Dövlət proqramı ilə xaricdə təhsil imkanı

 

2000 NƏFƏRİN XARİCDƏ TƏHSİLİNİN MALİYYƏLƏŞDİRİLMƏSİ HƏDƏF GÖTÜRÜLÜB

"Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı" ölkənin ehtiyac duyduğu prioritet sahələr üzrə kadr potensialının qarşılanması məqsədini daşıyır. Hər il 400 nəfər olmaqla ümumilikdə 2000 nəfərin xaricdə təhsilinin maliyyələşdirilməsi hədəf götürülüb. Ali təhsilin bakalavriat səviyyəsində təhsil almaq  üçün seçimdə beynəlxalq fənn olimpiadaları qaliblərinə üstünlük verilməsi Dövlət Proqramı çərçivəsində istedadlı gənclərin dünyanın qabaqcıl universitetlərindən məzun olaraq ölkəmizin gələcək inkişafına əlavə dəyər yaratmalarını təşviq edir. Ali təhsilin magistratura səviyyəsində intellektual səviyyəsi idarəçilik keyfiyyətləri yüksək olan perspektivli gənclərə yüksək texnologiyalara əsaslanan ixtisaslara üstünlük verilməsi isə əmək bazarında müasir bacarıqlara malik ixtisaslı kadrların sayını artıracaq.

Qeyd edək ki, avqustun 2-də "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı"nın növbəti iştirakçıları müəyyən olunub. Belə ki, 2023-2024-cü tədris ili üçün həyata keçirilən sənəd qəbulunun növbəti nəticələri üzrə 200 namizəd müvafiq seçim qaydalarına aid meyarlara uyğun olaraq Dövlət Proqramı iştirakçısı adını qazanıb.

Proqram iştirakçıları sırasında cari ildə beynəlxalq reytinq sistemlərində yalnız universitetlər üzrə ilk onluqda yer almış ali təhsil müəssisələri üzrə 5 nəfər "Harvard University", 1 nəfər "Massachusetts Institute of Technology", 2 nəfər "Yale University", 6 nəfər "Imperial College London", 5 nəfər "University College London" 1 nəfər "National University of Singapore"dan qəbul alıb.

Dövlət Proqramından yararlanan təqaüdçü ABŞ-ın Harvard Universitetində təhsil alacaq Məhəmməd Əfəndiyevin dediyinə görə, o 2011-ci ildə Bakı Özəl Türk Liseyinin məzunu olmuşam. Bilkent Universitetində "Biznesin idarəedilməsi" ixtisası üzrə bakalavr təhsili almışam ən yüksək nəticə ilə təhsilimi başa vurub. Eyni zamanda, universitetdə Bilkent Azərbaycan Cəmiyyətini yaratmışam 250-dən çox azərbaycanlı ilə bərabər fəaliyyət göstərərək ölkəmizi xarici tələbələrə tanıdıblar: "Universiteti bitirdikdən sonra 3 ildən çox müddətdə Türkiyənin ən böyük şirkətlərindən biri olan "Rönesans Holding"də maliyyəçi işləmişəm. 2020-ci ildə Bakıya qayıdaraq "McKinsey & Company" şirkətində məsləhətçi vəzifəsində çalışmağa başlamışam. Bir vətəndaş olaraq Dövlət Proqramından yararlanan gənc kimi Elm Təhsil Nazirliyinin fəaliyyətini çox yüksək dəyərləndirirəm. Mən Harvard Universitetinin magistratura səviyyəsində "Biznesin idarəedilməsi" (MBA) ixtisası üzrə təhsil alacağam. MBA hazırda dünyada ən nüfuzlu proqramlardan biri hesab edilir. Təhsilimi bitirdikdən sonra Vətənə dönüb Azərbaycanda, ilk növbədə, səhiyyənin idarəedilməsinin inkişafı ilə bağlı müəyyən layihələr həyata keçirmək arzusundayam. Bu layihəyə icbari tibbi sığortanın təkmilləşdirilməsi səhiyyə sisteminin rəqəmsallaşdırılması kimi əhəmiyyətli proqramlar daxildir. Eyni zamanda sosial fəaliyyətlərlə cəmiyyətimizə fayda verən layihələr üzərində işləməyi planlaşdırıram. Harvard kimi dünyanın ən nüfuzlu universitetinin tələbəsi olmaq çox qürurverici duyğudur. Mən ölkəmi dünyanın ən nüfuzlu universitetində belə bir platformada təmsil etdiyim üçün qürur duyuram. Ən böyük arzum orada insanlarda Azərbaycanla bağlı müsbət təəssüratlar yaratmaq özümü yüksək səviyyəli peşəkar mütəxəssis kimi yetişdirərək ölkəmə fayda verməkdir".

