Azərbaycanlı gənclərin Beynəlxalq Fizika Olimpiadasında uğurları

 

Beynəlxalq Fizika Olimpiadası (IPHO - International Physics Olympiad) ilk dəfə 1967-ci ildə Polşanın Varşava şəhərində keçirilib. Olimpiadada hər ölkədən 2 rəhbərin başçılığı altında 5 orta məktəb şagirdi iştirak edir. Onların yaşı isə 20-dən çox olmamalıdır.  Hazırda 80-dən artıq ölkənin iştirak etdiyi olimpiadanın prezidenti Hans Jordensdir. Olimpiada adətən, iyul ayının ortalarında, hər dəfə fərqli ölkədə keçirilir 9-10 gün davam edir. Olimpiadaçı şagirdlərin nəzəri təcrübi biliklərinin qiymətləndirilməsi üçün hər biri 5 saat olmaqla 2 imtahan keçirilir. Onlar arasında ən az 1 gün istirahət verilir. Nəzəri 30, təcrübi məsələlər isə 20 bal olmaqla, nəticələr cəmi 50 balla qiymətləndirilir. Hər imtahandan öncə komanda rəhbərləri təşkilatçılar nəzəri məsələləri müzakirə etmək öz dillərinə tərcümə etmək üçün toplaşırlar. İmtahan günlərində şagirdlərin komanda rəhbərləri ilə görüşməsi qadağandır. İmtahan olmayan günlər isə komanda rəhbərləri, müşahidəçi şagirdlər üçün ekskursiyalar, elmi konfranslar təşkil olunur. İmtahanlar bitəndən sonra komanda rəhbərləri koordinatorlarla bərabər, yazı işlərini yoxlayırlar.

İştirakçıların 8 faizi qızıl, 25 faizi qızıl gümüş, 50 faizi qızıl, gümüş bürünc medallarla, 67 faizi isə həvəsləndirici hədiyyələrlə mükafatlandırılır. Bundan əlavə, məsələnin ən yaxşı həlli, nəzəri təcrübi imtahanlarda ən yüksək nəticəyə görə xüsusi mükafatlar verilir.

10-17 iyul 2023-cü il tarixlərində Yaponiyanın Tokio şəhərində təşkil edilən 53-cü Beynəlxalq Fizika Olimpiadasında (IPhO) gənclərimiz uğurlu nəticələr əldə ediblər. Komandamız 1 gümüş, 3 bürünc medal 1 həvəsləndirici mükafat qazanıb. Beynəlxalq Fizika Olimpiadasında Bakı şəhəri Fizika, riyaziyyat informatika təmayüllü Respublika liseyinin məzunları Sadiq Sadıxzadə gümüş, Murad Abdulkərim bürünc, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunları Nicat Abbasov Uğur Əzim bürünc medala, Quba şəhəri Fizika, riyaziyyat informatika təmayüllü Respublika liseyinin şagirdi Murad İsmayılov həvəsləndirici mükafata layiq görülüblə.

