Zəfər dolu fırtınalar var olsun!
Yazıçı Fərman Eyvazlının
"Qaçaq Kərəm"
romanında belə bir epizod var: "Şəhərdən Ürkməzliyə
doğru uzanan torpaq yolda kəndə
sarı bir atlı gedirdi. Ucaboylu, qarayanız, xoşsima kişi idi".
Bu sətirləri oxuduqca həmin xoş sima kişinin timsalında gözümün önünə,
özünə, sözünə,
nüfuzuna (eləcə
də xoş simasına!) böyük hörmət bəslədiyim
hərbçi və şair qardaşım Azərbaycan Respublikası
Hərbi Dəniz Qüvvələri Komandanı
kontr-admiral Sübhan Bəkirov-şair Sübhan
Kamaloğlu gəldi. Özü-sözüdür, sözü-özüdür!
F.Eyvazlı qeyd edir ki, "Ürkməz qorxmaz deməkdir. Bu adı əzəllərdə yadelli
yağılara qarşı
sinə gərib qılınc çalan elin igid oğulları
qazanmışdı. Dışı
dağlar, içi bağlar olan bu axar-baxarlı obanın arxasında Avey dağı qala kimi dayanmışdı.
Sağ tərəfində
Göyəzən dağı
ucalırdı".
"Zəfər dolu fırtına" kitabının
müəllifi hərbçi
şair Sübhan Kamaloğlu məhz belə bir yerdə
- Qazaxın Ürkməzli
kəndində anadan olmuşdur. Ana babası
da, ata babası da Qazax mahalının adlı-sanlı, sözükeçən,
nüfuzlu ağalarından-kişilərindən
olublar. Ana babasının
M.Dilbazi nəslinə mənsub olmağı göstərir
ki, Xalq şairi ilə qan qohumluğu
da var.
Belə
bir yerdə dünyaya göz açmaq özü ayrıca bir tale xoşbəxtliyidir. Bu yurd
elə-belə yurd deyil!
Bu yurd bir ağır
el nümunəsidir,
Sübhanın nəfəsi el
nəfəsidir.
Aveydən yüksələn qartal
səsidir,
Vardır
namus, qeyrət, arı kəndimin!
Bu, həmin müqəddəs
el nəfəsidir ki, Sübhandan qabaq əslən Qazaxdan olan "Rus topunun Allahı" adlandırılan
Əlağa Şıxlinskini
və mayor Mustafa ağa
Arifi də şair eləmişdi. Onların hərbçi olmaqla yanaşı, şeir yazdıqları da
məlumdur.
Sübhan
Kamaloğlu da belə
hərbçilərimizdəndir. "Zəfər dolu fırtına" onun
6-cı şeirlər kitabıdır.
"Zəfər dolu fırtına"nı sözün
məcazi anlamında çoxdan gözləyirdik...
Bilirdik
ki, bu fırtına bütün fırtınaları
dəf etmək gücündədir. 30 ildi
ki, ona həsrət qalmışdıq. Onu görmək üçün,
qürurla, iftixarla demək üçün tələsirdik:
Salam, Qarabağım, qayıtmışam
mən,
Qoynunda sürünən dumanam, çənəm.
Salam xarıbülbül, sənə
həmdəməm,
Üçrəngli bayrağım, şərəfim, şanım,
Zəfərin mübarək, Azərbaycanım!
Salam igid əsgər, yenilməz ordum,
Məhv
etdin düşməni,
azaddır Yurdum.
Şuşa yaylağında toy-busat
qurdum,
Şadlanır, sevinir dağım-aranım,
Zəfərin mübarək, Azərbaycanım!
Sübhan
Kamaloğlunun təzə
çapdan çıxmış
"Zəfər dolu fırtına" kitabı
bu misralarla başlanır, zəfər
dolu fırtınanın
qüdrətindən söhbət
açır, Vətənimizə,
torpağımıza, bayrağımıza
göz aydınlığı
verir. Öyüncümüzü,
sevincimizi belə bölüşür:
Gözün aydın, Cıdır
düzü,
Təbiətin ayna gözü!
Al qoynuna bir də
bizi,
Bu yerlərdə gəzək
qoşa,
Biz qayıtdıq, əziz Şuşa!
Bu mübarək fırtına
sevinc şadlıq gətirib özüylə.
Bu sevinci hamıyla bölməyə hazırıq.
Bu fırtınanın hər
dalğası bir qartal qıyı, qartal sədasıdır.
Bu səda deyir ki:
Ali Baş Komandan - öndə bir mayak,
Vətənimə dayaq, xalqıma
dayaq.
Ay Sübhan, həmişə
oyaq ol, oyaq,
Xaini tarixdən siləsən gərək!
Bu qartal qıyı, qartal sədası qalib, Müzəffər
Ali Baş Komandanımızı,
qalib ordumuzu, qalib yurdumuzu dönə-dönə alqışlamaqda,
deməkdədir:
Həmişə sözünün üstündə
duran,
Ali Baş Komandan, yaşa, min yaşa!
Düşmənin başına alov
yağdıran
Ali Baş Komandan, yaşa, min yaşa!
