Mədəni mühiti canlandıran təyinat  

 

 

Yubileylər ili kimi dəyərləndirə biləcəyimiz 2023-cü ili xüsusən, mədəniyyət sahəsində uğurlu gələcəyə böyük ümidlər yaradan önəmli addımların atıldığı il olaraq da qiymətləndirə bilərik. Deyə bilərik ki, 150 yaşını qeyd etdiyimiz Azərbaycan Milli Teatrı, 125 yaşlı Azərbaycan kinosu məhz bu il layiq olduğu diqqəti, ehtiyac duyduğu qayğını görür. Neçə illərdən bu yana ilk dəfədir, Azərbaycan teatrından Azərbaycan kinosundan nəyə ehtiyacı olduğunu soruşanlar var.

Hələ ötən ilin sonlarında mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin olunaraq nazirin səlahiyyətlərini icra etməyə başlayan Adil Kərimli ilk günlərdən mədəniyyətimizə, incəsənətimizə xüsusi qayğısı, hörmət ehtiramı ilə diqqəti üzərinə çəkdi. Yeni gənc nazirin bu istiqamətdə atmağa başladığı addımlar mədəniyyət xadimləri başda olmaqla, geniş ictimaiyyətin təqdirini qazandı. Aprel ayından, yəni Prezidentin sərəncamı ilə mədəniyyət naziri təyin olunduğu gündən etibarən isə mədəniyyətimizdə bir canlanma, hərəkətlilik müşahidə edilir. Nazirin son aylarda incəsənətimiz ictimaiyyətimiz üçün əlamətdar günlərdə mədəniyyət nümayəndələrinə göstərdiyi xüsusi diqqət rəğbətlə qarşılanır.

Uzağa getməyək, bir neçə gün öncə Mədəniyyət Nazirliyi Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) tərəfindən 2 avqust Milli Kino Günü münasibətilə, Azərbaycan kinosunun 125 "Azərbaycanfilm" kinostudiyasının 100 illiyinə həsr olunmuş tədbir geniş ictimaiyyətdə böyük maraq doğurdu. Azərbaycan kinosunun "Azərbaycanfilm" kinostudiyasının yubileyləri xarici ölkələrdən dəvət olunmuş rəsmi şəxslərin qatıldığı mötəbər tədbirlərlə, geniş miqyasda qeyd edildi. Tədbirdə Azərbaycan iki böyük kino sənətkarı - Xalq artistləri Şəfiqə Məmmədova Rasim Balayev Mədəniyyət Nazirliyinin yenicə təsis olunmuş fəxri diplomu ilə təltif edildilər. Belə bir diplomun təsis edilməsi, əlbəttə, sevindirici haldır. Nazir Adil Kərimlinin vurğuladığı kimi, bu mükafatın təsis edilməsi mədəniyyət sahəsində həm göstərdiyi xidmətlər, həm pedaqoji fəaliyyətləri ilə fərqlənən sənətkarlara diqqət göstərilməsi məqsədi daşıyır. Sənət adamı, incəsənət nümayəndəsinin bu diqqətdən başqa istədiyi nədir ki?!

Eləcə həmin tədbir başqa bir xüsusi olayla yadda qaldı. İllərdir aralarında soyuq rüzgarlar əsən, demək olar, heç bir tədbirdə yan-yana görünməyən sənətkarlarımız - Şəfiqə Məmmədova Rasim Balayev bir araya gəldilər, aralarındakı buzlar əridi. Hətta uzun illərdir eyni amala xidmət etməklərinə baxmayaraq, qarşı cəbhələrdə yer alan Azərbaycan Kinematoqrafçılar İttifaqı ilə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birləşdirilməsi, bundan sonra birlikdə daha güclü, daha səmərəli fəaliyyətə cəlb olunması haqqında söhbətlər getdi, təkliflər irəli sürüldü.

Bu sadaladığımız tədbirlər, eləcə Mədəniyyət Nazirliyinin yeni rəhbərliyi tərəfindən atılan digər addımlar bu sahədə indiyə qədər dondurulmuş, həllini tapmayan problemlərin çözüləcəyinə ümidlər yaratmaqla yanaşı, ictimai rəydə gənc nazirə qarşı böyük etimad inam hissləri yaratdı. Mədəniyyət elə bir sahədir ki, burada yalnız pozitivlikdən, barışdan, sülhdən, aydın nikbin baxışlardan söhbət gedə bilər. Küsülülük, inciklik, soyuqluq adında da bir incəlik daşıyan incəsənət üçün tamamilə yad məfhumlardır. Görünür, nazir Adil Kərimli mədəniyyətimizdəki, incəsənətimizdəki uğurlu gələcəyin ilkin təməlinin məhz mehribanlıqda, sülhdə, xoş rəftar diqqətdə olduğunun yaxşı fərqindədir.