Bakı şəhəri Fizika, riyaziyyat informatika təmayüllü Respublika liseyinin məzunu Sadiq Sadıxzadənin sözlərinə görə, onun fizika fənninə marağı 7-ci sinifdə oxuyarkən fizika müəllimi Orxan Məmmədovun sayəsində yaranıb: "8-ci sinifdə mən artıq Beynəlxalq Olimpiadalar Mərkəzində hazırlaşmağa başladım müəllimim Seyran Səfərovdan dərslər aldım. Həmçinin uğurlu nəticəmə görə beynəlxalq fizika olimpiadaları üçün Azərbaycan komandasının təlimçisi Rəşadət Qədiməliyevə dərin təşəkkürümü bildirirəm. Biz Rəşadət müəllimdən xüsusi dərslər aldıq, məsləhətlərini dinlədik. Olimpiadanın təcrübi hissəsinə hazırlıq məqsədilə Türkiyənin İstanbul şəhərində yerləşən Bahçeşehir Fen ve Teknoloji Lisesində 10 gün təcrübə keçdik.Yaponiyanın Tokio şəhərində keçirilən 53-cü Beynəlxalq Fizika Olimpiadasında iştirak mənim üçün həyatda böyük şans təcrübə oldu. Müsabiqədə Nobel mükafatı almış 3 yapon fiziki iştirak edirdi. Mən 5 ildir ki, olimpiadalara hazırlaşıram ilk vaxtlardan Azərbaycan bayrağı ilə səhnəyə çıxaraq medal almaq xəyalım olub. 53-cü Beynəlxalq Fizika Olimpiadasının bağlanış mərasimində səhnəyə çıxmağım mənim üçün xüsusi yaddaqalan idi. 2010-cu ildən sonra Azərbaycana yenidən Beynəlxalq Fizika Olimpiadasından gümüş medal gətirmək son 13 ilin ən yaxşı nəticəsini göstərən komandanın üzvü olmaq məni daha da çox qürurlandırdı. Dünyanın bir çox ölkəsindən güclü komandalar iştirak edirdi. Onlar arasında Çin, Koreya, Rumıniya kimi çox güclü komandalarla həmsöhbət olduq, orada olimpiadaya hazırlıq prosesi barədə yeni məlumatlar əldə etdik. Gələcək təhsilimi mən Dövlət Proqramı çərçivəsində İngiltərədə London İmperial Kollecində (ICL) davam etdirəcəyəm. Seçdiyim ixtisas elektrik elektronika mühəndisliyidir. Məqsədim fizika üzrə öyrəndiyim bilikləri mühəndisliklə tətbiq edərək xeyirli layihələrə imza atmaqdır".

Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunu Nicat Abbasov deyir ki, Beynəlxalq Fizika Olimpiadasına hazırlıq prosesi gərgin maraqlı keçirdi. Bu il Türkiyədə keçirilən fizika düşərgəsində türk komandası ilə birlikdə çalışdığımız ərəfədə mən komanda yoldaşlarım əsl intizamın demək olduğunu öyrəndik: "Mənim ilk ən böyük təlimçim anamın dediyi kimi: "İstirahət dərsdən sonra gözəldir". Anamı ən böyük təlimçi kimi görməyimin səbəbi onun mənə riyaziyyat mövzularını çox gözəl anlatması idi. Müəllimlərim Könül Babayeva Ülviyyə Teymurxanovadan dərs aldıqdan sonra fizikaya sonsuz sevgim yarandı. Bu sevgi Respublika Fənn Olimpiadasında medal qazanıb Rəşadət Qədiməliyevdən dərs almağıma səbəb oldu. Həmin dərslərdən sonra beynəlxalq olimpiadalardan sertifikat medallar qazandım. Abdulla Bazarov, Famil Mustafayev, Xıdır Mikayılovla tanış olmağım onlardan dərs almağım astrofizikaya marağımı artırdı bu sahədə sertifikat medallar qazandım. Müəllimlərimə dərin minnətdarlığımı bildirirəm. Olimpiadalar sayəsində akademik nailiyyətlərdən əlavə bir çox gözəl təcrübələr əldə etdim onlar mənim xarakterimin formalaşmasında böyük rol oynayıb. 53-cü Beynəlxalq Fizika Olimpiadasında ən güclü rəqib olan Çin, Koreya, Yaponiya iştirakçıları ilə söhbət edir, gözəl vaxt keçirirdik. Hərəsi 5 saat davam edən imtahan olduqca maraqlı uğurlu oldu. Nəticədə medalı götürmək bayrağımızı qaldırmaq üçün səhnəyə çıxmaq əziyyətimizin bəhrəsini görmək demək idi. Bu isə çox qürurlandırır məni inkişafa daha çox töhfə verməyə təşviq edir. Növbəti il Koreya Qabaqcıl Elm Texnologiya Universitetində (KAIST) təhsilimə başlayacağam. Hədəfim bir çox elmi araşdırmalarda iştirak etmək, şirkətlərdə çalışıb elektrik mühəndisliyi sahəsində təcrübə toplamaqdır. Sonra isə bu təcrübələr sayəsində Azərbaycanda sürücüsüz avtomobil şirkəti açmaq istəyirəm".

Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunu Uğur Əzimin dediyinə görə, Beynəlxalq Fizika Olimpiadalarında keçirdiyi günlər zamanı ən yaxşı nəticə göstərmiş ölkələrin şagirdləri ilə ünsiyyətdə olub onlar yüksək təchizatlı, təcrübə setləri ilə zəngin laboratoriyalarda keçdikləri hazırlıq prosesindən danışıblar: "Laboratoriya olmadan təcrübi imtahanlarda uğur qazanmaq çox çətindir. Beynəlxalq Fizika Olimpiadasında qazandığımız uğurda müəllimimiz Rəşadət Qədiməliyevin rolu böyükdür. Rəşadət müəllim dərsləri xoş əhvali-ruhiyyə yaradaraq keçir, anlaşılmayan, çətin mövzuları kreativ metodlarla başa salırdı. Olimpiadada ən güclü 3 ölkə Çin, Rusiya Koreya komandaları idi. 53-cü Beynəlxalq Fizika Olimpiadasında şanlı bayrağımızı əllərimə alıb komanda yoldaşlarımla səhnəyə çıxdığım anda mənim ölkəmizin göstəricilərində payımın olmasına görə çox sevincli idim. Medal boynumdan asıldığı zaman çox xoşbəxt idim. Olimpiada ərzində imtahan vermədiyimiz bütün günlərdə ya tədbirlərimiz olurdu, ya da Tokio şəhərinin görməli yerlərini gəzirdik. Dünyanın ən böyük şəhərlərindən biri olan Tokio müasirliyi nizamlı quruluşu ilə göz qamaşdırırdı. Mən Türkiyənin Bilkent Universitetində "Mexanika mühəndisliyi" ixtisasına qəbul olunmuşam. Gələcək hədəfim uğurlu mexanika mühəndisi olub Azərbaycanda bu sahəyə önəmli töhfələr vermək, xəyallarımda olan layihələri gerçəkləşdirməkdir".

Bakı şəhəri Fizika, riyaziyyat informatika təmayüllü Respublika liseyinin məzunu Murad Abdulkərim isə bildirib ki, Beynəlxalq olimpiadalara hazırlıq uzun bir prosesdir: "Ən gec 9-cu sinifdən fizika olimpiadalarına hazırlaşırıq. Hazırlıq mərhələsi olimpiadalara hazırlaşmaq üçün təşkil edilən düşərgələrdə, həm özümüz tərəfindən evdə baş tuturdu. Uzun yolun sonunda istədiyimizə nail olduq medal qazandıq. Təbii ki, uğur qazanmağımızda müəllimlərimizin əməyi çox böyükdür. Heç şübhəsiz, əsas təşəkkür komanda rəhbərimiz məşqçimiz Rəşadət Qədiməliyevə düşür. Həqiqətən , həm mənəvi, həm olimpiadaya hazırlıq cəhətdən üzərimizdə əməyi son dərəcədə böyükdür. Tokio şəhərində keçirilən 53-cü Beynəlxalq Fizika Olimpiadası 2 turdan (təcrübi nəzəri) ibarət idi. Xalımızın 40 faizi təcrübi, 60 faizi nəzəri turdan asılı idi. Təcrübi turun iki sualından birini 2014-cü il üzrə Nobel laureatı olmuş Hiroşi Amano hazırlamışdı. Ölkə olaraq 89 komanda arasında 29-cu yerə yiyələndik, bu, olduqca yaxşı nəticədir. Vətənini, məmləkətini şərəflə təmsil etmək böyük məsuliyyətdir səhnədə bayrağını qaldırdığı anda insan iftixar hissi duyur. Tokio şəhərinin yapon memarlığından ibarət hissəsini şinto məbədlərini çox bəyəndim, yapon incəsənətinə heyran oldum. Məqsədim təhsilimi Britaniyada qəbul olduğum London Universitet Kollecində (UCL) davam etdirib, Oksford s. kimi universitetlərə keçməkdir".

 

Sevinc QARAYEVA

525-ci qəzet.- 2023.- 15 avqust.- S.7.