

Əslimizi axtaran,

Çağın Kərəmləriyik.

Əslimizdə özümüzü taparıq.

Söz-söz dilə gələrik,

Bir bədən, bir can olarıq.

 

Axşam oturdum, Anarın yazdığı əsərlərin cümlələrinə toxundum. İçimdən gəldi, bəlkə şeir olar deyə yuxarıdakı misraları yazdım. O, məndən yaşca böyük olduğu üçün, "böyük qardaş" deyə xitab etdim.

Mən Bayburt rayonunun, Kitrə kəndində doğulmuşam. On yaşıma qədər orada yaşamışam. Atam müəllim idi, ona görə daha sonra Ankaraya köçdük. Ankarada üç il dəhşətli dərəcədə evimizin həsrətini çəkdim. Doğulub, böyüdüyüm yerlər üçün, kəndimdə danışılan ləhcə üçün dəli kimi darıxmışdım.

Bir gün radionu qarışdıranda Bakı radiosunu tapdım. Təəccübləndim, coşdum, duyğulandım. Mənim kəndimin dili radioda səslənirdi. Bu, mənim türkcəm idi. Beləcə, Bakı radiosuna dadandım. "Danışır Bakı" deyə başlayan yayımı, "Siz son xəbərlərə qulaq asdınız" deyincəyə qədər həqiqətən qulağımı asdım, dinlədim. Radionun səsi yaxşı deyildi. Tez-tez qarışırdı. Amma yenə böyük bir iştahla dinləyirdim.

Sonra Azərbaycan Kültür Dərnəyini tapdım. Ordakı jurnalları oxudum. "Azərbaycan İncə Sənət" jurnalında çıxan şeirləri əzbərlədim. Xəlil Rzanın şeirlərini, Tofiq Bayramın şeirlərini (Sevda Aydana yazmışdı) əzbərlədim. Rəsul Rzanı öyrəndim. Səməd Vurğunu öyrəndim. Bəxtiyar Vahabzadəni öyrəndim. Onların şeirlərini oxudum. Tədbirlərdə bu şeirləri Bayburd ləhcəmi, Bakı ləhcəsinə oxşadaraq oxuyurdum. Mənim oxumağımın bəyənildiyini görənlər mənə oxşatmağa başladılar. Gözəl idi!

Bu vasitələrlə Nigar Rəfibəyli ilə Rəsul Rzanın, yəni bu iki böyük şairin, onların övladı, doğma şair Anar bəyin şeirlərindən nümunələr gördüm.

Uzun illərim Bakıya getmək, Bakıda onlarla tanış olmaq, onlarla birlikdə şeir gecələrində şeir oxumaq, saraylarda Azərbaycandan mahnılar dinləmək arzusuyla keçdi. Arzu idi, yəni xəyal idi. Gerçək oldu.

1990-cı ildə Türkiyə Cümhuriyyətinin mədəniyyət naziri olaraq Azərbaycana getdim. Mədəniyyət naziri Polat Bülbüloğlunun məni apardığı yerlərdən biri Azərbaycan Yazıçılar Birliyi idi. Orada Anar bəylə tanış oldum onu çox sevdim. Sonra əsərlərini oxudum.

Əvvəl dedim, yenə deməliyəm. Bir çox tanınmış yazıçıların yazdıqlarını oxumaq üçün, "oxumağım lazımdır, oxuyub bitirməyim lazımdır" məcburiyyətilə axıra qədər oxudum. Gücə düşdüm. Nobel almış bir türk yazıçısının aldığı Nobelinə dəyər verdim, bir romanını axıra qədər oxuya bildim.

Əksinə, Anar bəyin əlimə aldığım heç bir əsərini yarımçıq qoymadım. Çünki su kimi oxunan əsərlər yaradıb Anar bəy.

Əsərlərindən başqa, çox böyük əmək sərf etdiyi "Min beş yüz ilin Oğuz şeiri" kitabı möhtəşəm bir işdir. Mənim stolüstü kitablarımdan biridir. Bu kitab sadəcə Oğuz şeiri deyil, türkcə şeirin çox böyük bir toplusu dəyərindədir.

Anar, yerüzü Türklüyünün böyük ustalarıyla görüşüb tanışmış, onlarla bağlı dərin müşahidələrə əsaslanan dəyərli yazılar yazmış, onları yayımlamışdır. Onun "Çağdaşlarım" adlı əsəri hər türk tərəfindən mütləq oxunmalıdır.