Nazir Adil Kərimlinin qısamüddətli fəaliyyətinin ən yaddaqalan addımlarından biri hələ nazir müavini ikən başladığı sonrakı dövrdə davam etdirdiyi forumların keçirilməsidir, məncə. Teatr Forumu, Kino Forumu kimi Azərbaycanda hər iki sahənin qayğı problemlərinə, keçmişinə, bugününə gələcəyinə həsr olunmuş bu miqyasda böyük tədbirlər ilk dəfə idi keçirilirdi. Mədəniyyət Nazirliyi  bu forumlarla hər iki sənət nümayəndələrini bir araya yığaraq mədəniyyətimizdəki, incəsənətimizdəki əsas problemləri, qayğıları, boşluqları buraxılan səhvləri məhz onların öz dilindən dinlədi, təkliflərini eşitdi, gələcəkdə atılacaq strateji addımları bu təkliflər sayəsində müəyyənləşdirdi.

Mədəniyyət Nazirliyi Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı, Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin tərəfdaşlığı ilə "Azərbaycan teatrı-150: inkişaf perspektivləri" mövzusunda, "Heydər Əliyev İli" çərçivəsində keçirilən Birinci Teatr Forumunda mədəniyyət nazirinin birinci müavini kimi çıxış edən Adil Kərimli çox önəmli mətləblərə toxunmuşdu: "Teatr sahəsində əsaslı inkişafın təməli cari vəziyyətin düzgün təhlil edilməsi, problemlərin üzə çıxarılaraq sistemləşdirilməsi bunların əsasında düzgün həll yollarının müəyyən edilməsidir. Forumun da əsas məqsədi bu sahənin peşəkarlarını bir araya gətirərək problemləri birgə müzakirə etmək vahid platforma yaradılmasıdır".

Teatr Forumundan az sonra "Azərbaycan Kinosu-125. Reallıq, çağırışlar hədəflər" mövzusunda Kino Forumu keçirildi. Mədəniyyət naziri Adil Kərimli çıxışında Forumun əhəmiyyətindən danışaraq dedi: "Bu gün burada yığışmağımızın əsas məqsədi hazırda Azərbaycan kino sənətinin üzləşdiyi problemləri, eyni zamanda, perspektivləri müzakirə etmək, onların həll yollarını taparaq bunun əsasında yeni inkişaf istiqamətlərini müəyyən etməkdir. Teatr Kino Forumundan əlavə bu il ərzində Ulu öndərimiz Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində mədəniyyətimizin digər sahələri ilə bağlı forumlar keçiriləcək nəticədə Mədəniyyətimizin İnkişaf Strategiyasını irəli sürəcəyik".

Bu il, həmçinin, Ədəbiyyat Forumunun ilin sonunda isə böyük Mədəniyyət Forumunun keçirilməsi planı da yeni nazirin ictimai fikrə açıqlığının nümunəsi olmaqla yanaşı, mədəniyyətimizi, incəsənətimizi hərtərəfli inkişaf etdirmək, bütöv bir orqanizm halında uğura aparmaq cəhdlərinin davamı kimi təqdirə alqışalayiqdir.

Mədəniyyət Nazirliyinin növbəti uğurlu addımlarından biri Milli Məclisin deputatı, akademik, Əməkdar elm xadimi Nizami Cəfərovun Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədri seçilməsi oldu. İlk dəfədir ki, bir akademikin hansısa qurumun İctimai Şurasında sədr kimi təmsil olunması cəmiyyətimiz tərəfindən böyük rəğbətlə qarşılandı, müsbət hal kimi dəyərləndirildi.

