Sənə salam göndərirəm
Sənə salam
göndərirəm
Buz dövrünün
şaxtasından,
Aram-aram göndərirəm,
Qara dəniz
yaxtasından.
Sənə salam
göndərirəm,
Salam alan əlin yoxdu,
Uzadıram əllərimi,
Kipriyin
var, telin yoxdu.
Sənə salam göndərirəm,
Mesaj bir xətt üstündədir.
Gözəyarı oxusan da,
Məndən çıxıb köksündədir.
Sənə salam göndərirəm
Vəziyyətim xoş görünür.
Gec yatıram, ayılmıram,
Dursam hər şey boş görünür.
Sənə salam göndərirəm,
Xala-xətrin qalmasıntək.
Sən xətrimə dəyən
gündən,
Xətrim
bir gün qalmayıb tək.
Sənə salam göndərirəm
İlk maaşın sevincindən.
O sevinci bol xərclədin,
Nədir
səni bəs incidən?
Sənə salam göndərirəm
Gecələrin zülmətindən,
Səhər necə zor açılır,
Xəbərin yox qiyamətdən.
Sənə salam göndərirəm,
Bax, bu gecə şeir
yazdım.
İlham pərim sənə sarı,
Yenə
yoldan çıxıb
azdım.
Sənə salam göndərirəm,
Bir salama dəyməsə də.
Bilirəm çox narahatdı
Üz-gözünü əyməsə
də.
Sənə salam göndərirəm
İpəzordan aslı qalıb.
Qurumayan
ağ köynəkdən
Sən almışdın paslı
qalıb.
Sənə salam göndərirəm
Yusifin Züleyxasından.
Sadiq qulam göndərirəm
Yapışmışam yaxasından.
Sənə salam göndərirəm.
Füzulinin Leylisindən,
Nizaminin
Məcnundan
İstəyirsən əllisindən
Göndərsəm də, çatan
deyil.
Elnur
Eldaroğlu
525-ci
qəzet.- 2023.- 12 avqust.- S.15.