Yazıldı tarixə qəhrəmanların,
Ellərə görk oldu əhdin, ilqarın.
Ulu öndərimin mərd yadigarı,
Ali Baş Komandan, yaşa, min yaşa!
Məhz
bu Zəfər fırtınası payızımızı
yaz eylədi. Bunun belə olacağını
bir vaxtlar Ümummilli liderimiz Heydər Əliyev müjdələmişdi. Odur
ki, S.Kamaloğlu yazır:
Xalqın
üzü güldü,
düşmən xar oldu,
Qələbə müjdəsi eldə
car oldu.
Bu ilin payızı növbahar oldu.
Sən
buna vermişdin söz,
Ulu öndər!
S.Kamaloğlunun "Zəfər
dolu fırtına"
kitabı vətənpərvərlik
hissləriylə aşıb
daşan bir "fırtına"dır. Dalğaları,
ləpələri Azərbaycana,
yurda, doğma beşiyə, şairin anadan olduğu Qazaxa, doğma Ürkməzli kəndinə,
onun dağına, aranına, çayına bulağına həsr etdiyi şeirlərin misralarıdır.
Bu "Dəniz qartalı" qartal kimi qanad
çalıb üçmağı
Aveyin, Göyəzənin
zirvəsindəki qartallardan
öyrənib. Yazdığı
şeirlərlə əslində
yol çəkirmiş
o, Xəzərin fırtınalı
qoynuna, vətənimizin
az qala hər
güşəsinə, həsrətində
olduğu uşaqlıq
aylarına, illərinə,
doğma obaya -elə... Şair bunu bir şeirində
belə təqdim edir:
Qələm əlimdədir, yazıram
hələ,
Şeirimlə çəkmişəm yol bizim elə.
"Zəfər dolu fırtına" kitabını
oxuduqca adam hiss edir ki, bu fırtına
qopmaya bilərdimi? Ona
görə qopdu ki, arxasında el dayandı, el durdu.
S.Kamaloğlu da yaxşı
bilir ki, "İgid igid olmaz ha əlləşsə
də, onun arxasında el gərək olsun!" Və biz qazandığımız
böyük Zəfəri
də arxasında el dayanan, xalq
duran, özləri də başdan-başa
"Zəfər dolu fırtına" kitabı
olan oğulların, igidlərin sayəsində
qazanmadıqmı?!
Mənim
o yerlərdə sözüm,
sazım var,
Bir ömür sazımı çalıb doymaram.
misralarını bir hərbçi
şairmi yazıb, yoxsa arxası öz elinə, əslinə-nəslinə bağlı
el-oba aşiqimi?! Onun şeirlərinin canını, ruhunu daha çox müdrik fikirlər, nəsihətamiz, qürurverici
düşüncələr, bütövlükdə xalq
ruhu təşkil edir. Bu, aşağıda gətirdiyim misallardan da aydın görünür:
...Sübhan deyir: öyrən əsil-soyunu,
Zatsız-köksüz olanlardan uzaq ol!
...Deyin aranızda neçə adam var,
Dostunu tanıyan, yadını bilən?
...Sübhan, qan-tər tökməyənin,
El qeyrəti çəkməyənin,
Torpağa diz
çökməyənin
Dizlərinə bıçaq batsın!
"Zəfər dolu fırtına" kitabı böyük zəfərimizin tərənnümünə
həsr olunmuş şeirlərlə zəngindir.
"Zəfər dolu fırtına"ya da, bu fırtınada haqqında
məhəbbətlə söz
açılan elə-obaya,
yola, lap hərbçi şairin özünə qoşulub
demək istəyirsən,
deməyi özünə
borc bilirsən ki:
Odlar diyarına
yaraşır Zəfər,
Azərbaycan deyən dillərə qurban!
Kim ki, ərənlərdən qalan
yolun yolçusudur əsas mirasın da ərənlərdən
qalma miras olduğunu yaxşı bilir, ona sahib
çıxır. O mirası
qoruyur, o yolu davam etdirir. Ərənlərdən qalan
miras Yoldur, Könüldür, Amaldır,
Kamaldır, Əsərdir.
S.Kamaloğlu yeni kitabında bunları xüsusi vurğulayır,
deməyi özünə
borc bilir ki:
Dediyini düşün
dərin,
Bil qədrini
ləlin, zərin
Bizə miras
Ərənlərin
Örnəyindən qalan da var.
Sübhan Kamaloğlunun
özü də, sözü də, gözü-könlü də
ərənlərdən qalma
həmin mirasdır, örnəkdir.
Onun kitabını
tam oxuyub başa çatanda sanki bir xalq
Ozanının danışdığı
qəhrəmanlıq, məhəbbət
dastanının duvaqqapmasını
eşitmiş oldum:
Ay Sübhan,
bu xalqın sönməz işığı,
Burdadır Vətənin
bil, yaraşığı.
Oxusun şeirimi
ellər aşığı,
Sazında dillənən dillərə qurban!
Barat VÜSAL
Azərbaycan Yazıçılar Birliyi Qazax Filialının sədri, Əməkdar incəsənət xadimi
525-ci qəzet.- 2023.- 10 avqust.- S.6.