Mədəniyyət naziri Adil Kərimli təkcə vəzifəsinin icrası ilə deyil, həm şəxsi keyfiyyətləri ilə ilk gündən böyük diqqət rəğbət görən məmurlardan oldu. Onun müxtəlif tədbir görüşlərdə qocaman sənətkarlarımıza, incəsənət nümayəndələrinə qarşı göstərdiyi son dərəcə sayğı, ehtiram diqqət nəzərlərdən yayınmır. Yeni təyin olunduğu vəzifəsində işlərinin çoxluğuna, qarışıq qrafikinə baxmayaraq, mədəniyyətimiz üçün vacib olan bütün tədbirlərdə, görüşlərdə şəxsən iştirak etməyi, dövlət kino təsisatlarını ziyarəti, bölgələrdə yerli əhali ilə görüşlər keçirib onları şəxsən dinləməsi, regionlarda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin şəraiti maddi-texniki bazasının mövcud vəziyyətinin yerində öyrənilməsi məqsədilə rayonlara səfəri, gənc sənət nümayəndələrini qəbul edib qayğıları ilə maraqlanması son illər bədbinliyə qapılmış, hardan baxsan, boz rəngdə görünən incəsənət mühitini canlandırıb, sənət adamlarında yeni ruh, yeni enerji, yaşamaq yaratmaq həvəsi oyadıb. Əlbəttə, sənət adamı sənətinə diqqətdən başqa istəyir ki?!

Adil Kərimlinin hələ mədəniyyət nazirinin birinci müavini kimi nazir vəzifəsini icra etdiyi dövrdə Azərbaycan Yazıçılar Birliyində (AYB) qurumun rəhbərliyi ilə görüşü ədəbiyyatımıza olan qayğısının nümunəsi idi. Görüşdə Mədəniyyət Nazirliyi ilə AYB arasında əməkdaşlığın genişləndirilməsi, peşəkar kadr hazırlığı, kitab kitabxana sahəsindəki çətinliklərin aradan qaldırılması digər məsələlərlə bağlı fikir mübadiləsi aparan Adil Kərimli mədəniyyətimizin dayanıqlı inkişafı məqsədilə həyata keçirilən islahatlardan danışaraq, bu görüşün əsas məqsədinin sahələr üzrə qurum rəhbərliyinin təkliflərini dinləmək olduğunu bildirdi.

Həmin ayda oxşar görüşlərdən biri Azərbaycan Bəstəkarlar İttifaqında gerçəkləşdi. İttifaq kollektivi ilə görüşdə qeyd olundu ki, milli-mənəvi dəyərlər, mədəni irsimizə münasibətdə müəyyən boşluqlar var. Bu baxımdan peşəkar, yaradıcı sahələrə dəstək verilməlidir ölkədəki yaradıcı birliklərin əməkdaşlığı önəmlidir.

Eləcə mədəniyyət naziri Azərbaycanda yaradıcı sahələr üzrə kadrlar hazırlayan əsas ali təhsil müəssisələrindən biri olan 100 yaşlı Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetini ziyarət etdi, buradakı kadr hazırlığı ilə maraqlandı, qayğılarını dinlədi tələbələrin ifasında hazırlanmış tamaşanı izləyərək təhsil ocağının fəaliyyətilə yaxından tanış oldu.

Bundan əlavə, nazir Adil Kərimlinin ayrı-ayrı teatrları ziyarəti, sənət nümayəndələri ilə şəxsi görüşləri, yubileyləri, ad günləri olan sənətkarlarımızı diqqətdən kənarda qoymayıb onlara Nazirliyin fəxri diplomlarını təqdim etməsi, Milli Mətbuat Günü münasibəti ilə mətbuat nümayəndələri nazirliyin mətbu nəşrləri - "Mədəniyyət" qəzeti "Mədəniyyət/Culture" jurnalının kollektivləri ilə görüşləri, hər iki redaksiyanın əməkdaşlarını nazirliyin Fəxri fərmanları ilə təltif etməsi, gənc kinematoqrafçılarla görüşü onun dinamik çağdaş üslubundan, sənətə, sənətkara xüsusi ehtiramından xəbər verir.

İnanırıq ki, nazir Adil Kərimli başda olmaqla, Mədəniyyət Nazirliyinin yeni rəhbərliyi bütün kollektiv ən yaxın gələcəkdə Azərbaycan mədəniyyətinin, incəsənətinin bütün sahələrində nəzərəçarpacaq uğurlara nail olacaq, bu sahədəki gözləntiləri, ümidləri doğrultmaqla ciddi irəliləyişə təkan verəcəklər. Biz isə bu çətin məsuliyyətli yolda onlara sonsuz dözüm böyük uğurlar diləyirik.

 

Şahanə MÜŞFİQ

525-ci qəzet.- 2023.- 16 avqust.- S.12.