Anar, yuxarıdakı misralarımda söylədiyim kimi, böyük qardaş olaraq bildiyim, görüşməkdən çox xoşbəxt olduğum, hər görüşümdə xeyli məlumatlandığım dəyərli bir şəxsiyyətdir. Ona hörmətlərimi bildirir, sağlıq, xoşbəxtlik, yeni yaradıcılıq uğurları qazanacağı uzun illər arzulayıram.  

 

Anarın hekayələrini oxuyarkən

Ahmet Bican ERCİLASUN

 

"Bu hekayələrin qəhrəmanlarından biri telefondur". Sadəcə telefon deyil, bəzən bir ya iki palto, bəzən damalı bir taksi, bəzən bir eyvanda oynayan kölgələr...

Anarın hekayələrində əşyalar da, insan olmayan müxtəlif varlıqlar, hətta görüntülər bir qəhrəmandır. Onların vasitəsilə insan ruhunun dərinliklərinə enməyi bacarır Anar. Keçmiş günləri xatırlamaq üçün bəzən köhnə bir sevgili yetərlidir. Qara eynəkli köhnə sevgili Moskvadan qəfil gələr bir gün sadəcə bircə gün keçmiş günləri xatırlamağa bəs edər. O dəcəl uşaqlıq günləri... Müəllimləri cin atına mindirdikləri günlər...

Ancaq keçmiş günlər hər zaman xoş xatırlanmır... Çox vaxt acıyla, kədərlə xatırlanır. Hekayələri, hekayələrinin qəhrəmanları vasitəsilə Anar, özününmü, yoxsa başqa birininmi keçmişini üzüntülü həsrətlə anar: "Bir az sonra buraya təqaüdçülər gələcək, təsbehli qocalar. Paltarlarında yamaqlar, əllərində yeni qəzetlər, arxalarında itib getmiş ömürləri..." Sanki sonsuz bir monotonluqdur həyat. Eyni ömürlər təkrarlanırmış kimi.

Başqa bir hekayədə təsbehli qoca filosofdur: "Canlı atalar sözü ensiklopediyası, təsbehli qoca aldı sözü: "Elə demə, bala, qocalığa etibar yoxdur, gedərkən borclumu gedim?!" Sürücü: "Əmican, borclu borclunun sağlığını istəyər". Təsbehli qocayla sürücü arasında borc borclu mövzusunda atalar sözüylə deyişmə olur sanki. Bir atalar sözü qocadan, bir atalar sözü sürücüdən... Anar dözə bilmir araya girir: "Deməli, atalar sözü kitabının ikinci cildi sükan arxasındaymış" deyir.

Bu telefon bir-birini görməyən iki aşiqi qovuşdurur. Azərbaycanın nəsrində , şeirində detallar, obyektlər insanlarla danışan, həmsöhbət olan qəhramanlardır təxminən. Vahabzadənin "Antena" şeirini xatırladım bir an. Dünyanın bütün xəbərləri antena vasitəsilə evlərə daxil olur. O telefon hekayəsində bir radio var. Telefonun digər ucundakı qadın gecə boyu radioya qulaq asır, dünyada baş verənlərdən xəbərdar olur. Bir təyyarə səslərini dinləyir. Çünki pilot olan həyat yoldaşını təyyarə qəzasında itirib. Telefonun bu başındakı adam, sevdiyi qadınla danışarkən qulağına dəyən təyyarə səslərinin mənasını sonra anlayacaqdı.

"Telefon haqqında bir neçə söz demək istəyirəm" deyə səmimi bir münasibətlə sözə başlayan Anar, bunları deyir: Son zamanlar telefon haqqında düşünürdüm... Bizim laboratoriyanın direktorunun otağında, masanın üstündə qara bir telefon var. Bu telefona hər baxanda mənə elə gəlirdi ki, telefonun şunuru dinamit fitilinə oxşayır. Telefona hər dəfə zəng gələndə direktor diksinirdi. Ona elə gəlirdi ki, bu dinamitə oxşayan telefon, hər an gələ biləcək pis bir xəbərlə partlaya bilər. Bir gün zəng edib deyəcəklər ki, "səni işdən bayıra atdılar", ya da "arvadın qoşulub qaçıb". Şöbəmizdə telefon var idi. Amma disk yeri rəqəmsiz, bağlı, qara bir dairədən ibarət idi, elə bil möhürləmişdilər... O, sanki boyun əymənin, tabeçiliyin, passivliyin, durğunluğun nişanəsiydi. Sənə zəng edə bilərlər, ancaq sən heç kimə zəng edə bilməzsən!"

