Ulu öndər və Azərbaycan gəncliyi
Gəncliyin sağlam ruhlu, savadlı, yüksək mənəvi tərbiyəyə
malik olması dövlət
üçün önəmlidir.
Cəmiyyətin gələcəyi
gənclərdir və
öz gələcəyini
düşünən hər
bir cəmiyyət gənclərə qayğı
göstərir. Bu gün
Azərbaycanın tərəqqisində,
onun iqtisadi, siyasi və mədəni həyatında
gənclərin rolu danılmazdır. Təsadüfi
deyildi ki, ölkəmizdə
aparılan ardıcıl
və sistemli islahatları həmişə
diqqət mərkəzində
saxlayan Ümummilli lider Heydər Əliyev bütün bu proseslərdə gənclərin roluna daima böyük önəm verir, müxtəlif dövlət
qurumlarda gənclərin
fəal iştirakını
təmin edirdi.
Ümummilli lider Heydər Əliyev gənclərlə
bağlı məsələləri
həmişə öz
siyasətinin əsas tərkib hissələrindən
biri hesab edib. Heydər Əliyevin hələ
1969-1982-ci illərdə respublikaya
rəhbərlik etdiyi dövrlərdə yüzlərlə
yeni tədris ocaqları,
gənclik mərkəzləri,
hərbi məktəblər
açılır, minlərlə
azərbaycanlı gənc
keçmiş SSRİ-nin
nüfuzlu ali məktəblərində təhsil
alır, müasir ixtisaslara yiyələnirdilər.
Heydər Əliyevin şəxsi təşəbbüsü
və qayğısı
sayəsində o zamanlar
Sovetlər İttifaqının
50-dən artıq iri şəhərinin 170 nüfuzlu
ali məktəbində
bütövlükdə 80-dək sahəni əhatə edən 150 ixtisas üzrə 15 min nəfərdən
çox azərbaycanlı
gəncin ali təhsil almasına, yüksək ixtisaslı mütəxəssis kimi hazırlanmasına şərait
yaradılmışdı.
Təəssüf ki, sonradan bir müddət bu ənənə davam etdirilmədi, 1988-993-cü illərdə
ölkə gəncliyi
ictimai-siyasi proseslərdən
kənarda qaldı, onun potensialı lazımınca qiymətləndirilmədi.
Ölkədə gənclər
siyasəti demək olar ki, unudulmuşdu. Həmin dövrdə qeyri-sağlam ictimai-siyasi vəziyyət təhsil sisteminin iflic hala düşməsinə
gətirib çıxarmış,
müxtəlif qrupların
hakimiyyət uğrunda
çəkişmələrində yeniyetmələrin potensialından
sui-istifadə halları
gəncliyin mənəvi-psixoloji
böhran vəziyyətinə
düşməsi ilə
nəticələnmişdi. Lakin Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlişindən
sonra bu vəziyyət kökündən
dəyişdi. Ümummilli
lider Heydər Əliyev ilk görüşlərdən
birini məhz gənclərlə keçirdi.
1993-cü ilin sentyabrında
Milli Məclisdə gənclərin
nümayəndələri ilə
görüşündəki çıxışında Ulu öndər onlara dərin inam bəslədiyini ifadə etdi.
Ulu öndərimiz Heydər Əliyevin bu sahədə həyata keçirdiyi siyasət gənc nəslin mənəvi-əxlaqi tərbiyəsinin
gücləndirilməsinə, sosial rifahının yaxşılaşdırılmasına və zəngin elmi potensialın yaradılmasına xidmət
edirdi. Gənclərin
ictimai-siyasi həyatda
fəallığını artırmaq üçün
həyata keçirilən
Dövlət Proqramının
tətbiqi, idarəetmə
orqanlarında gənc
mütəxəssislərə üstünlük verilməsi
Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş
gənclər siyasətinin
uğurlu nəticəsidir.
Ölkəmizdə gənclərlə iş
sahəsində mühüm
tədbirlərin gerçəkləşdirilməsi
Ulu öndərin adı
ilə bağlıdır.