Türkiyə Respublikasının Sabancı Universitetində təhsil alacaq Tural Abdulla bildirib ki, o 2006-cı ildə Gəncə şəhərində anadan olsa da valideynlərinin işi ilə əlaqədar tez-tez köçmək məcburiyyətində qaldığı üçün təhsilini müxtəlif orta məktəblərdə alıb: "Birinci sinfə Bakı şəhəri C.Cabbarlı adına 187 nömrəli tam orta məktəbdə getsəm , daha sonra təhsilimi 67 nömrəli tam orta məktəbdə davam etdirib, son olaraq bu il Avropa Azərbaycan Məktəbindən məzun olmuşam. Oxuduğum hər bir məktəb dünyagörüşümün formalaşmasında əldə etdiyim uğurlarda xüsusi rol oynayıb. Dəqiq təbiət elmlərinə marağım sayəsində 2016-cı ilin 21mart tarixində dünya məktəbliləri arasında onlayn riyaziyyat yarışmasında (Mathletics) qızıl medal qazanmışdım. Bundan əlavə 2019, 2020, 2022-ci illərdə Bakıda keçirilən beynəlxalq "Dünya Alimlər Kuboku" Olimpiadasında iştirak edərək müxtəlif kateqoriyalar üzrə ümumilikdə 9 qızıl, 8 gümüş medal, 3 kubok qazanmışam. Bu il mən ABŞ, Böyük Britaniya, Türkiyə sair ölkələrin nüfuzlu universitetlərindən mühəndislik kompüter elmləri ixtisasları üzrə qəbullar almışam. Bu universitetlərin bəziləri mənə 25-75 faizlər arası təqaüd təklif etmələrinə baxmayaraq, xaricdə təhsil üzrə Dövlət Proqramına müraciət edərək tam təqaüd əldə etdim. Proqramın şərtlərinə uyğun olaraq Türkiyənin Sabancı Universitetində "Kompüter elmləri mühəndisliyi" ixtisası üzrə təhsil almağı üstün tutdum. Mən bu il bakalavr üzrə Dövlət Proqramının qalibi olmuş 80 nəfərdən biri olduğum üçün çox sevinirəm. Əminəm ki, Dövlət Proqramının mənim təhsilimə yaratdığı bu gözəl imkan sayəsində ölkəmizin gələcək inkişafına öz töhfəmi verəcəyəm".

ABŞ-ın Harvard Universitetində təhsil alacaq Ayla Əliyevanın dediyinə görə, o Bakı Oksford Məktəbinin məzunudur. Bununla yanaşı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) "AZMUN" proqramı çərçivəsində Bakı Beynəlxalq BMT Simulyasiyalarında baş katib komitə sədri, Avropa Gənclər Parlamentində (AGP) Milli Koordinasiya departamentinin üzvü, təşkilatçısı, komitə sədri, Bakı Oksford Məktəbinin Tələbə Şurasının prezidenti, məktəbin Musiqili Teatr klubunun təsisçisi vəzifələrini icra edib: "Dövlət Proqramı mənim kimi gənclərin intellektual, şəxsi inkişafı üçün imkan yaradıb gələcək nəslin cəmiyyətdə fəal rol almağında böyük bir dəstəkçidir. Bu proqramın bir hissəsi olmağım üçün çox şadam qəbul olunduğum universitetin mədəni akademik mübadiləsində iştirak etməyə hazıram. Mən dünyanın ən nüfuzlu ali təhsil ocağı hesab edilən Harvard Universitetində "Dövlət idarəetməsi" ixtisası üzrə təhsil alacağam. Harvard Universitetindən çox yüksək gözləntilərim var. Fərqli ölkələri təmsil edən müxtəlif mədəniyyətlərlə tanış olub akademik imkanlardan yararlanmağa yaxşı mənada həyəcanlıyam. Cəmiyyətimizə fayda gətirmək davamlı inkişafımıza dəstək olmaq mənim ən böyük hədəflərimdən biri olmasını əminliklə deyə bilərəm".