1967-ci ildə yazılan bu hekayədə o qaranlıq illərin acı xatirələri var idi. "Sənə zəng edə bilərlər, ancaq sən heç kimə zəng edə bilməzsən!" Sənə zəng edib, işdən atıldığını deyə bilərlər, ancaq sən buna etiraz edə bilməzsən. O telefon boyun əymənin, passivliyin nişanəsiydi çünki. Bir gün səni evindən apara bilərdilər sən heç edə bilməzdin. "O gecənin səhəri" hekayəsində olduğu kimi. Bir gecə səni evindən aparardılar binadakı qonşular qorxu içində bir gün onlara da növbə çatacağını gözləyərdilər.

"Mən, sən, o telefon" hekayəsində qəhrəmanlardan biri telefondu, amma bir birinci, ikinci, üçüncü şəxslər var. Mədinə ikinci şəxs idi, "sən" idi. Seymur birinci şəxs idi, "mən" idi Rüstəm üçüncü şəxs idi, "o" idi. Amma bu hekayədə "mən" ilə "o" əslində eyni adam idi. Aradakı sirri isə deyəsən, ancaq telefon bilirdi. Fəqət burada hekayəni anlatmağım vacib deyil. Heç bir hekayə, heç bir roman anlatıla bilməz. Tənqidçilər isə ucundan, bir kənarından toxunurlar əsərə. Bəzən əsərin içinə girə bilirlər. Fəqət onların heç biri əsəri oxumuş kimi deyildir. Hekayə roman oxunmalıdır. Ancaq oxunularaq başa düşülər. Ən doğrusu isə bir əsəri oxuduqdan sonra onun haqqında yazılanlara baxmaqdır.

Bu kiçik palto hekayəsi: "Asqılıqda işləyən qadının söhbəti". Hekayənin qəhrəmanları üç paltodan ibarətdir. Sarı, qara mixəyi paltolar. Sarı, qadınındır, digərləri iki kişinin. Paltoların qısa hekayəsini oxuyursunuz sonunda gözləriniz dolur. Ah Anar, sürprizləri qədər gözəl təqdim edirsən?! hüznləri. olardı, o qara palto asılqanda yalnız qalmasaydı!..

Bir hekayədə qəhrəman ölür. Ölür, amma bir səs yazısı qoyub gedib. Yaşlanmış xanımı yalnız yeddi il sonra, yeni il gecəsi, bu səs yazısını dinləməyə cəsarət edə bilir. Əri Qəzənfərin səs yazısı eşidilir: "Yaxşı, ay arvad, qırx-əlli ildən sonra... Qulaq as. Bir gün olacaq mən olmayacağam. Bax sənə bircə əmanətim bu uşaqlardır. Bir gün gələcək, hamısı böyüyəcək, boya-başa çatacaq yuvasından qanadlanan quşlar kimi bir-bir uçub gedəcəklər. Bax, onda onlara vəfasız demə ha! Onu bil ki, hara getsələr, hansı ailəyə düşsələr, hansı mühitə düşsələr, səndən məndən isə aparacaqlar, necə ki, biz bir-birimizlə görüşəndə hərəmiz öz ata-babalarımızdan isə gətirmişdik..."

"Mən şairəm, filosof" deyir səs yazısında Qəzənfər, amma filosof kimi danışır: "...Həyat təcrübəm az deyil, həyatın hər üzünü görmüşəm..." Kaş hekayəni orijinaldan oxuya biləydim. Amma yenə Nəvaini xatırladım. Hansısa əsərində o da "mən həyatın yayını da, qışını da gördüm" deyirdi. bu bənzər ifadələr, eynilə Qəzənfərin, (yoxsa Anarınmı?) səs yazısında söylədiyi kimi "nəsildən nəsilə" ötürülürdü. Bəzən deyimlərlə, bəzən atalar sözləriylə, bəzən onlara bənzər qəlib sözlərlə. Həyatın istisini, soyuğunu, qışını, yayını yaşamaq bunun kimi bir qəlib sözdü. Nağıllarımızda eşitdiyimiz "simsim, açıl" sözü belə sehrli sözlərdən deyilmi? Nəsildən nəsilə ötürülən. "Təpələrdən yel kimi, dərələrdən sel kimi...", "Göydən üç alma düşdü..." Kim bilir bəşəriyyətin hansı dövrlərindən, kim bilir neçə nəsildən keçərək gəldi bizə bu sözlər. Anarın təsbehli qocaları da bunun kimi, sürücü qəhrəmanı da bunun kimi.