Həyata keçirilən
gənclər siyasətinin
başlıca məqsədi
milli dəyərlərə söykənən, vətəninə,
xalqına bağlı
olan müasir düşüncəli gənc
nəslin formalaşdırılması,
gəncliyin potensialından
dövlətin inkişafı
naminə istifadə edilməsidir. Bu səbədən
də 1994-cü ilin iyulunda dövlət başçısının
fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı və dövlətin gənclərlə
bağlı siyasəti
vahid mərkəzdən
idarə olunmağa başladı.
Ulu öndərimizin gənclərlə
çoxsaylı görüşü,
onlara verdiyi dəyərli tövsiyələr
gənclərin ümummilli
maraqlar və dövlət mənafeyi ətrafında birləşmələrinə
xidmət edirdi. Bunun məntiqi nəticəsi idi ki, 1996-cı il fevralın
2-də Azərbaycan Gənclərinin
Birinci Formu keçirildi. Formda geniş və dərin məzmunlu nitq söyləyən Ulu öndər Heydər Əliyev Azərbaycan gəncliyinin daha uğurlu sabahına inandığını vurğuladı.
Həmin dövrdə
gənclərin problemlərinin
həllini təmin edən fərmanların imzalanması, qanunların
qəbulu, gənclərin
dövlət quruculuğunda
fəal iştiraka cəlb olunması gənclər siyasətinə
mühüm töhfə
verdi. Bununla da Azərbaycan gəncinin tam
hüquqlu vətəndaş
kimi öz gələcəyinə sahib çıxması
və ona göstərilən ehtimadı
doğrultmağa çalışması
üçün bütün
şərait yaradıldı.
1997-ci il 2 fevral tarixli
prezident fərmanı
ilə həmin tarix "Azərbaycan Gəncləri Günü"
elan edildi.
Böyük fərəh hissi
ilə deyə bilərik ki, bu gün də dövlətimiz gənclərə
xüsusi diqqət və qayğı göstərir. Ümummilli
liderimiz Heydər Əliyevin gənclər siyasəti onun layiqli davamçısı,
dövlət başçısı
İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Bu siyasət idmana göstərilən dövlət qayğısı
ilə də öz əksini tapır. Bu gün Azərbaycan dünyanın
qabaqcıl idman ölkələrindən birinə
çevrilib. Azərbaycanın
müxtəlif bölgələrində
Olimpiya komplekslərinin
açılması, ölkəmizin
nüfuzlu beynəlxalq
idman yarışlarına
evsahibliyi etməsi
buna əyani sübutdur.
Hələ 2003-cü ildə cənab
Prezident İlham Əliyevin
seçkiqabağı platformasında
prezident seçiləcəyi
təqdirdə ölkədə
600 min yeni iş yerlərinin
açılacağı bildirilirdi.
Seçkilərdə xalqın
etimadını qazandıqdan
sonra möhtərəm
Prezident öz vədinə sadiq qalaraq ölkənin, xüsusən də regionların inkişafına
diqqət yetirməyə
başladı. Bununla bağlı xüsusi dövlət proqramı təsdiq edildi. Qəbul olunmuş proqram nəticəsində
regionlarda yeni istehsal və xidmət müəssisələri istifadəyə
verildi, iri infrastruktur layihələrin
həyata keçirilməsinə
başlandı.
Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu inkişaf və tərəqqi siyasəti nəticəsində bu gün ölkəmiz yeni bir inkişaf dövrünə qədəm qoyub. Artıq Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticələri özünü əhalinin rifah halının yüksəlməsində və iqtisadi inkişaf sahəsində göstərməkdədir. Bu gün hər bir Azərbaycan gənci Ümummilli lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində daim rəhbər tutur, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyinin əbədi yaşaması üçün əlindən gələni əsirgəməməyə çalışır.
Günel HƏSƏNOVA
"Binəqədi Gənclər Evi"
sosial xidmət müəssisəsinin direktoru
525-ci
qəzet.- 2023.- 25 avqust.- S.6.