Böyük Britaniyanın Qlazqo Universitetində təhsil alacaq Şəhla Abbaszadənin sözlərinə əsasən, o 2008-2019-cu illərdə Lənkəran şəhəri V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseydə təhsil alıb: "2015-ci ildə Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin keçirdiyi olimpiadada Rus dili ədəbiyyatı üzrə 3-cü yerə layiq görülmüşəm. 2019-2023-cü illərdə Azərbaycan Dillər Universitetində "İngilis dili müəllimliyi" ixtisası üzrə bakalavr təhsili almışam universiteti fərqlənmə ilə bitirmişəm. Azərbaycan Dillər Universitetində oxuduğum müddətdə Bakı Amerika Mərkəzində könüllü olaraq müəllim kimi işləmişəm. Bununla yanaşı Landau Məktəbində təcrübə keçmişəm. Uşaqlıqdan xarici ölkələrin nüfuzlu universitetlərinin birində təhsil almaq ən böyük arzum olub. Eşidəndə ki, dövlət gənclərə belə bir fürsət yaradır, mən iştirak etmək qərarına gəldim. Müsahibədən uğurla keçdiyimi biləndə çox sevindim qürurlandım. Artıq sentyabrda Qlazqo Universitetində "İnklüziv təhsil: araşdırma, siyasət təcrübə" ixtisası üzrə təhsil alacağam. Xaricdəki təhsilimi uğurla başa vurub ölkəmizdə müəllim kimi fəaliyyətimi davam etdirmək istəyirəm".

Təhsil eksperti Kamran Əsədov hesab edir ki, "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı" ixtisaslı kadrların formalaşması istiqamətində böyük addımdır: "Prezident İlham Əliyev tərəfindən imzalanan bu sərəncam Azərbaycanda ali təhsilin beynəlxalq rəqabətliliyinin artırılması, eyni zamanda ixtisaslı kadrların formalaşması istiqamətində böyük bir addım hesab olunmalıdır. Bu potensiallı tələbələrin inkişafında mühüm rol oynayacaq. Bundan öncə birinci Dövlət Proqramı 2007-2015-ci illərdə baş tutub: "Proqram çərçivəsində 5000 gəncin xarici ölkələrin ən yaxşı universitetlərində təhsil almaqları nəzərdə tutulsa da, 3500 nəfər bu proqram vasitəsi ilə təhsilini tamamladı. Hazırda həmin tələbələr Azərbaycanın əmək bazarında müstəsna fəaliyyətləri ilə xarakterizə olunurlar. Onların əksəriyyəti hazırda dövlət özəl sektorda rəhbər vəzifədədirlər. Qeyd edim ki, birinci proqram üzrə xarici ölkələrdə dövlət büdcəsi ilə təhsil alan tələbələrə 95 milyon manatdan çox vəsait ayrılıb. Bizim yeni proqramdan gözləntilərimiz böyükdür. Ölkəmiz üçün spesifik ehtiyac olunan gələcəkdə iqtisadiyyata, xidmət sektoruna dəstək verəcək ixtisaslara ehtiyacımız var. Biz daha çox informasiya texnologiyaları təhlükəsizliyi, səhiyyə həmçinin iqtisadiyyatla bağlı ixtisaslar üçün tələbələr göndərməliyik ki, bu sahədəki kadr çatışmazlığını aradan qaldıra bilək".

 

Sevinc QARAYEVA

525-ci qəzet.- 2023.- 16 avqust.- S.14.