Fəqət Anar, keçmişin dərinliklərindən gələn bu sözləri, mənaları modern ədəbiyyatla, modern sənətin içində əritməyi bilən yazıçıdır. Telefonlar, lentlər, evlər, küçələr... Bütün bunlar danışdırılır. İnsan olmayan əşyaların insan imiş kimi davranması danışması klassik ədəbiyyatımızda yoxdurmu? Canlandırılmasına "teşhis", danışdırılmasına "intak" deyirik əski ədəbiyyatımızda. Anar bax bu sənətləri modern hekayə roman içində işləyir. Bilərək ya bilməyərək. Amma heç şübhə yoxdur ki, divan ədəbiyyatının da, xalq ədəbiyyatının da özəllikləri onun zəkasında ruhunda yerləşmişdir hansısa formada ortaya çıxacaqdır: "İçərişəhər memralığın folklorudur". Xalq ədəbiyyatını ruhuna həzm etdirməmiş bir yazıçı bu cümləni qura bilərmi? İçərişəhər, Bakının o tarixi hissəsi, "memarlığın folklorudur". Əslində Anarın klassik bilgisini belə sətirlərin arasından çıxarmağa gərək yoxdur. Baxın deyir: "Bizim riyaziyyat müəllimimiz Babayev, yazı taxtasının önündə bizə nəzəriyyəni başa salarkən, birdən susar, düşünərdi, sonra əzəbərdən Ömər Xəyyamın, ya da Füzulinin bir beytini oxuyardı. O, Şərq şeirinin bilicisi, aşiqiydi. Əsmərin uzun hörüklərinə, Şəb-i Yelda deyərdi".

Azərbaycanda Füzulini bilən, Nəsimini bilən, Vaqifi bilən neçə-neçə alimlər, ziyalılar gördüm. Belə bir mühitdə yetişən Anarın nəsildən nəsilə süzülüb gələn mirasımızdan xəbərdar olmaması mümkündürmü? Amma vacib olan "xəbərdar olmaq" deyil, o mədəniyyəti bədii ədəbiyyatla yoğurmaqdır. Anarın hekayələrində , romanlarında da bunu görə bilərisiniz. İnsan ruhunun dərinliklərini qurcalayan psixoloji təsvirlərin arasına öz mədəniyyətimizin daş-qaşları daxil olur birdən o daş-qaşlar işıq saçır.

Anar heç şübhəsiz, çağdaş bir sənətçidir. O, həyatın içindədir. Sakit görnüşünün arxasında, dərindən baxan gözləriylə ətrafındakı insanların içinə xitab edər. Görünüşündən bunu gözləməzsiniz. Öz halında heç kimin işiylə, münasibətlərilə, xarakterilə maraqlanmayan bir alicənab adamdır. Bu görünüşüylə, ətrafındakı insanların ruhlarına necə bu qədər xitab edə bilir, mən bilmirəm. Bilmirəm, amma əsərlərini oxuyanda belə olduğunu çox yaxşı bilirəm.

"Mütləq görüşərik" hekayəsi, Türkiyədəki insanlardan bəhs edir. Eynilə bizdən danışır, bizi tənqid edir. Həm dərindən, ən dərindən. Qüsurlarımızı öyrənməyimiz üçün mütləq onun bu hekayəsini oxumalıyıq.

Anar ədəbiyyatımızın ən məhsuldar adlarından biridir. Çox əsərlər yaradıb, yaratmaqdadır. Anar hər zaman oxunacaq gələcək nəsillərə zəngin bir miras olaraq təqdim ediləcəkdir. Xurcununda hələ çox əsərlərin olduğunu bilirəm. O yazdıqca, biz zənginləşəcəyik.

 

Yazıları Azərbaycan türkcəsinə Xəyal RZA uyğunlaşdırıb.

525-ci qəzet.- 2023.- 9 avqust.- S.10-11.